» » » Azərbaycanda muzdlu işçilərin sayı 5,5% artıb

Azərbaycanda muzdlu işçilərin sayı 5,5% artıb

posted in: Xəbər | 0
birbank biznes

muzdlu işçiBu il oktyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 1 639,1 min nəfər olub ki, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. (muzdlu işçi)

İqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 604,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,6%-i tikintidə, 7,5%-i emal sənayesində, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olublar.

Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7% artaraq 603,5 manat təşkil edib.

Əmək haqqı neft-qaz sektorunda 3 068,9 manat, qeyri neft-qaz sektorunda 547,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 494,8 manat, özəl müəssisələrdə isə 742,3 manat olub.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
muzdlu işçi