Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

posted in: Xəbər | 0

Maliyyə Bazarlarına Nəzarət Palatası attestasiya keçirəcək

“Sığortaçıların müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari fəaliyyətinə fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunurlar.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilir.

Məlumata görə, attestasiya noyabrın 25-28-d keçiriləcək. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Attestasiya

Vakansiya: Mətanət A ” Təcrübə Proqramı ” elan edir

Təcrübə Proqramı VakansiyaVakansiya: Təcrübə Proqramı

İşəgötürən: Mətanət A

  • Şəhər: Bakı
  • Yaş: 20 – 30 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@matanata.com / info@finstaff.az
  • Məvacib: 200 – 300 AZN

Təcrübə Proqramı barədə məlumat

– Təcrübə proqramı 3 ay nəzərdə tutulmuşdur;
– Təcrübəyə cəlb olunmuş namizədlərə hər ay üçün 200-300 manat məvacib ödəniləcək;
– Təcrübə proqramını uğurla bitirən gənclər şirkətdə işlə təmin olunma imkanı əldə edəcəklər.
– İş saatı :09-00-18-00-dək;
– İstirahət günləri: Şənbə və bazar günü.

Namizədə tələblər

– İqtisadi (maliyyə) sahə üzrə ali təhsil (magistr təhsili olanlara üstünlük verilir));
– Azərbaycan(Rus və ingilis dili biliyi arzuolunandır)
– İş təcrübəsi tələb olunmur.
– Öyrənmə həvəsi yüksək və maliyyə sahəsində təcrübə qazanmaq istəyi;
– Güclü riyazi və məntiqi bilgilər;
– Fikrini rahat izah etmək qabiliyyətli, fəal olmalı, işə planlı yanaşmalı, səliqəli olmalı, yaradıcılıq qabiliyyəti olmalı, logikası olmalı, ofis proqramlarında işləmə bacarığı olmalı.

– CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Təcrübə Proqramı

Əmlakın təsisçilər arasında bölüşdürülməsi

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Əmlakın təsisçilər arasında bölüşdürülməsi. dividend

Sual:

Müəssisə ləğv edilərkən onun mənfəəti hesabına alınmış əmlakın təsisçilər arasında bölüşdürülməsi dividend hesab edilirmi?

Cavab:

Hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın, aktivlərin bölüşdürülməsi nəticəsində əlavə edilən gəlir dividend hesab olunur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
dividend

Gəlirdən çıxılan və çıxılmayan xərclər

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 10-cu fəslinə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır. “BSC konsalting” şirkətinin maliyyə direktoru Arzu Xəlilova gəlirdən çıxılmasına məhdudiyyət qoyulmuş xərclər haqqında şərh verib.

Qanunda qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən çıxılan xərclərə aid edilə bilməz.

Yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, zərərli işdə işləyən işcilərə verilən süd və ona bərabər tutulan digər məhsullara sərf olunan xərclərin və dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən cıxılmasına yol verilir.

Bundan əlavə, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakterli olduqda, müvafiq olaraq bu fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Əməkhaqqı kartlarının alınmasına çəkilən xərcdən başqa, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.

Ezamiyyə xərclərinə gəldikdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi norma daxilində olan ezamiyyə xərci gəlirdən çıxılır, normadan artıq olan hisssəsi isə müvafiq sənədlərlə təsdiq olunmaqla müəssisənin sərəncamında qalan mənfəət hesabına silinir.

Diqqətinizə bir daha çatdırmaq istərdim ki, nəzarət-kassa aparatının çeki və ya qəbzlər malların, xidmətlərin alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.
Yalnız banklar və xüsusi notariuslar tərəfindən verilən qəbzlər xərclərə aid edilə bilər.

Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin xərcə aid edilən məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamalıdır.

Ümüdsiz borcların gəlirdən çıxılan xərcə aid edilməsi ancaq iki şərtlə mümkündür:

1) Əgər bu məbləğ əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilibsə;
2) Bu ümidsiz borc məbləği artq dəyəri olmayan borc kimi təsdiq olunubsa.

Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Həmçinin də hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq faiz dərəcələri ilə məhdudlaşdırılır.

Məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərini artırır.

Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisinin və ya gəlirdən hesablanan hər hansı digər verginin və Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin gəlirdən çıxılmasına yol verilmir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xərclər