Gələn il Azərbaycanda ƏDV üzrə büdcə daxilolmaları artacaq

posted in: Vergi, Xəbər | 0

Gələn il Azərbaycanda ƏDV üzrə büdcə daxilolmaları 13% artacaq

büdcə daxilolmaları EDV ƏDV

2020-ci il üçün əlavə dəyər vergisi (ƏDV) üzrə ümumi proqnoz 4 735,0 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2019-cu ilin gözlənilən icrasına nisbətən 541 mln. manat və ya 12,9% çoxdur.

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Nəzərdə tutulan proqnoz dövlət büdcəsinin gəlirlərinin 19,6%- i, dövlət büdcəsinin vergi gəlirlərinin isə 45,1%-i səviyyəsindədir.

Qeyd edək ki, dövlət büdcəsinə təmin olunan əlavə dəyər vergisinin tərkibində vergi orqanlarının payının azalması, gömrük orqanlarının payının isə artması davam etməsi proqnozlaşdırılır. Belə ki, növbəti il üzrə proqnozun 42,9%-i Vergilər Nazirliyi, 57,1%-i isə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin payına düşəcək.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV EDV büdcə daxilolmaları

Yükdaşıma fəaliyyətinin vergiyə cəlb edilməsi

posted in: Vergi, Xəbər | 0

yükdaşımaYükdaşıma fəaliyyətinin vergiyə cəlb edilməsi.


Yükdaşıma xidməti ilə məşğul olan müəssisənin mülkiyyətində yüksək yükgötürmə qabiliyyətinə və xüsusi təhlükəli yüklərin daşınmasını həyata keçirən xüsusi nəqliyyat vasitələri vardır. Respublika daxilində digər müəssisələrlə bağlanan müqavilələr əsasında yükdaşıma xidmətləri həyata keçirən müəssisənin nəqliyyat vasitələrinin yük daşıması ilə bağlı fəaliyyət növü üzrə vergi öhdəlikləri (vergi növü, bəyannamə təqdim etmə və s.) necə həyata keçirilməlidir?

Vergilər Nazirliyinin şərhinə əsasən, mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində yük daşımalarını, o cümlədən təhlükəli yüklərin daşınmasını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi sayılır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər aşağıdakı tələblərə cavab verdiyi halda ƏDV qeydiyyatına alına bilər:

  • göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
  • digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;
  • göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

“Fərqlənmə nişanı” mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Vasitəçilik xidməti göstərən şəxs əldə etdiyi bütün gəlirlərdən gəlirin əldə olunması ilə bağlı xərcləri çıxdıqdan sonra mənfəət vergisini ödəməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yükdaşıma vergi

Azərbaycanda şirkətlərin gəlirlərinin yoxlanılacağı halların sayı artırılıb

posted in: Vergi, Xəbər | 0

İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq edilən gəlir (mənfəət) üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi hallarında vergi orqanları tərəfindən vergi ödəyicisinin gəliri yoxlanacaq. yoxlama

Vergilər Nazirliyinin Kollegiyasının “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bu zaman vergilərin yenidən hesablanması yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçiriləcək.

Vergi Məcəlləsində nəzərdə tutulmuş azadolmaların düzgün tətbiqi və bəyan edilməsi ilə əlaqədar da gəlirin yoxlanılması həyata keçiriləcək. O cümlədən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsinin Vergi Məcəlləsinə uyğunluğunun yoxlanılması vergi ödəyicisinin gəliri yoxlanılacaq.

Dəyişiklik bu gündən qüvvəyə minir.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yoxlama

E-qaimənin göndərilib, sonra silinməsi hansı problemlər yarada bilər?

posted in: Xəbər | 0

e-qaiməE-qaimənin göndərilib, sonra silinməsi hansı problemlər yarada bilər? e-qaimə

Vergilər Nazirliyinin “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim ediləndə verilir.

Vergi Məcəlləsinin 16.1.11-6.1-ci, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-qaimə