Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi proqramı

posted in: Audit, Xəbər | 0

Auditorlar palatasıDaxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi proqramı.

Azərbaycan Respublikasında təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə daxili audit xidmətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditorların hüquq və vəzifələrini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 332-IIIQ nömrəli «Daxili audit haqqında» Azərbaycan Respublikasının Qanununun qəbulu və 2007-ci il 29 iyun tarixli 603 nömrəli «Daxili audit haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 155 nömrəli «Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə «Daxili audit haqqında» Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri»nin təsdiq edilməsi barədə qərarı bütün növ təsərrüfat subyektlərində «Daxili audit» işini həyata keçimək məqsədilə daxili audit üzrə kadrların hazırlanması zərurətini yaratmışdır.

Ölkə iqtisadiyyatında azad bazar münasibətlərinin bərqərar olması, onun dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi və ümumilikdə, cəmiyyətin demokratikləşməsi beynəlxalq standartlara əsasən müstəqil və ədalətli şəkildə, qabaqcıl va məsləhətverici daxili auditin təşkilinə və həyata keçirilməsinə tələbatı artırdı. Öz növbəsində, bu, müvafiq beynəlxalq təcrübənin öyrənilməsini zəruri etdi. Son vaxtlarda şəffaflığın artırılması və korporativ idarəetmənin genişləndirilməsi istiqamətində həyata keçirilən iqtisadi siyasət səmərəli daxili nəzarət və daxili auditin yaradılmasını ön plana çəkir.

«Daxili audit» üzrə kursların təşkili bu sahədə ixtisaslı kadrların hazırlanmasına xidmət edəcəkdir.


Daxili audit üzrə kursun tədris proqramı 2019 / 26 saat
Mövzu Saat
 

 

 

 

1.

 Daxili Auditin Peşəkar Etika Məcəlləsi

 

Ø  Peşəkarların etik davranış qaydaları

Ø  Daxili Audit etikası-giriş və prinsiplər

Ø  Daxili audit fəaliyyətinin müstəqilliyi

Ø  Daxili audit resursları

Ø  Keyfiyyətə zamənət və təkmilləşdirmə proqramı

Ø  Test tapşırıq nümunələri

 

 

 

2 Saat

 

 

2.

Daxili Nəzarət

 

Ø  Nəzarətin növləri və texnikaları

Ø  COSO model

 

2 Saat

 

 

 

3.

Risk menecment

 

Ø  Risk anlayışı və onların təsnifatı

Ø  Risklərin idarə olunması prosesi

Ø  Risk Matrisinin hazırlanması

Ø  Fırıldaqçılıq riskləri və nəzarət

Ø  Tapşırıqlar

 

 

4 Saat

 

 

 

4.

Daxili Audit sənəd formalarının hazırlanması

 

Ø  Daxili Audit prosedurları

Ø  Daxili Auditin Əsasnaməsi

Ø  İllik iş planı

Ø  Daxili Auditin iş planı

Ø  Daxili Audit hesabatı

 

 

4 saat

 

 

 

 

5.

Keyfiyyətə nəzarət, keyfiyyətin qiymətləndirilməsi

 

Ø  Təşkilat daxilində keyfiyyətə görə rəhbərliyin məsuliyyəti

Ø  Etik tələblər

Ø  Müştərilər ilə əlaqə, Xüsusi tapşırıqların qəbulu

Ø  Tapşırığın icrası

Ø  Monitorinq

Ø  Sənədləşmə

 

 

 

2 Saat

 

6.

 Müəssisənin çağrı mərkəzinin fəaliyyətinin auditi 2 Saat
 

7.

 İnformasiya və texnologiyalar idarəsi

 

Ø   Texniki dəstək” (Help Desk) xidmətinin auditi

 

2 Saat

 

 

8.

Maliyyə idarəsi

 

Ø  İnventarizasiya

Ø  Əsas vəsaitlərin və qeyri maddi aktivlərin uçotunun auditi

 

2 saat

 

9.

Mal-Material məsrəflərinin uçotunun auditi (Tapşırıq nümunələri) 2 Saat
 

10.

 İkili mühasibat yazılışları, Mühasibat hesabatları (Nümunələr)

 Torpaq tikili avadanlıqlar və amortizasiyalarının hesablanması (Nümunələr)

4 saat

 

Hazırlıq kursları “Xalq Sığorta” ASC-nin Daxili Audit rəhbəri Rzayev Camal Ehtibar oğlu tərəfindən tədris ediləcəkdir.

Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Kursda məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. Kursda iştirak ödənişlidir – 1 nəfər üçün 505 AZN (ƏDV-siz) təşkil edir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması;
– Şəxsiyyət vəsiqəsinin surəti.

Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyeva

(training@audit.gov.az, ayten.mirzeyeva@gmail.com).

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 055 866 44 29

Mənbə: audit.gov.az



Teleqram kanalımıza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Daxili audit fəaliyyətinin təşkili

Mallar nisyə satılarkən NKA çeki verilməlidirmi?

posted in: Xəbər | 0

nəzarət-kassa aparatlarıSual: Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən, pərakəndə ticarət zamanı alıcılara NKA çeki təqdim olunmalıdır. Bəs əgər mallar pərakəndə şəkildə nisyə satılırsa, bu zaman NKA çeki verilməlidir mi?

Misal: Müştəri 1300 manatlıq malı 12 aylıq ödəniş şərti ilə alıb. Bu zaman ilkin ödəniş 100 AZN və növbəti 12 ay ərzində hər ay 100 AZN ödəniş edir. Bu zaman satış zamanı müştəriyə ilkin ödənişin NKA çeki (100 AZN) verilməlidir yoxsa ümumi satışın (1300 AZN) çeki?

Cavab: Bildiririk ki, malların dəyərinin hissə-hissə ödənilməklə nisyə qaydada satışı həyata keçirildikdə, bu cür satış zamanı hər ödəniş hissəsinə mütənasib alıcıya nəzarət-kassa aparatının çeki təqdim olunur və həmin çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 50-ci maddələri.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
NKA çeki

Vakansiya: Mühasib köməkçisi – NBA Technologies International LLC

mühasib köməkçisi, vakansiyaVakansiya: Mühasib köməkçisi tələb olunur.

İşəgötürən: NBA Technologies International LLC.

  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: sales@nbatech.az / info@finstaff.az
  • Əmək haqqı: Razılaşma əsasında müəyyən olunur.

İş barədə məlumat

  • 1C proqramında müəssisənin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq və hesabatların hazırlanması
  • Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi
  • Gəlir və Xərclərin, şirkət aktivlərinin dövr ərzində hərəkətinə nəzarət etmək və doğruluğuna əmin olmaq
  • Büdcənin formalaşdırılması, tətbiqi və yoxlanılması
  • Maliyyə transaksiyaların dəqiqliklə və periodik qeydiyyatına nəzarət;
  • 1 C proqramı ilə işləmək bacarığı;
  • Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
  • Microsoft Office proqramlarında, xüsusilə, MS EXCEL-də işləmək bacarığı;

Vəzifə təlimatları:

  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının və digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
  • Təhtəlhesab, balans, avans hesabatının aparılması;
  • Dövlət orqanlarına hesabatların hazırlanması (Statistika, DSMF və s.);
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
  • Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;

İş qrafiki: 5 günlük, 09:00-18:00

Namizədə tələblər

Dil bilikləri

Azərbaycan, Rus, İngilis dili

  • Ali təhsil (mühasibat uçotu, maliyyə);
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı

Maraqlananlar CV-lərini mövzu bölməsində Mühasib köməkçisi qeyd etməklə sales@nbatech.az / info@finstaff.az ünvanına göndərə bilərsiz bilərsiz.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib köməkçisi, vakansiya

İş vaxtının cəmlənmiş uçotu

posted in: Xəbər | 0

Əmək Məcəlləsində işəgötürənlər üçün qaranlıq qalan məsələlərdən biri iş vaxtının cəmlənmiş uçotu anlayışıdır. Bu anlayışla bağlı maraq doğuran məsələləri sərbəst auditor Altay Cəfərov şərh edir. (iş vaxtı)

İş vaxtının cəmlənmiş uçotu Vergi Məcəlləsinin 96-cı maddəsində göstərilir. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qeydiyyat dövrü bir ildən artıq və gündəlik 12 saatdan çox ola bilməz. Bütün hallarda cəmlənmiş uçot 5 günlük iş həftəsi üzrə müəyyənləşdirilmiş hesablamalarla aparılmalıdır.

Birinci tələb gündəlik 8 saatdan, ikinci tələb isə həftəlik 40 saatdan çox ola bilməz. Xüsusi hallarda gündəlik iş vaxtının müddəti 1 ,2 3, 4 saat artırılır, amma həftəlik 40 saat norma nəzərə alınmalıdır. Məsələn, 2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü vardır. Qanunvericiliyə uyğun olaraq 2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir (232×8 + 10×7 = 1926 saat).

Hər bir vergi ödəyicisi öz istehsalat xüsusiyyətlərinə uyğun olaraq iş rejimini müəyyənləşdirir. Məsələn, 5 günlük, 6 günlük və digər formalı iş rejimləri seçilə bilər. İş vaxtının digər tələblərindən biri budur ki, işəgötürənin hansı iş rejimini tətbiq etməsindən asılı olmayaraq, işçilərin işə davamiyyəti üzrə birgünlük, həftəlik, aylıq və illik iş vaxtının normaları 5 günlük müəyyənləşdirilmiş iş vaxtının normalarından çox olmamalıdır.

Son olaraq iş vaxtının cəmlənmiş uçotu – işçinin müəyyən dövr üçün işə davamiyyətinin uçotunun aparılması kimi qiymətləndirilir.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
iş vaxtının cəmlənmiş uçotu, iş vaxtı