İsveç vergi sistemi haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0

İsveç vergi sistemi haqqında bilmədiklərimiz

2-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda İsveç vergi sistemi haqqında danışacağıq.

Məqalənin 2-ci hissəsini linkə daxil olmaqla oxuya bilırsiniz.

Vergi pulları hara gedir?

İsveçdə böyük vergilər – isveçlilərin öz ölkələri və həyat keyfiyyətləri ilə bağlı zəruri yüksək tələblər irəli sürməsini qaçılmaz edir. İsveçlilərin güvənə biləcəyi təmir olunmuş yollar, yeni məktəblər və poliklinikalar, ictimai nəqliyyat – bunların hamısı yüksək vergilər hesabına təmin edilir. İsveçlilər üçün zəmanət və sosial müdafiə çox mühümdür, özü də bu hər bir şəxs üçün əlçatan olmalıdır. Hər bir vergi ödəyicisi bilir ki, əgər o, xəstələnərsə və ya iş yerini itirərsə, sığorta kassasından aylıq əmək haqqına bərəbər bir ödəniş ala biləcək. Səhiyyə xidməti də İsveçdə demək olar ki, pulsuzdur və vergilər hesabına maliyyələşir. Bütün bunlara vergiləri artırmadan çatmaq, yəqin ki, mümkünsüz olardı.

Beləliklə, vergilərdən hansı sahələr maliyyələşir?

Sosial müdafiə – 41%

Səhiyyə – 13%

Təhsil – 13%

Polis, yanğınsöndürmə xidməti, müdafiə – 6%

Mənzil tikintisi, yol çəkilişi, əmək bazarının dəstəklənməsi – 9%

İdarəçilik, administrasiya – 14%

Digərləri – 4%

İsveçlilərin böyük əksəriyyəti vergiləri qarşısıalınmaz bir bəla kimi deyil, daha çox birbaşa öhdəlik kimi qəbul edirlər. Onlar başa düşürlər ki, vergi yığımları yolların və ya məktəblərin təmirinə, pensiya və səhiyyəyə gedəcək – yəni təyinatı üzrə xərclənəcək. İsveçlilər intizamlı vergi ödəyiciləri olmalarından qürur duyurlar, yeri düşəndə hətta il ərzində kimin daha çox vergi ödəməsi ilə bağlı lovğalanmaqları da az olmur. Digər tərəfdən, ölkədə şirkətlərin maliyyə və mühasibat sənədlərinə açıq giriş mövcuddur: nələrisə gizlətmək mənasızdır.

Bəyannamə təqdim etmək – bu çox sadə bir işdir

İsveçlilərin vergilərə bu cür dözümlü yanaşmalarının bir səbəbi də var – bu, vergi strukturları ilə ünsiyyətin yüngüllüyüdür. Vergi bəyannaməsini istənilən rahat üsulla göndərmək mümkündür: kağız anketi adi poçtla (baxmayaraq ki, texniki cəhətdən inkişaf etmiş bir ölkədə bu üsuldan nadir hallarda istifadə olunur), sms yolu ilə və ya xüsusi telefon nömrəsi ilə göndərə bilərsən. Vergi xidmətinin saytı isveç dilindən başqa həm də ingilis, rus, fin, türk, ivrit, ərəb və İsveç sakinlərinin danışdıqları digər onlarla dildə fəaliyyət göstərir. Karlar üçün isə saytın surdo-tərcüməli video roliklərdən ibarət ayrıca versiyası da mövcuddur.

Heç bir növbə, usandırıcı gözləmə və bürokratiya mövcud deyil. Əgər, hər hansı bir məlumat bəyannamənin lazımi sətrinə düzgün yazılmayıbsa, vergi xidmətinin nəzakətli əməkdaşları özləri zəng edib, dəqiqləşdirəcək, həmin rəqəmi düzəldəcək və ya yenidən hesablayacaqlar. Yeri gəlmişkən, bir çox vergi ödəyicilərinin heç illik gəlirlərini hesablamalarına da ehtiyac qalmır – vergi xidməti ödəniləcək məbləğlə bağlı doldurulmuş hazır bəyannaməni poçtla vergi ödəyicinə göndərir. Belə bəyannaməni yalnız imzalamq və poçtla da geri göndərmək yetərlidir. Sahibkarlar və il ərzində mənzil alıb-satanlar isə hamıdan çox məlumat doldururlar.

Vergini ödəmisən – pullarını geri al

Vergi orqanları artıq vergi ödənilməsinə çox sayıq yanaşırlar. Hər il may ayının əvvəlində isveçlilər gəlirləri barədə bəyannamə təqdim edirlər. Yarım il ərzində kimsə hansısa səbəblərdən lazım olduğundan artıq vergi ödəyibsə, həmin məbləğ onun bank hesabına köçürüləcək. Bu hansı hallarda baş verə bilər? Misal üçün, əgər vergi ödəyicisi il ərzində öz evinin təmirinə çox xərc çəkibsə və ya evdən işə qədər məsafəni qət etmək üçün çox pul məsrəf edibsə. (Ona görə ki, bəzi baha xidmətlər, eləcə də biznesin inkişafı üçün xərclər vergi hesabatında nəzərə alınır). Bir çoxları vergi orqanları tərəfindən həmin məbləğləri artıq iyun ayında geri ala bilirlər ki, bu da yay tətili günlərində istirahət etmək üçün əla fürsət verir. Bir sözlə, vergi orqanları tərəfindən ödəyiciyə qaytarılan bu bonuslar, lap yerinə düşür.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
isveç vergi sistemi

Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinə sədrlik edəcək

posted in: Xəbər | 0

Mikayıl CabbarovAzərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib.

Şuranın növbəti iclası Bakıda keçiriləcək.

Məlumata görə, bu barədə qərar MDB üzv dövlətlərinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının Moskvada keçirilən XXVI iclasında qəbul olunub.

İclasda Azərbaycanı İqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. M.Cabbarov sədr vəzifəsini hazırda bu postda olan Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixayıl Mişustindən təhvil alıb.

Xatırladaq ki, qeyd edilən təşkilata Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna vergi qurumları daxildir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mikayıl Cabbarov

Vergitutma məqsədləri üçün xərcin aid olduğu dövrün müəyyən edilməsi

posted in: Vergi, Xəbər | 0

Daimi əsaslarla göstərilən xidmətlər üçün elektron qaimə-faktura (EQF) və ya elektron vergi hesab faktura (EVHF) həmin ay ərzində və ya ay sonu deyil, növbəti ayda təqdim edilir. Bu zaman vergitutma məqsədləri üçün xərcin aid olduğu dövr EQF (EVHF) təqdim edildiyi dövr (EQF-nın və ya EVHF-nın tarixi), yoxsa xidmətin göstərildiyi dövr olmalıdır? Bu halda vergi ödəyicisi vergitutma məqsədləri üçün xidməthaqqı xərcini dekabr 2019-cu ilə, yoxsa EQF-nin təqdim edildiyi yanvar 2020-ci ilə aid etməlidir?

Vergilər Nazirliyinin açıqlamasına əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq xərcini müvafiq surətdə xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə xərcin çəkilməsi vaxtı xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.

Elektron qaimə-faktura malların (iş və ya xidmətlərin) təqdim edilməsindən sonra tərtib edildikdə elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergitutma

Vergi təqvimi – 20 noyabr 2019-cu il

posted in: Vergi, Xəbər | 0

Vergi təqvimi – 20 noyabr 2019-cu il

Gəlir vergisi (Xüsusi notariuslar üzrə)

Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübüdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə)

İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar.

Əlavə dəyər vergisi

ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

Aksizlər

Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi təqvimi