Vakansiya: Maliyyəçi (Təcrübə Proqramı) – AGA Group

Vakansiya: Maliyyəçi (Təcrübə Proqramı).

İşəgötürən: AGA Group.

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülərdən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.

Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin etmək və yüksək vəzifələrdə dəyərləndirməkdir.

Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və maliyyə sahəsində təcrübə qazanmaq istəyən namizədlər axtarırıq.

Əgər Siz:

▪ İqtisadi (maliyyə) sahə üzrə ali təhsil (magistr təhsili olanlara üstünlük verilir)
▪ Təhsilini yenicə başa vuran və ya magistr təhsili davam edən şəxslər;
▪ Öyrənmə həvəsi yüksək və maliyyə sahəsində təcrübə qazanmaq istəyi;
▪ Güclü riyazi və məntiqi bilgilər;
▪ Maliyyə sahəsində ən azı nəzəri biliklərə malik olmaq;
▪ Azərbaycan dilində sərbəst danışıq (ingilis dilini bilmək üstünlükdür);
▪ Güclü ünsiyyət qabiliyyətinə malik;
▪ Açıq fikirli və nitq qabiliyyətli;
▪ Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
▪ MS Office proqramları, xüsusilə Excel biliyi (1C üstünlükdür);

Keyfiyyətlərinə sahibsinizsə…
Biz sizin müraciətinizi gözləyirik !

▪ AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
▪ İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:00-13:00;
▪ Əmək haqqı: 350 AZN
▪ Təcrübə müddətini (3 ay) uğurla başa vuran şəxslər “AGA Group”-da müstəqil olaraq maliyyəçi kimi fəaliyyətə başlamaq fürsəti əldə edəcəklər.

https://agagroup.az/vakansiya.html – ünvanına daxil olaraq müvafiq vakansiya üzrə (Maliyyəçi-Təcrübə Proqramı bölməsindən) öz CV`nizi bizə göndərə bilərsiniz.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təcrübə proqramı, vakansiya, maliyyəçi

Vakansiya: Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Zeta Group

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: cv@zeta.az / info@finstaff.az
  • Əmək haqqı: Razılaşma ilə.

Vakansiya barədə məlumat

• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanmasi;
• Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq maliyyə hesabatlarının hazırlanması;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.

İş şərtləri:

• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı müsahibə əsnasında təyin ediləcək.

Namizədə tələblər

• Yaş: 25-40
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel (əla)/1C 8.3 (əla)

Şəxsi keyfiyyətlər:

• Analitik düşünmə bacarığı
• Problemləri həll etmə bacarığı
• Düzgünlük və Dəqiqlik
• Analiz etmə bacarığı
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı

Email: cv@zeta.az / info@finstaff.az

Mənbə: finstaff.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib

Azərbaycanda vergi və gömrük inzibatçılığının strategiyasının hazırlanması təklif edilib

posted in: Vergi, Xəbər | 0

                          Azərbaycanda vergi və gömrük inzibatçılığının strategiyasının hazırlanması təklif edilib gömrük inzibatçılığı

Hesablama Palatası gömrük orqanları xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin yığımı prosesinin daha da təkmilləşdirilməsi məqsədilə elektron informasiya sistemində xarici ticarətin iştirakçılarının dövlət büdcəsi ilə hesablaşmalarının uçotunun aparılmasında “şəxsi hesab vərəqəsi” prinsipinin tətbiq olunmasını təklif edib.

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, borc və artıq ödəmə məbləğlərinin, eləcə də gömrük ödənişlərinin (ödənişləri həyata keçirən şəxslərin) gömrük bəyannamələrinə uyğun uçotunun təşkil olunması məqsədəmüvafiq hesab olunur: “Ümumilikdə isə vergi və gömrük inzibatçılığının inkişafı üçün inzibatçılığın səmərəliliyinin mütəmadi olaraq qiymətləndirilməsi (diaqnostikası) mütləq şərtdir. Bu baxımdan da konkret hədəflər üzrə kəmiyyət göstəriciləri əks etdirilməklə inzibatçılığın orta və uzunmüddətli dövr üçün inkişafı strategiyasının təsdiq olunması zərurəti yaranır”.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi gömrük inzibatçılığı

Publik hüquqi şəxslərə dövlət nəzarətinin tətbiq edilməsi və gəlirlərinin mənfəət vergisinə cəlb olunması təklif edilir

posted in: Xəbər | 0

Publik hüquqi şəxslərə dövlət nəzarətinin tətbiq edilməsi və gəlirlərinin mənfəət vergisinə cəlb olunması təklif edilir

Hesablama Palatası publik hüquqi şəxslər üzərində dövlət nəzarətinin tətbiq olunmasını təklif edib.

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, beynəlxalq təcrübəsinin araşdıran Hesablama Palatası hesab edir ki, publik hüquqi şəxsin fəaliyyətinin qanuniliyi, aktuallığı və səmərəliliyi, habelə maliyyə-təsərrüfat fəaliyyəti dövlət nəzarəti altında olmalıdır və bu nəzarəti həyata keçirən orqan qanunla müəyyən edilmiş qaydada publik hüquqi şəxsin qanunsuz qərarının qüvvədən düşməsi və ya ləğv edilməsi səlahiyyətinə malik olmalıdır.

Eyni zamanda, fikrimizcə, publik hüquqi şəxslər daşınmaz əmlak əldə etmək, sərəncam vermək, kredit götürmək, bəzi xərclər üzrə hədləri müəyyən etmək üçün bu orqanın razılığını almalıdırlar. Hesablama Palatası beynəlxalq təcrübədə də tətbiq edilən yanaşmaları istifadə etməklə Azərbaycan Respublikasında da publik hüquqi şəxslərin büdcəsinin dövlət nəzarət orqanı ilə (məsələn, Nazirlər Kabineti) razılaşdırılmasını təklif edib.

Rəydə nəzərə çatdırılır ki, bəzi publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılır ki, bu da dövlət büdcəsi üçün əlavə yük yaradır. Digər tərəfdən, publik hüquqi şəxslərin mənfəəti vergilərdən azad olur ki, bu dövlət büdcəsinin gəlirlərinə azaldıcı təsir edir. Hesablama Palatası hesab edir ki, yeni yaradılan publik hüquqi şəxslərə fəaliyyətin ilk illərində dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin verilməsi və dövlət sifarişi əsasında onlara dövlət büdcəsindən vəsaitlərin ayrılması təbii proses kimi qəbul edilə bilər. Lakin uzunmüddətli dövrdə davamlı olaraq publik hüquqi şəxslərə vəsaitlərin ayrılması (əsasən də dövlət sifarişi ilə bağlı olmayan istiqamətlərə) əksinə dövlət maliyyə sisteminə yük kimi qiymətləndirilməlidir. Dövlət büdcəsinin icrası ilə bağlı məlumatların təhlili göstərir ki, bəzi hallarda publik hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan vəsaitlər konkret tədbirləri əhatə edən dövlət sifarişləri ilə bağlı olmur, başqa sözlə bəzi hallarda publik hüquqi şəxslərin saxlanılması və funksional fəaliyyəti də dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Hesablama Palatası bunu nəzərə alaraq, dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılacaq vəsaitlərin məbləğinin müəyyənləşdirilməsi üçün dövlət sifarişləri əsasında göstəriləcək xidmətlərə əsaslanan maliyyələşmə mexanizmlərinin hazırlanmasını təklif edir. Rəydə qeyd edilib ki, publik hüquqi şəxslər dövlət büdcəsinin xərclərinə artırıcı təsirə malik olduğu kimi, dövlət büdcəsi gəlirlərinə də azaldıcı təsirə malikdir. Vergi Məcəlləsinə əsasən, publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəalar gəlirlərin əldə olunması ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol verilməsi kimi məhdudiyyətlərə əməl olunmayacağını da əvvəlcədən ehtimal etməyə imkan verir. Bunun nəticəsində isə onlar tərəfindən maliyyə, mühasibat və vergi uçotunun (xəzinə nəzarəti ilə əhatə olunmayan hesablaşma hesabları vasitəsilə aparılan əməliyyatlar üzrə də) kommersiya qurumunda olduğu kimi deyil büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnə bilər.

Hesablama Palaiasına görə, Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəaların məhdudlaşdırılması məqsədəuyğundur. Eyni zamanda, bəzi büdcə təşkilatlarının son illər ərzində publik hüquqi şəxsə çevrilməsi bu təşkilatlar üzrə iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətdən əldə edilən gəlirlərin dövlət büdcəsinin gəlirlərinə (büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinə) aid edilməməsinə gətirib, həmin publik hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan vəsaitlərdə azalma müşahidə olunmayıb.

Dövlət büdcəsin icrası ilə bağlı Hesablama Palatasında təqdim edilmiş məlumatlara görə, 2018-ci ilin dövlət büdcəsindən 20 publik hüquqi şəxs üzrə bütün istiqamətlərdən 1,9 mlrd. manat vəsait xərc edilib, 2019-cu il dövlət büdcəsində isə bütün mənbələrdən 1,5 mlrd. manat nəzərdə tutulub. Hesablama Palatası 2019-2020-ci illərdə public hüquqi şəxslərə bölgüsü əvvəlcədən müəyyənləşdirilməmiş xərclərdən ayırmaların hesabına nəzərdə tutulmuş məbləğin artacağı qənaətindədir. Publik hüquqi şəxslər üzrə nəzərdə tutulmuş xərclərin iqtisadi təsnifat üzrə təhlili göstərir ki, bu xərclərin 64,7 mln. manatı istehlak yönlü xərclər, 116,0 mln. manat dövlət müəssisələrinə subsidiyalar, 71,0 mln. manatı yaşayış binalarının tikintisi, 322,0 mln. manatı, qurğuların (tikililərin) əsaslı təmir xərcləri üzrə, 0,1 mln. manatı bank xidmətlərinin ödənilməsi üzrə, 1,6 mln. manatı sair xərclər üzrə nəzərdə tutulub.

Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərinin nəticəsi göstərir ki, bəzi təşkilatların publik hüquqi şəxsə çevrilməsindən sonra, onlar tərəfindən əməyin ödənişi ilə bağlı xərclər Vahid Tarif Cədvəli üzrə deyil, nisbətən yüksək tariflərlə müəyyən edilir. Ümumiyyətlə, təhlil qurumların “publik hüquqi şəxs” statusunun yalnız bu məqsəd üçün əldə etməsi təəssüratı yaranır. Bunu nəzərə alaraq, qanunvericiliyə dövlət büdcəsindən alınan vəsaitdən əlavə illik gəliri müəyyən məbləğdən yüksək olan publik hüquqi şəxslər üzrə (təhsil və ya elmi müəssisələr istisna olmaqla) müvafiq büdcə layihəsinin, ştat cədvəlinin və əmək haqqı sənədlərinin, həmçinin bir sıra xərclərin həddinin nəzarət orqanı ilə razılaşdırmaq məcburiyyətinin olması ilə bağlı əlavələrin edilməsi məqsədəuyğundur.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Publik hüquqi şəxslər dövlət nəzarəti