Amortizasiyanın hesablanması qaydası

posted in: Xəbər | 0

                        Amortizasiyanın hesablanması qaydası (Amortizasiya)Amortizasiyanın hesablanması

 

Sual: Müəssisəmizdə 2018-ci ilin sonuna əmlakın qalıq dəyəri (nəqliyyat vasitəsi) 18.000 manat təşkil edir. 2019-cu ilin iyun ayında 10.000 manat dəyərində əsas vəsait alınıb. 2019-cu il üzrə əsas vəsaitin amortizasiyasının hesablanmasında mənə kömək etməyinizi Sizdən xahiş edirəm. Əgər yeni açılmış müəssisədə cari il ərzində (iyun 2019-cu il tarixində) 10.000 manatlıq əsas vəsait (nəqliyyat vasitəsi) alınıbsa amortizasiya hesablanması necə olacaq.

Cavab: Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Nəqliyyat vasitələri üzrə illik amortizasiya norması 25 faiz müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə (nəqliyyat vasitələri üçün 25 faiz) 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1.5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Müraciətinizdə qeyd olunan halda:

18 000 + 10 000 = 28 000

28 000 – (28 000 *50%) və ya 28 000 – (28 000 * 37,5 %)

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Amortizasiyanın hesablanması, Amortizasiya

ƏDV tutulan əməliyyatlar və ƏDV-dən azad edilmiş əməliyyatlar apardıqda ƏDV-nin əvəzləşdirilməsi

posted in: Vergi, Xəbər | 0

xərclərVergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyicisi həm ƏDV tutulan əməliyyatlar, həm də ƏDV-dən azad edilmiş əməliyyatlar apardıqda, ƏDV üzrə əvəzləşdirmənin hansı qaydada hesablandığını müəyyənləşdirməkdir. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparıldıqda və bu əməliyyatlar üçün ayrı-ayrılıqda uçot aparılmadığı halda ƏDV üzrə əvəzləşdirilən məbləğ vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilir.

Amma, ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların ayrı-ayrılıqda uçotu aparıldıqda isə ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği tam məbləğdə əvəzləşdirilir.

Misal 1. ƏDV qeydiyyatında olan vergi ödəyicisinin hesabat ayında ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsi 150.000 manat, ƏDV-dən azad olan əməliyyatlar üzrə dövriyyə 50.000 manat, ƏDV-yə “0” dərəcəsi ilə cəlb olunan əməliyyatlar üzrə dövriyyə 20.000 manat olmuşdur. Həmin ayda 130.000 manat dəyərində mallar alınmış və EVHF-ləri üzrə ödənilmiş ƏDV məbləği 23.400 manatdır. Hesabat ayında 70 min manatlıq mal istifadə edilmişdir. Sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılmamışdır. Büdcə ilə əvəzləşdirilməsinə yol verilən və verilməyən ƏDV məbləğini müəyyən edək.

Misalımızdan göründüyü kimi, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi tutulan əməliyyatları və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar olmuş və bu əməliyyatların uçotunu ayrı-ayrılıqda aparmamışdır. Buna görə də ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləğini hesablayırıq.

Qeyd olunan rəqəmlərə əsasən, hesabat ayında ümumi dövriyyə 220.000 manat (150.000 + 50.000 + 20.000 = 220.000), o cümlədən vergi tutulan əməliyyatlar üzrə 170.000 manat (150.000 + 20.000 = 170.000), bu dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi isə 77,3 faiz ((170.000 : 220.000) x 100% = 77,3%) təşkil edir.

Belə olan halda, mallar əldə edilərkən ödənilmiş 23.400 manat ƏDV-nin vergi tutulan əməliyyatlar üzrə dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyənləşdirilən 18.088 manatı (23.400 x 77,3% = 18.088) büdcədən əvəzləşdirilir. Əvəzləşdirilməyən 5.312 manat (23.400 – 18.088 = 5312) ƏDV isə malların dəyərinə aid edilir.

Misal 2. ƏDV qeydiyyatında olan vergi ödəyicisinin hesabat dövrü ərzində ümumi dövriyyəsi 130.000 manat (ƏDV-siz) olmuşdur. Bunun 30.000 manatı ƏDV-dən azad olunan əməliyyat, 10.000 manatı ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan əməliyyat, 90.000 manatı isə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatdır. ƏDV-dən azad olunan əməliyyatların və ƏDV-yə cəlb olunan əməliyyatların ayrı-ayrılıqda uçotu aparılmışdır. Bu əməliyyatların aparılması üçün həmin hesabat dövründə vergiyə cəlb olunan əməliyyatlar çərçivəsində digər şəxslərdən elektron vergi hesab-fakturaları əsasında alınan mallara (işlərə, xidmətlərə) görə nağdsız qaydada ödəmələr üzrə ƏDV-nin depozit hesabına köçürülən ƏDV-nin məbləği 14.400 manat olmuşdur. 25.000 manat dəyərində isə ƏDV-dən azad edilən əməliyyat çərçivəsində mal idxal etmişdir. Büdcə ilə əvəzləşdirilməyə qəbul edilən ƏDV məbləğini və büdcəyə ödəniləcək vergi məbləğini müəyyən edək.

Misalımızdan göründüyü kimi, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi tutulan əməliyyatları və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar olmuş və bu əməliyyatların uçotunu ayrı-ayrılıqda aparmışdır. Buna görə də mallar əldə edilərkən ödənilmiş 14.400 manat ƏDV tam məbləğdə əvəzləşdirildiyindən hesablanmış 16.200 manat (90.000 x 18% = 16.200) ƏDV məbləğindən əvəzləşdirilən 14.400 manat ƏDV məbləğini çıxdıqdan sonra büdcəyə ödənilməli olan vergi məbləği 1800 manat ( 16.200 – 14.400 = 1800) təşkil edəcəkdir.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV-dən azad, əməliyyatlar

Sahibkarlara e-ticarətlə bağlı təlimlər keçiləcək

posted in: Xəbər | 0

e-ticarət, seminarlar,“My broker” şirkəti 2019-cu ildə 500-dən artıq sahibkara ixrac prosedurları, logistika, sənədləşdirmə işləri, eləcə də gömrük rəsmiləşdirilməsi ilə bağlı təlim keçib. Şirkətin direktoru İlqar Vahabov kiçik və orta sahibkarlarla ixrac prosedurları və qaydaları ilə bağlı xüsusi təlim və seminarların keçiriləcəyini bildirib: (e-ticarət,təlimlər)

“Sahibkarların tələbatını yerinə yetirmək üçün elektron ixracat məsələsini gündəmə gətirərək bununla bağlı araşdırmalar aparmışıq. Bu sahədə Türkiyədə yaxşı təcrübə qazanmış “Worldef” şirkəti ilə birgə Bakıda kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlərə biznesin e-ticarət, ixracat kimi sahələri barədə xüsusi təlimlər, seminalar təşkil olunacaq. Bununla Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasına dəstək verəcəyimizi düşünürük”.

İ.Vahabovun sözlərinə görə, yerli məhsulların istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlıq subyektlərinin həmin məhsulların dünyada tanıdılması, marketinqinin qurulması, beynəlxalq sertifikatların alınması, sərgilərdə iştirak etməsi kimi məsələlər barədə maarifləndirilməsinə, dövlət qurumları ilə münasibətlərin əlaqələndirilməsinə ehtiyac var:

“İqtisadiyyat Nazirliyinin xətti və AzPROMO-nun dəstəyi ilə sahibkarlar xarici ölkələrdə keçirilən müxtəlif ixrac təşviqi sərgilərində iştirak edəcəklər. Sərgidə iştirak üçün şirkətlərin xərclərinin 50 faizini dövlət ödəyir”.

Sahibkarların ixracla bağlı üzləşdikləri çətinliklər sırasında beynəlxalq sertifikatların alınmasının olduğunu deyən İ.Vahabov iş adamlarını “Azexport” portalının ixrac imkanlarından yararlanmağa çağırıb.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-ticarət, təlimlər

MDB ölkələri vergilərə aid informasiya mübadiləsi etməyə razılaşıblar

posted in: Vergi, Xəbər | 0

           MDB ölkələri vergilərə aid informasiya mübadiləsi etməyə razılaşıblar (vergi)

Müstəqil Dövlətlər Birliyinin (MDB) vergi orqanları şirkət və vətəndaşların gəlirləri barədə informasiyanın avtomatik mübadilə edilməsinə başlamaq barədə razılığa gəliblər.

Rusiya artıq qlobal səviyyədə 88 yurisdiksiya – 76 ölkə və 12 ərazi ilə vergi informasiyalarının avtomatik mübadiləsində iştirak edir. Digər MDB ölkələrindən məlumat mübadiləsinə qoşulan isə təkcə Azərbaycandır.

MDB çərçivəsində məlumatların mübadiləsi ilə bağlı üzv ölkələrin vergi orqanları protolların formatını artıq təsdiqləyiblər. Hesabatlara şirkət və vətəndaşların başqa ölkələrdə əldə etdikləri gəlirlər, eləcə də onların xaricdəki nəqliyyat vasitələri və daşınmaz əmlakları haqqında məlumatlar daxil ediləcək. Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustin bildirib: “Azərbaycanla məlumat mübadiləsi latın əlifbası ilə aparılacaq, digər ölkələr isə rus dilini əsas kimi qəbul ediblər”.

MDB-də məlumatların mübadiləsinə dair protokolu artıq Qazaxıstan və Qırğızıstan qəbul edib, Rusiyada isə prosedurlar bu ilin sonuna qədər yekunlaşdırılacaq. Sınaq məlumat mübadiləsi 2020-ci ilin avqustunda aparılacaq, daimi məlumat mübadiləsinin isə 2021-ci ildən başlanacağı planlaşdırılır.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
informasiya mübadiləsi, informasiya, vergi