» » » İsveç vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

İsveç vergi sistemi haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi sistemi İsveçİsveç vergi sistemi haqqında bilmədiklərimiz

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda İsveç vergi sistemi haqqında danışacağıq.

İsveçlilər ən intizamlı vergi ödəyiciləridirlər. İctimai rəy sorğuları göstərib ki, skandinaviyalıların əksəriyyəti, lazım gələrsə, bundan da çox vergi ödəməyə hazırdırlar. 2016-cı ildə aparılan milli rəy sorğusu, otuza yaxın dövlət idarəsi arasında İsveçin vergi xidmətini populyarlığına görə üçüncü yerə layiq görüb. İsveçlilər öz dövlətlərinə və onun institutlarına etibar edirlər – ictimai fikirlə bağlı çoxsaylı tədqiqatlar da bunu təsdiq edir. Əmək haqqının demək olar ki, yarısını tutan dövlət strukturuna belə bir simpatiya bəslənilməsinin səbəbi nədir? Qanunlara hörmətmi? Bu da var, amma təkcə o, deyil.

İsveçlilər qədər vergi ödəyirlər?

Əgər isveçli və azərbaycanlıya nə qədər əmək haqqı alırsan sualı ünvalanarsa, onlar prinsipial olaraq fərqli cavab verərlər. Burada iş maaşın məbləğində deyil, onun necə hesaba alınmasındadır. İsveçdə bir qayda olaraq, əmək haqqını brutto ilə, yəni, vergilər tutulmamışdan öncə olan məbləğdə söyləmək qəbul olunub. Azərbaycanda isə çox vaxt əmək haqqı dedikdə, vergilər ödənildikdən sonra bilavasitə ələ çatan məbləğdən söhbət gedir.

İsveçdə vergiləri bütün işləyən vətəndaşlar ödəyirlər. Lakin, tariflər və ödənilən vergi məbləğləri bir sıra amillərdən asılıdır: vergi ödəyicisinin yaşından, kommunadan, qeydiyyata alındığı yerdən, əmək haqqının ümumi məbləğindən, əmək növündən – müzdlu işçi və ya fərdi sahibkar olmasından və digər amillərdən. Bir ümumi qayda mövcuddur: kim çox qazanırsa, vergi xəzinəsinə də onlar daha çox ödəyirlər.

Vergilər iki hissədən ibarət olur: yerli (kommuna) və dövlət yığımlarından. Yerli vergilərin tarifi kommunadan asılı olaraq orta hesabla 29%-lə  35 % arasında tərəddüd edir. Tarixən elə formalaşıb ki, sağ liberalların hakimiyyətdə olduğu kommunalarda vergilər aşağı, sol partiyaların hakimiyyətdə olduğu kommunalarda isə nisbətən yuxarıdır. İl ərzində 443 200 krondan az (54 070 ABŞ dolları) qazanan şəxslər yalnız kommuna vergisini ödəyirlər. İllik qazanc bu məbləğdən yüksəkdirsə, onda həm də 20% həcmində dövlət vergisi çıxılır. Gəlirləri 638 800 krondan çox olanlar, həmin hüdudu keçən vəsaitdən daha 5% vergi ödəməli olurlar.

Sahibkarlar ölkədə ən çox vergi ödəyicisidirlər. Lakin, əgər gəlir yoxdursa və ya biznes zərərlə işləyibsə, onda vergi ödənilmir. İl ərzində 18 784 krondan çox qazanc əldə etməyənlər də vergi ödəməkdən azaddırlar. Yaşı altmışı ötənlər və otuzdan az yaşı olanlar, ən az vergi ödəyirlər.

Məşhur İsveç yazıçısı Astrid Lindqren hökuməti necə istefaya göndərdi

Yüksək vergilər İsveçdə ən çox müzakirə olunan mövzulardan biridir və biri olaraq qalmaqdadır. İrrasional vergi siyasətindən qəzəblənən məşhur yazıçı Astrid Lindqrenin İsveç hökumətini necə istefaya göndərməsi ilə bağlı məşhur bir tarixçə var. “Öyrənəndə ki, yeni qanuna görə mən öz gəlirlərimdən 102% vergi ödəməliyəm, sadəcə çox qəzəbləndim, – Lindqren belə nəql edir. – O vaxtkı maliyyə nazirinə məktub göndərdim və əmin etdim ki, böyük sevinclə öz gəlirlərimdən 90% vergi ödəyə bilərəm, amma 102% deyil”. Sonra isə qələmi götürüb “Pomperipos və Monismani haqda Saqu”nu yazdım. Sadə bir nağıl hal-hazırda da məmur absurdluğu ilə mübarizənin simvoluna çevrilib. “Mənim nağılım bir balaca dostluq belə etdiyim maliyyə nazirinin dəhşətli dərəcədə xoşuna gəlməmişdi, – Astrid belə xatırlayır. O, mənə belə söyləmişdi.  – Yaxşı olar ki, öz nağıl və hekayələrimi yazım və başım çıxmayan işlərə burnumu soxmayım. Mən də ona qəzetdə bir məqalə ilə cavab verdim. Söylədim ki, yaxşı olar, biz yerlərimizi dəyişək, çünki mən hər halda elə də pis hesablamıram, o isə maliyyə ilə bağlı gülüş doğuran nağıllar uydurur. Bilmirdim ki, mənim bu cür ovqatımı bu qədər isveçli dəstəkləyir”.

Nəticədə  bədnam vergi qanunu ləğv edildi, nazirlər kabineti isə istefa verdi.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi sistemi İsveç