Azərbaycanda müştərilər barədə bank sirrinə münasibətdə yeni yanaşma tətbiq ediləcək

posted in: Bank, Xəbər | 0

bank sirri“Maliyyə Bazarlarına Nəzarət Palatası “Banklar haqqında” qanunun 41-ci maddəsini yeni redaksiyada hazırlayıb”.

Bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Rəqəmsallaşmada tənzimləmənin hüquqi aspektləri” mövzusunda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi Tural Feyzullayev bildirib.

T. Feyzullayev deyib ki, qanunda bank sirri ilə bağlı olan bu maddə artıq yeni redaksiyada verilir: “Bank sirrinin tənzimlənməsinə yeni yanaşma tətbiq olunur”.

Palatanın idarə rəisi qeyd edib ki, bank sirri şəxsin özünün razılığı əsasında olsa belə, başqa şəxsə ötürülə bilən məlumat deyil: “Biz belə başa düşürük ki, Mülki Məcəlləyə görə, qanunvericiliyin tələblərini gözləmək şərti ilə, hüquqi şəxslər müqavilə bağlamaqda azaddırlar. Mülki Məcəllənin 967-ci maddəsində bank sirrinin kimlərə verilə biləcəyini əksini tapıb, konkret siyahı müəyyən olunub.

Daha sonra genişləndirici formada “Banklar haqqında” qanunun 41-ci maddəsində məsələ əksini tapıb. Biz ona görə də hesab edirik ki, şəxsin iş yerinə onunla bağlı məlumatların göndərilməsi onun bank sirrinin pozulmasıdır. Bununla bağlı mövqeyimiz dəyişilməyib. Amma bizim 41-ci maddəyə təklif edilən dəyişikliklə bağlı müxtəlif yanaşmalar nəzərdən keçirilib. Bir yanaşma şəxsin özünün razılığı ilə məlumatların ötürülə bilmə imkanıdır.

Amma praktiki cəhətdən onun problemləri bizə deməyə əsas verir ki, bu razılıq heç də həmin şəxsin özünün iradəsini ifadə etmir. Çünki 20-30 səhifəlik müqavilədə hansısa bir yerdə razılığın olması onu deməyə əsas vermir ki, həmin şəxs banka həmin məlumatları ötürməyə razılıq verib. Biz hazırda müştərinin açıq-aşkar razılığını ifadə edə bilməsi formasını müəyyən edə bilsək, əlbəttə, bank sirrinin verilməsi mümkündür”.

Qeyd edək ki, Banklar haqqında qanunun 41-ci maddəsində qeyd edilir ki, Mülki Məcəlləyə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.

Mülki Məcəllənin 967-ci maddəsinə əsasən, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank sirri

Patentin alınması barədə Tələblər təsdiq olunub

posted in: Xəbər | 0

“Patentin alınması barədə iddia sənədinə aid Tələblər”in təsdiq edilməsi haqqında (patent)

“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 749 nömrəli və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 dekabr tarixli 167 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 30 mart tarixli 600 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Patentin alınması barədə iddia sənədinə aid Tələblər” təsdiq edilsin (əlavə olunur).
  1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması və təqdim edilməsi qaydasını, habelə ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələrini müəyyən etsin.

Azərbaycan Respublikasının
Baş Naziri                         Əli Əsədov

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin:  Patentin alınması barədə iddia sənədinə aid Tələblər (68 downloads )

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
patentin alınması, patent, tələblər

Xarici ölkə vətəndaşları Azərbaycanda məsafədən bank hesabları aça biləcək

posted in: Bank, Xəbər | 0

Xarici ölkə vətəndaşları Azərbaycanda məsafədən bank hesabları aça biləcək.


“Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması ilə əlaqədar hazırlanmış infrastruktur “Bakutel 2019″ sərgisində nümayiş etdiriləcək”.

Bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov bildirib. H.Abbasov deyib ki, nazirliklə Mərkəzi Bank arasında məsafədən hesabların açılması ilə bağlı görüş olub: “Həmin informasiya sisteminə elektron imza infrastrukturu da inteqrasiya olunub.

Türkiyə ilə Azərbaycan arasında elektron imzaların qarşılıqlı tanınması bizə nə verəcək?

Texniki tərəfləri həll etmişik, hüquqi tərəfləri ilə bağlı da araşdırma apardıq. Hüquqşünaslar gördülər ki, qanunda heç bir məhdudiyyət yozdur. Bu o deməkdir ki, biz məsafədən hesab açmağa başlayırıqsa, hansı ölkələrlə elektron imzanın qarşılıqlı tanınmasını təmin etmişiksə, həmin ölkə vətəndaşları da Azərbaycanda özlərinə bank hesabları aça biləcəklər.

Bununla bağlı həm Türkiyə, həm Belarusla bağlı proses gedir. “Bakutel 2019” sərgisində bu infrastruktur ilə tanış ola bilərsiniz”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank hesabları

Bu ilin əvvəlindən 30 auditor bazarı tərk edib

posted in: Audit, Xəbər | 0

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 12 auditor təşkilatı və 2 sərbəst audit könüllü qaydada, 8 auditor təşkilatı və 8 sərbəst auditor isə məcburi qaydada bazardan kənarlaşdırılıb.

Bu barədə Auditorlar Palatasından bildirilib.

Palata auditorların fəaliyyətinin məcburi qaydada dayandırılmasının səbəblərindən biri kimi onların üzvlük haqqı ödəməmələrini göstərib.

Bundan başqa, qurum 10 ay ərzində 25 auditor təşkilatına və 3 sərbəst auditora fəaliyyət üçün icazə verib.

Beləliklə, noyabrın 1-nə ölkədə 105 auditor təşkilatı və 45 sərbəst auditor fəaliyyət göstərib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
auditor