Daha çox8
Daha çox8

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub

posted in: Xəbər | 0

ehtiyac meyarının məbləğiAzərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub.

Bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.

Sənəd Milli Məclisin keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ehtiyac meyarının məbləği

Bu məhsulların satışı ƏDV-dən azad edilir

posted in: Vergi, Xəbər | 0

Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı müzakirələr zaman deyib. O bildirib ki, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulub.

Komitə sədrinin sözlərinə görə, layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır. Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 000 000 manatdan artıq olan şəxslər istisna olmaqla). Məcəllənin 218-1-ci maddəsinin (Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur. Məcəlləyə təklif edilən digər dəyişikliklə isə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ildən başlayaraq, 10 il müddətinə gəlir vergisindən azad ediləcək.

Bu müavinətin təyinatı elektronlaşıb

posted in: Müavinət, Xəbər | 0

gəlir xərclər DSMFƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha bir e-təyinat sistemi – əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi də hazırlanaraq işə salınıb. Nazirliyin tabeliyindəki DOST Agentliyində yeni e-sistemin tətbiqi ilə bağlı keçirilən mətbuat konfransında ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması proqramından bəhs edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Artıq 15 min şəxsə pensiya hüquqları yarandığı gün onların heç bir quruma müraciət etməsinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan e-qaydada pensiya təyinatı aparılıb. (müavinət, müavinətin təyinatı)

H.Məmişov bildirib ki, bu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub. Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün və bu gün isə əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb. Digərləri də ilin sonuna qədər avtomatlaşdırılacaq.

Fond direktoru dövlət başçısının 2019-cu il 15 aprel tarixli Fərmanı ilə aprelin 1-dən əlilliyə görə müavinətin məbləğinin orta hesabla 100 faiz artırıldığını da xatırladıb.

Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov əlilliyin qiymətləndirilməsinin elektron sistem üzərindən aparıldığını, əlilliyə görə müavinət təyinatının da artıq e-qaydada aparılmasına başlandığını deyib. Bu yeni e-sistemin il ərzində təqribən 16 min vətəndaşı əhatə edəcəyini bildirib.

Sonra nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni e- təyinat mexanizminin təqdimatını edib.

Qeyd edilib ki, nazirliyin “Əlillik” altsistemində hər hansı bir şəxsə əlillik dərəcəsi təyin edildikdən sonra bu barədə məlumat “Sosial ödənişlər” altsisteminə ötürülür. “Sosial ödənişlər” altsistemi pensiya hüququ olmayan əlilliyi olan şəxsə avtomatik aylıq müavinət təyin edir. Bu barədə vətəndaşa SMS və həmin şəxs üçün ödəniş kartı sifarişi banka göndərilir. Şəxs SMS-də qeyd edilmiş bank filialına 15 gün sonra yaxınlaşaraq ödəniş kartını götürür. Şəxsin telefonu olmadıqda 142-Çağrı mərkəzi və ya “e-sosial” internet portalı vasitəsilə, yaxud nazirlik yanında DSMF-nin müvafiq ərazi üzrə şöbəsindən məlumatı ala bilər.

Bununla da, əlilliyə görə pensiya təyinatı kimi, əlilliyə görə müavinət təyinatı da elektron qaydada aparılacaq. Bunun üçün vətəndaşın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtiyac yoxdur, həmin müavinət ona avtomatik təyin ediləcək. I dərəcə əlilliyi olana qulluq edənə aylıq 50 manat təqaüdün təyinatı da yaxın günlərdə elektronlaşacaq.

Beləliklə, 2019-cu ilin ötən dövründə qurulan dörd növ müavinət və təqaüdün e-təyinatı sistemi – uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı (ildə təqribən 130 min), sağlamlıq imkanları məhdud uşağa aylıq müavinətin təyinatı (ildə təqribən 7,5 min), həmin uşaqlara qulluğa görə Prezidentin təqaüdünün təyinatı (ildə təqribən 7,5 min) və əlilliyə görə aylıq müavinətin təyinatı (ildə təqribən 16 min) e-sistemləri il ərzində təqribən 161 min insanı əhatə edəcək.

Müavinət və təqaüdlərin təyinatının avtomatlaşdırılması tədbirləri başa çatdıqdan sonra isə illik təqribən 180 minədək təyinat vətəndaşların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan, tam elektron şəkildə, proaktiv qaydada həyata keçiriləcək.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat balansının qurulması prinsipləri

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat balansı təkcə maliyyə hesabatlarının əsas formalarından biri deyil, həm də mühasibat uçotunun aparılması metodologiyasını müəyyən edən mühüm metodoloji şərtləri özündə saxlayır. (Mühasibat balansının qurulması)

Balans aktivində aşağıdakı prosesləri əhatə edən fasiləsiz dövriyyə edən müəssisələrin vəsaitləri yerləşir:

  • təchizat prosesi;
  • istehsal prosesi;
  • satış prosesi.

Bu proseslər daim bir-birini əvəz edir və nə qədər tez baş verirsə, bir o qədər səmərəli istifadə olunur.

Belə ki, müəssisənin müxtəlif vəsaitləri vəsaitlərin dövriyyəsində müxtəlif cür iştirak etdiyinə görə, onlar dövriyyə və qeyri-dövriyyə aktivlərinə bölünür.

Dövriyyə aktivlərinə xammal, materiallar, yarımfabrikatlar, yəni sonradan hazır məhsula çevrilən aktivlər aid edilir, satışdan sonra hazır məhsul isə pul vəsaitinə çevrilir.

Uzunmüddətli aktivlər uzunmüddətli istismar olunan əmlakdan ibarətdir, tədricən köhnəlir və köhnəlmə kimi dövriyyəyə hissə-hissə daxil edilir. Onların dövriyyəsi tədrici xarakter alır və uzun müddət həyata keçirilir.

Daxili uçot praktikasına və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, balans aktivindəki maddələr müəyyən sistem üzrə qurulur ki, bunun da əsasını əmlakın hərəkətlilik dərəcəsi (likvidliyi) təşkil edir. Yəni, balansın aktivindəki bütün vəsaitlər artan likvidlik qaydasında, daha dəqiq desək, balans aktivinin birinci bölməsində növbədənkənar aktivlər, ikinci bölməsində dövriyyə aktivləri əks olunur.

Balans passivində müəssisənin vəsait mənbələri və öhdəlikləri nəzərə alınır. Müəssisənin mülkiyyətçiləri (müəssisənin öz vəsaiti) və üçüncü şəxslər (banklar, kreditorlar və s.) qarşısında borc vəsaitləri üzrə öhdəlikləri mövcuddur. Bu bölmə onların ödənilməsinin təcililiyinin müəyyən olunmasında prinsipial əhəmiyyət kəsb edir.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!