DGK yeni konsepsiya layihəsi hazırlayıb

posted in: Xəbər | 0

gömrük daxilolmaları, Gömrük orqanları büdcəDövlət Gömrük Komitəsi (DGK) tərəfindən yeni konsepsiya layihəsi hazırlanıb ki, onun nəzdində vahid uçot sistemi qurulacaq.

Bunu “2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr” mövzusunda təşkil olunan mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, konsepsiya gələcək illər ərzində tam işə salınacaq ki, bu, gömrük məmurları ilə xarici iqtisadiyyat fəaliyyəti iştirakçıları arasında minimum təması kəsmək deyil, tamamilə ləğv etməkdir.

Mənbə: apa.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
DGK, konsepsiya layihəsi

2019-cu ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə Y A D D A Ş

posted in: Vergi, Xəbər | 0

2019-cu ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə

Y A D D A Ş

  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin noyabr ayı üzrə hesablanmış sığorta haqları 2019-cu ilin dekabr ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin noyabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

Əlavə dəyər vergisinin bəyannaməsi,

– Aksiz bəyannaməsi,

– Yol vergisinin bəyannaməsi,

– Mədən vergisinin bəyannaməsi,

– Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi

– Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2019-cu ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

Muzdlu işlə əlaqədar 2019-cu ilin noyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 4- cü rübü üzrə bəyannaməni 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).

Xüsusi notariusların 2019-cu ilin noyabr ayı üzrə hesabladığı gəlir vergisi 2019- cu ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2019-cu ilin 4-cü rübü üzrə bəyannamə 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).

Qeyd:

– 15.12.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə sığorta haqlarının ödənilməsinin son müddəti 16.12.2019-cu il tarixə keçirilmişdir.

– 20.01.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2020-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ödənilməli vergilər

Dövlət tərəfindən maliyyələşməyən MMC işçisinin vergi öhdəliyi necə olmalıdır?

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin şərhində qeyd olunub ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. vergi öhdəliyi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” təsdiq edilmişdir. Meyarların 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Göründüyü kimi, meyarlar yalnız maliyyələşmə mənbəyinə münasibətdə deyil, həmçinin səhmlərin və ya payların sahiblərinə nisbətdə müəyyənləşdirilmişdir.

Qeyd edilənlərə əsasən, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirilmədiyi, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmadığı halda vergi ödəyicisi qeyri-dövlət sektoruna aid edilir və işləyən şəxslərin əmək haqlarından gəlir vergisi güzəştli dərəcələrlə, yəni Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə uyğun hesablanır.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi öhdəliyi

Vakansiya: Mühasib – Zəhmət Ruzi MMC

mühasib, vakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Zəhmət Ruzi MMC.

Əmək haqqı: 800 – 1000 AZN.

  • Şəhər: Xırdalan
  • Yaş: 25 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Orxan bəy
  • Telefon: (012) 349-57-67
  • E-mail: orxan.a@sab.az / info@finstaff.az

İş barədə məlumat

– Debitor və Kreditorlarla hesablaşmalar

– Qaimə-fakturaların proqrama işlənməsinə nəzarət

– Qiymətlərə nəzarət

– Debitor şəxslərlə üzləşmələrin aparılması

– İş şəraiti

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

– İş qrafiki: 09:00-dan 17:00-dək

– 5 günlük iş rejimi

-Şirkət hesabına nahar

– Əmək haqqı 800-1000 AZN, namizədlərlə müsahibə zamanı təcrübəyə əsasən müəyyənləşdiriləcəkdir

Namizədə tələblər

– Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq)

– Proqram bilikləri: MS Word, MS Excel, 1C 8.3, AGENT PLUS

– Vergi qanunvericiliyi üzrə biliklər,

-İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir

-CV-lərinizi mövzu yerinə Muhasib yazmaqla orxan.a@sab.az / info@finstaff.az ünvanına göndərməyiniz xahiş olunur.

İş yeri Xırdalanda yerləşir.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib Vakansiya