Daha çox8
Daha çox8

Kənd təsərrüfatı məhsullarının istehsalının vergiyə cəlb edilməsi və vergidən azad olunması

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-cü maddələrinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlərdən müvafiq olaraq fiziki şəxslər gəlir vergisini, hüquqi şəxslər mənfəət vergisini ödəməkdən azaddır. Vergi Məcəlləsinin 164.1.18-ci və 219.7-ci maddələrində isə göstərilir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrinə görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə müvafiq olaraq əlavə dəyər vergisini (ƏDV) və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.

İqtisadçı ekspert İsmayıl Bağırov mövzunu şərh edərək bildirib ki, bu maddələrin tətbiqinin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlərin və satış dövriyyələrinin hansı vergilərdən və hansı müddətdə azad olunduğunu müəyyənləşdirməkdir. Kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə nəyin nəzərdə tutulduğunu müəyyənləşdirmək lazımdır. Çünki vergidən azad edilən yalnız kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan malların təqdim edilməsidir.

Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə (o cümlədən sənaye üsulu ilə) bunlar nəzərdə tutulur:

  • heyvanların və quşların yetişdirilməsi, bəslənməsi;
  • diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi (yəni onlardan ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən məhsulların əldə edilməsi);
  • bitkiçilik məhsullarının becərilməsi (yəni bitkiçilik məhsullarının təbiətdə olduğu ilkin formasını saxlamaqla, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən əldə edilməsi).

Misal 1. Gəlir vergisinin ödəyicisi olan fiziki şəxs 2018-ci ildə 50.000 manatlıq kənd təsərrüfatı məhsulu – taxıl istehsal etmişdir. Həmin məhsuldan buğda şəklində təqdim edərək 10.000 manat gəlir, buğdadan istehsal etdiyi unun satışından isə 45.000 manat gəlir əldə etmişdir. Bu halda onun məhsuldan buğda şəklində təqdim edərək əldə etdiyi 10.000 manat məbləğində qazanc gəlir vergisindən azaddır. Un satışından əldə etdiyi 45.000 manat gəlirdən isə 9.000 manat (45.000x 20% = 9000) gəlir vergisi hesablanmalıdır.

Misal 2. ƏDV ödəyicisi olan hüquqi şəxs maldarlıq fəaliyyəti ilə məşğul olur. 2018-ci ildə o, maldarlıq fəaliyyətindən əldə etdiyi 60.000 manat məbləğində məhsulu təqdim etmişdir. Bu məhsulun istehsalı ilə bağlı 10.000 manat xərci olmuşdur. Təqdim olunan məhsulun 30.000 manatı inək satışından, 20.000 manatı isə inəklərin kəsilərək ət halında satışından (bununla bağlı istehsal xərci 3.000 manat), 5.000 manatı süd satışından, 5.000 manatı isə pendir və qatıq satışından (bununla bağlı istehsal xərci 1.000 manat ) olmuşdur. Bu halda hüquqi şəxsin diri şəkildə inəklərin və onlardan alınan südün satışından əldə etdiyi 35.000 manat məbləği (30.000 + 5.000) həm ƏDV-dən, həm də mənfəət vergisindən azaddır. İnəklərin kəsilərək ət halında və onların südündən hazırlanmış pendir və qatıq satışından əldə olunan 25.000 manat (20.000 + 5000) ümumi dövriyyədən 4.500 manat (25.000 x 18% = 4500) ƏDV, ümumi dövriyyədən istehsal xərci çıxıldıqdan sonra qalan 21.000 manat ((20.000 – 3.000) + (5.000 – 1.000)) mənfəətdən isə 4.200 manat (21.000 x 20%) mənfəət vergisi hesablanmalıdır.

Misal 3. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs quşçuluq məhsullarının istehsalı ilə məşğul olur. 2018-ci ildə o, quşçuluq fəaliyyətindən əldə etdiyi 70.000 manat məbləğində məhsulu təqdim etmişdir. Təqdim olunan məhsulun 40.000 manatı diri şəkildə quş satışından, 30.000 manatı isə kəsilərək konservləşdirilmiş quşların satışından olmuşdur. Bu halda hüquqi şəxsin quşların diri şəkildə satışından əldə etdiyi 40.000 manat vəsait sadələşdirilmiş vergidən azaddır. Quşların kəsilərək konservləşdirilmiş satışından əldə olunan 30.000 manatdan isə 600 manat (30.000 x 2%=600) sadələşdirilmiş vergi hesablanmalıdır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Kənd təsərrüfatı

Vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

könüllü fəaliyyətXidmətin adı: Vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi. (vergi ödəyicisi)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin vergi borclarının alınması strukturları, vergi öhdəliklərinin icrasına nəzarət strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Vergi ödəyicisinin vergi borcu barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronl aşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergilər nazirinin müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər nazirinin müavini vətəndaşları qəbul edəcək.


Vergilər nazirinin müavini Sahib Ələkbərov noyabrın 27-də Siyəzən şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Heydər Əliyev küçəsi, 135a) Abşeron, Xızı, Siyəzən, Qubadlı, Zəngilan, Şuşa rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 20-25 noyabr 2019-cu il tarixlərində Sumqayıt şəhərində fəaliyyət göstərən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Xırdalan və Siyəzən rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 60%-i keçib

posted in: Xəbər | 0

elektron qaiməVergilər Nazirliyi malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimədən istifadə edilməsi ilə bağlı nəzarəti gücləndirib.

Bunu Vergilər nazirinin müşaviri Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, bununla bağlı istehsal və ticarət sektorunda çalışan sahibkarlıq subyektləri ilə geniş maarifləndirmə işləri aparılıb: “Bu sahədə Nazirliyin tələbləri onlarla çatdırılıb. Həmin tədbirlər artıq nəticəsini verir. Belə ki, bu ilin 6 ayında elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 61,3% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur. Müsbət meyllərdən biri istehsal və topdansatış üzrə toplam dovriyyənin 13,8%, o cümlədən elektron qaimə ilə rəsmiləşən dovriyyənin 37,1% artmasıdır.

Nəticədə istehsal və topdansatış üzrə elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 65,1%-dən 78,4%-ə yüksəlib. Elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcmi topdansatış ticarətdə 42%, pərakəndə ticarətdə 50%, istehsalda isə 30 faiz artıb”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron qaimə
error: Content is protected !!