Əmlak icarəsindən gəlir əldə edən şirkət hansı vergi növünün ödəyicisidir?

posted in: Vergi, Xəbər | 0

vergiVergilər Nazirliyinin şərhinə əsasən, icarəyə verən şəxs rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri olduqda onların bu fəaliyyətləri üzrə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur, icarəyə verən həmin rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri vergi öhdəliyini mənfəət vergisinin ödəyicisi olmaqla ümumi qaydada özləri yerinə yetirirlər. Bu fəaliyyətdən əldə edilən gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər çıxdıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanaraq hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Mənfəət vergisinin bəyannaməsi” vergi orqanına təqdim edilməklə həmin müddət ərzində də hesablanmış mənfəət vergisinin məbləği dövlət büdcəsinə ödənilməlidir.

Əmlakın icarəyə verilməsi fəaliyyəti göstərərək ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatının həcmi 200.000 manatdan artıq olan hüquqi şəxs növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda isə digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdir. Bu halda əmlakın icarəyə verilməsi və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılmalıdır.

Əlavə olaraq bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş verginin dərəcəsi bütün respublika üzrə 2 faiz müəyyən edilmişdir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi

Əmək münasibətləri nə zaman yaranır?

posted in: Xəbər | 0

Əmək münasibətləri emekƏmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Nizami rayonunda “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” mövzusunda keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb. (emek)

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbir Xidmətin təsdiq edilmiş iş planına uyğun olaraq və əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə təşkil olunub.

İşəgötürən və işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə iştirakçılara məlumat verilib. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirildiyi və həmin müqavilələrin işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı bildirilib. Qeyd olunub ki, bu münasibətlər qanunvericiliyə uyğun yaradılmadan şəxslərin işləri yerinə yetirməsinə cəlb edilməsi onların gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı yaradır. Belə halların vergi və sosial sığorta daxilolmalarına da ciddi ziyan vurur.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək münasibətləri, emek

Azərbaycanda muzdlu işçilərin sayı 5,5% artıb

posted in: Xəbər | 0

muzdlu işçiBu il oktyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 1 639,1 min nəfər olub ki, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. (muzdlu işçi)

İqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 604,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,6%-i tikintidə, 7,5%-i emal sənayesində, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olublar.

Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7% artaraq 603,5 manat təşkil edib.

Əmək haqqı neft-qaz sektorunda 3 068,9 manat, qeyri neft-qaz sektorunda 547,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 494,8 manat, özəl müəssisələrdə isə 742,3 manat olub.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
muzdlu işçi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir

posted in: Təcrübə, Xəbər | 0

təcrübəİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər: (tecrube)

– İqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, dizayner

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

–  Məntiqi və analitik düşünmə qabiliyyəti;

–  Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5,);

– Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən 26 noyabr 2019-cu il tarixinə kimi intern@ereforms.org ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya  buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Mənbə: iqtisadiislahat.org



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təcrübə, tecrube