» » » İşçiyə ödənilən yemək pulu işsizlikdən sığortaya cəlb edilir?

İşçiyə ödənilən yemək pulu işsizlikdən sığortaya cəlb edilir?

posted in: Xəbər | 0
birbank biznes

işsizlikdən sığorta, yemək pulu, sığorta haqqı Pay torpağıİşsizlikdən sığorta haqqında qanun 9-cu maddəsinə əsasən sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə в– hesablanmış əməyin ödənişi fondunun 0,5 faiz , sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə в– işçinin əməkhaqqının 0,5 faizdir. Vergi Məcəlləsinin 98.1 maddəsinə əsasən Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən əmək haqqının tərkibinə aylıq tarif maaşı, əlavələr və mükafatlar daxildir? (yemək pulu)

Sual 1: İşəgötürən tərəfindən işciyə yemək xərcləri birbaşa özünə ödənilirsə işsizlikdən sığorta haqqı necə hesablanacaq?

Sual 2: İşəgötürən tərəfindən işciyə çəkilən yemək xərci üçünçü tərəfə ödənilirsə işsizlikdən sığorta haqqı necə hesablanacaq?

(Qeyd:Vergilər Nazirliyi tərəfindən online kargüzarlığa göndərilmiş məktubda üçünçü tərəfə ödənilən yemək xərci yalnız işəgötürən tərəfindən 0.5 faiz hesablanması nəzərdə tutulmuşdur. Amma İşsizlikdən Sığorta üzrə Rüblük Bəyannamədə hər hansı cəkilən xərcin işəgötürən tərəfindən ödənilməsi və işcin tərəfindən azad olunması ilə bağlı qrafa yoxdur.



Cavab: “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əmək haqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

ƏM-nin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: İşsizlikdən sığorta haqqında” Qanun.

Mənbə: taxes.gov.az


Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yemək pulu, yemək pulu, işsizlikdən sığorta