Vakansiya: Baş Mühasib – Azerterminal Servis MMC

Baş Mühasib vakansiyaVakansiya: Baş Mühasib tələb olunur.

İşəgötürən: Azerterminal Servis MMC.

  • Əmək haqqı: 1500 – 2000 AZN.
  • Şəhər: Bakı
  • Yaş: 24 – 50 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Turanə xanım
  • Telefon: (051) 225-71-99 / (012) 565-82-22
  • E-mail: t.hasanova@azts.az / info@finstaff.az

İş barədə məlumat

– Vergi və mühasibat uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– ƏDV,DSMF və Statistika və digər hesabatların hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əməliyyataların 1C 8.3 proqramına işlənməsi .
– E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Aylıq olaraq daxili maliyyə hesabatlarının hazırlanması
– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək.
– İş qrafiki: 09:00-dan 18:00-dək
– 6-cı gün 10:00-dan 13:00-dək

Namizədə tələblər

– Maliyyə istiqamətində ali təhsil
– Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dili bilmək üstünlükdür
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Bu vəzifə ilə bağlı zəruri iş təcrübəsi : 5+ il

CV-lərinizi t.hasanova@azts.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
baş mühasib, vakansiya

Bu gün Rusiyada mühasiblər günüdür

posted in: Xəbər | 0

Rusiyada mühasiblərBaxmayaraq ki, dünyada beynəlxalq mühasiblər günü noyabrın 10-da qeyd olunur, elə ölkələr də var ki, həmin peşə bayramını başqa bir tarixdə milli mühasiblər günü kimi qeyd edirlər. Bu ölkələrdən biri də Rusiyadır.(Rusiyada mühasiblər)

Mühasib günü – mühasibat uçotu sahəsində çalışan mütəxəssislərin peşə bayramıdır. Demək olar ki, bütün peşə nümayəndələrinin öz bayramları var. Lakin rus mühasibləri Günü ilə bağlı hər şey elə də sadə deyilmiş. Təqvimdə mühasib günü ilə bağlı qırmızı rənglə qeyd olunmuş tarix yoxdur. Buna baxmayaraq, mühasiblərin əksəriyyəti ənənəvi olaraq həmin tarixi günü noyabrın 21-də, Rusiya prezidenti Boris Yeltsinin 1996-cı ildə “Mühasibat uçotu haqqında” Qanunu imzaladığı gün qeyd edirlər. Yeri gəlmişkən, həm də vergi orqanları öz bayramlarını, məhz, noyabrın 21-də qeyd edirlər.

Bir çox illərdir ki, Moskva mühasibləri öz peşə bayramlarını noyabrın 16-da qeyd edirlər. Bundan əlavə bəzi mənbələrdə mühasiblər gününün noyabrın 25 və ya 28-də – “Mühasibat uçotu haqqında” Qanunun dərc edildiyi tarixdə qeyd olunması barədə də məlumatlar tapmaq olar. Bir sözlə, dəqiqliyi sevən bir peşə üçün xarakterik olmayan qarmaqarışıqlıq hökm sürür.

Təkcə ayrıca götürülmüş bir müəssisənin deyil, bütün dövlətin iqtisadiyyatının uğuru, məhz mühasiblərin dəqiq işindən asılıdır.

Maraqlıdır ki, Rusiyanın bəzi regionlarında mühasib günü ilə bağlı regional bayramlar da qeyd olunur. Məsələn, Yaroslavl vilayətində bu bayram aprelin ilk istirahət günü qeyd olunur. Volqoqrad vilayətində mühasib günü noyabrın 1-də, Krasnoyarsk diyarında noyabrın 12-də, Sankt-Peterburqda noyabrın 15-də, Moskvada isə noyabrın 16-da, Tatarıstanda noyabrın son cümə günü qeyd olunur.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Rusiyada mühasiblər

Vergi hesab-fakturası ilə bağlı dəyişiklik ediləcək

posted in: Vergi, Xəbər | 0

Vergi hesab-fakturası ilə bağlı dəyişiklik ediləcək

Vergi hesab-fakturası

Milli Məclisdə birinci oxunuşda qəbul edilmiş 2020-ci il büdcəsi layihəsi paketinə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də daxil edilib. Dəyişikliklərdən biri də əlavə dəyər vergisi (ƏDV) ilə bağlı əməliyyatların vaxtının dəqiqləşməsini nəzərdə tutur. Maliyyə mütəxəssisisi, ekspert Vüqar Mirheydərov Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyası ilə bağlı bildirib ki, hazırda qüvvədə olan redaksiyada ƏDV tutulan əməliyyatın vaxtı bu tarixlərdən biri kimi müəyyənləşdirilir: ödəmə tarixi, elektron hesab-fakturanın verilmə tarixi, malların təhvil verilmə tarixi, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi, malların göndərilməsinin başlama tarixi:

“Bu tarixlərdən məhz hansının seçilməsi ödəmənin nə vaxt aparıldığı, malların nə vaxt təhvil verildiyi, nə vaxt elektron vergi hesab-fakturası təqdim edilməsindən asılıdır. Sözsüz ki, bu üsul çoxsaylı narazılıqlara səbəb olurdu. 2012-ci ildən bəri bu maddəyə hər hansı bir dəyişiklik qəbul edilməməsi isə belə bir təsəvvür yaradırdı ki, bu maddənin əsas məqsədi vergi ödəyicisini çaşdırmaq və ƏDV bəyannaməsinə qarşı mənfi rəy yaratmaqdır. Yeni dəyişikliklər bu fikirləri kökündən dəyişəcək”.

Məcəlləyə dəyişikliklərlə bağlı irəli sürülən təkliflər qəbul edilərsə, 2020-ci ildən etibarən ƏDV-nin başqa bir atributu olan vergi hesab-fakturası da ləğv ediləcək. Bunun gözlənilən olduğunu vurğulayan V.Mirheydərov elektron qaimə-fakturaların dövriyyəsinin artması şəraitində, əlavə olaraq eyni məlumatları daxil edilən ikinci sənədin göndərilməsinə heç bir ehtiyac qalmadığını deyib: “2020-ci ildə malların alınmasını, xidmətlərin göstərilməsini və işlərin görülməsini təsdiq etmək üçün elektron qaimə-faktura göndərmək kifayət edəcək və onlayn kargüzarlığın iki müxtəlif bölməsi arasında qalıb vergi hesab-fakturasını göndərmək lazım olmayacaq”.

Ekspert Vergi Məcəlləsinə əlavə olunan 71-2 maddəsini də təqdirəlayiq addım kimi dəyərləndirib. Həmin maddə malların alış-aktının (MAA-1 forması) elektron formasının istifadəyə verilməsini tənzimləyəcək. Elektron formanın çap edilib vergi orqanında uçotda olmayan şəxs tərəfindən imzalandığı halda kağız daşıyıcıda alış aktı tərtib edilməyəcək. Bu da vergi ödəyicilərinin işlərinin yüngülləşməsinə, vaxt itkisinin qarşısının alınmasına kömək edəcək.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi hesab-fakturası

Vergi və dövlət rüsumları necə köçürülməlidir?

posted in: Vergi, Xəbər | 0

vergi dövlət rüsumlarıVergi və dövlət rüsumları necə köçürülməlidir?

Noyabrın 20-si gəlir vergisi (xüsusi notariuslar, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), mədən, əlavə dəyər vergisi, eləcə də aksizlər üzrə aylıq ödənişlər üçün müəyyən edilmiş son tarixdir. Vergi ödəyiciləri həmin tarixədək son bir ayda həyata keçirdikləri əməliyyatlara görə hesablanan vergiləri müvafiq hesablara köçürməlidirlər. Bəs həmin vergilər, eləcə də dövlət rüsumları, sosial ödəmələr necə köçürülməldir?

Qanunvericiliyin tələbinə uyğun olaraq, hər bir şəhər və rayon üzrə vergi və digər daxilolmalar, o cümlədən maliyyə sanksiyaları, faizlər büdcəyə yalnız müvafiq hesablar vasitəsilə köçürülür. Həmin hesabları Vergilər Nazirliyi bütün vergi ödəyiciləri üçün əlçatan edib. Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürülən hesablar, işsizlikdən sığorta ayırmaları və məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar Nazirliyin rəsmi saytında ayrıca bölmələrdə yerləşdirilib. Eyni zamanda burada dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar üzrə axtarış sistemi də yaradılıb. Həmin sistemə daxil olan vergi ödəyiciləri VÖEN nömrələrini müvafiq xanaya daxil etməklə onlara lazım olan hesabları tapa bilərlər. Elektron xidmət vasitəsilə büdcə təsnifatı ödənişlərinin kodları, eləcə də büdcə səviyyəsinin kodlarıni əldə etmək mümkündür.

Saytda həmçinin, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xarici valyutada bank rekvizitləri də yer alıb. ƏDV depozit hesabı da açıqlanıb:

Vahid ƏDV Depozit Hesabının rekvizitləri:

Ad: Dövlət Xəzinədarlıq Agentliyi (ƏDV)
Kod: 210027
VÖEN: 1401555071
Müxbir hesab: AZ07NABZ01360100000000004944
SWIFT BİK: CTREAZ24
Hesab N– AZ48CTRE00000000000000014001

Qeyd edək ki, dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürülən hesablar, işsizlikdən sığorta ayırmaları və məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar, eləcə də digər məlumatlarla bu linkdən ətraflı tanış ola bilərsiz.

https://www.taxes.gov.az/

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi dövlət rüsumları