199.3 maddəsi ilə müəyyənləşdirilmiş Vergi güzəşti bütün ailə üzvlərinə şamil edilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

199.3 maddəsi ilə müəyyənləşdirilmiş Vergi güzəşti bütün ailə üzvlərinə şamil edilir?

Sual:

Vergi Məcəlləsinin 199.3-cü maddəsi ilə müəyyən edilmiş vergi güzəşti müddətli hərbi xidmət hərbi qulluqçusunun eyni vaxtda bütün ailə üzvlərinə (maddə 13.2.7) şamil edilir?

Yəni, 13.2.7-ci maddədə sadalanan bütün ailə üzvlərinin hər birinə onların mülkiyyətində olan binaya görə əmlak vergisi hesablanarkən həmin ailə üzvlərindən hər biri ayrı-ayrılıqda müddətli hərbi xidmətdə xidmət keçən və ailə üzvü olan hərbi qulluqçuya görə eyni vaxtda bu güzəştdən faydalana bilərlər?

Əgər eyni vaxtda müddətli hərbi xidmətdə xidmət keçən və ailə üzvü olan bir neçə hərbi qulluqçu olarsa, bu zaman da yuxarıda qeyd etdiyim ailə üzvlərinin hər biri hər qulluqçuya görə ayrılıqda vergi güzəştindən yararlana bilər?

Cavab:

Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Bu güzəşt müddətli hərbi xidmət hərbi qulluqçularının müddətli hərbi xidmət dövründə bütün ailə üzvlərinin ödəməli olduqları əmlak vergisinə münasibətdə tətbiq olunur. Bu maddə ilə müəyyən olunmuş əmlak vergisi üzrə 30 manat azadolma fiziki şəxsin hərbi xidmət hərbi qulluqçuları olan ailə üzvlərinin sayından asılı olmayaraq bir il ərzində yalnız bir dəfə tətbiq edilir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi güzəşti

Ödəmələr haqqında məlumat vermək öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicilərinə maraqlı olan məsələlərdən biri də Vergi Məcəlləsinin 73-cü maddəsinin tələbləridir. Bu maddə ilə bağlı ortaya çıxan sualları sərbəst auditor Altay Cəfərov cavablandırır. ödəmələr

Vergi Məcəlləsinin 73-cü maddəsi ödəmələr haqqında məlumatın verilməsi məsələsini aydınlaşdırır. Görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir. Ödəmələr haqqında məlumatların verilməməsinə görə hansı maliyyə sanksiyaları tətbiq edilir? Məlumatlar vergi orqanlarına necə təqdim edilməlidir? Ödəmələr dedikdə nə başa düşülür, hansı ödəmələr bura aid olunur?

Bura işlərə, xidmətlərə və həm də mallara görə ödənişlər aiddir. Bundan əlavə, bütün digər ödəmələr haqqında da məlumat vergi orqanlarına təqdim olunur.

Növbəti sual meydana çıxır ki, ödəmələr haqqında məlumatı kimlər verməlidir?

73-cü maddəyə əsasən, həm vergi ödəyiciləri, həm də vergi ödəyicisi kimi uçotda olmayan istənilən fiziki şəxs məlumatları verməlidir. Fiziki şəxlərin məlumatlandırılması ilə bağlı birbaşa qaydalar yoxdur.

Bəs vergi ödəyiciləri məlumatlandırmanı necə aparmalıdır?

Vergi ödəyiciləri məlumatlandırmanı, ilk növbədə, hesabatların, bəyannamələrin və arayışların təqdim edilməsi ilə aparırlar. Məsələn, ƏDV məqsədləri üçün mallara, işlərə və xidmətlərə görə ödəmələr aparılmışsa, ƏDV bəyannaməsinin təqdim edilməsi məlumatların təqdim edilməsi sayılır. Mənfəət vergisi məqsədləri üçün mənfəət vergisi, sadələşdirilmiş vergi və s. üzrə bəyannamələr verilməklə, vergi ödəyicilərinin könüllü və məcburi formada məlumatları təqdim edilmiş sayılır.

Bir çox hallarda isə əhalidən aldığı mallara görə birbaşa məlumatların təqdim edilməsi öhdəliyi vardır, amma prosedurlar hələlik yoxdur. Bütün hallarda məlumatlar icmal formada verilməlidir. Yəni belə vergi ödəyiciləri malların alış aktları ilə aldıqları və ödədikləri məbləğlər haqqında vergi orqanlarına açıqlamalar verməlidir. Bundan əlavə, vergi orqanları özləri də bunları vergi ödəyicisinin verdiyi illik gəlir və ya mənfəət vergisi bəyannaməsi üzrə müəyyənləşdirdiyi uyğunsuzluğu vergi ödəyicisinə gördərməklə həll etmiş olur. Yəni uyğunsuzluqlar haqqında bildiriş vergi ödəyicisinə göndərilir və vergi ödəyicisi məcburi formada məlumatları və sənədləri vergi orqanına göndərir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Ödəmələr

Deputat “Startup”lara vergi güzəştlərinin tətbiq edilməsini istəyir

posted in: Vergi, Xəbər | 0

Deputat “Startup”lara vergi güzəştlərinin tətbiq edilməsini istəyir

“Azərbaycanda çox sayda “startup” həyata keçirilir. Bu “startup”ların inkişafı iqtisadiyyatın və sahibkarlığın inkişafına çox böyük töhfədir və bunu təşviq etmək lazımdır”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O hesab edir ki, nəzərdə tutlan güzəştlər bu sahəyə də tətbiq edilsə, bu, Azərbaycanın yüksək texnologiyalar cəmiyyətinə çevrilməsinə böyük töhfə olar: “Ulu öndər Heydər Əliyev vaxtilə yüksək texnologiya bilikləri tələb edən sahələri, kondisioner və digər zavodların tikintisini Azərbaycana gətirməsəydi, o sahələrdə alimlər yetişməsəydi, konstruktor-təcrübə laboratoriyaları yaradılmasaydı, əlbəttə, bu gün Azərbaycanın müdafiə qabiliyyətini öz hesabına təmin edə biləcək işlərin görülməsi mümkün olmazdı”.

B.Əliyev vurğulayıb ki, Vergi Məcəlləsinə dəyişikliklərin və onların iqtisadiyyatın daha sürətlə inkişafına və sahibkarlığın genişlənməsinə töhfə verəcəyinə şübhə yoxdur: “Qısa müddət ərzində vergilər sahəsində böyük işlər görüldü, sahibkarlar üçün geniş imkanlar yarandı. Bu gün Azərbaycanda vergi siyasəti ölkədə aparılan islahatlar konsepsiyasına uyğun həyata keçirilir. Bu baxımdan da təklif edilən dəyişikliklərin gözəl nəticələr verməsi şübhə doğurmur”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
startup

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında Qərarda dəyişiklik edilib

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (maliyyə nazirliyi)

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 20-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1438; 2017, № 4, maddə 609) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Maliyyə naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbərinin müavini

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin direktoru

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət

Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi”.

Mənbə: cabmin.gov.az

Azərbaycan Respublikasının
Baş Naziri                      Əli Əsədov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Maliyyə Nazirliyinin kollegiyasının tərkibi, maliyyə nazirliyi