“PayPal” ödəniş sistemindən istifadə Azərbaycan üçün əlçatandırmı?

posted in: Xəbər | 0

İnternet üzərindən xidmət göstərən məşhur ödəmə sistemlərindən biri də “PayPal” ödəniş sistemidir. Paypal ilə dünyanın bir çox ölkəsinə pul köçürmək, alış-veriş etmək mümkündür. Bu zaman internet istifadəçisi vaxt itkisinə yol vermir və bütün bunlara sadəcə olaraq bir neçə dəqiqə sərf edilir. Hazırda dünyada bir çox ölkələrində xeyli sayda biznesmen bu ödəmə sistemindən istifadə edir. Sistem insanlara internet vasitəsilə xidmətlərdən daha sürətli, təhlükəsiz və rahat istifadə etməyə imkan yaradır. Belə ki, “PayPal” vasitəsilə onlayn ticarətdə (eBay kimi elektron ticarət platforması) ödəmələr edilə, sadəcə elektron poçt vasitəsilə bankda olan və ya “PayPal”-dakı hesabınızdan istədiyiniz şəxsə pul göndərilə bilər. Bunun üçün “PayPal” platformasında qeydiyyatdan keçmək lazımdır.

Azərbaycanda isə bu ödəniş sistemi bir o qədər geniş yayılmayıb. Ölkəmizdə bir çox ödəniş sistemlərindən istifadə edilsə də “PayPal” hələ əhali arasında kifayət qədər məşhur deyil.

Bunun üçün ilk növbədə ölkədə fəaliyyət göstərən bir neçə bankla əlaqə saxlamışıq. “Report”un suallarına cavab olaraq “Unibank”dan bildirilib ki, istifadəçi öz kartında olan balansı “PayPal” hesabına köçürə bilər: “Bəzən bir sıra ölkələrin kartları xarici alış-veriş saytlarında keçərli olmur. Həmin saytlar bu ölkələrə aid bank kartlarından ödəmə qəbul etmir. Elə ölkələr var ki, onların kartı hər yerdə tanınmır. Amma sizin “PayPal” hesabınız varsa rahat şəkildə istənilən xarici saytlardan alış-veriş edə bilərsiniz. Digər tərəfdən, “PayPal” vasitəsilə pul köçürmək də xeyli rahatdır. Yalnız e-mail ünvanı vasitəsilə qarşı tərəfə pul köçürmək mümkündür. Həm də “PayPal”ın müştəri xidmətləri çox yaxşı işləyir. Nə zaman hansısa istifadəçi bir problemlə əlaqəli müraciət etsə, operativ şəkildə cavablandırırlar”.

Digər bir neçə bankdan isə topladığımız məlumata görə,  Azərbaycanda heç bir bankda “PayPal” hesabda olan pulları nağdlaşdırmaq mümkün deyil, hansı ki, qonşu Gürcüstanda bu əməliyyatları həyata keçirmək olur. Eyni zamanda, xaricdən Azərbaycana “Paypal” hesabına pul göndərmək mümkünsüzdür.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, Azərbaycanda ödəniş sistemləri ilə bağlı qanunun qəbul edilməməsi “PayPal”dan da geniş istifadə edilməsini ləngidir:

“PayPal” dünyaca məşhur, qlobal, ən çevik, ən effektiv, ən təhlükəsiz və dünyanın bir çox ölkələrində tam funksional şəkildə işləyən ödəniş sistemidir. İnsanlar onun vasitəsilə həm ödəniş edə, həm də pul qəbul edə bilirlər. İstifadəçi öz bank kartını “PayPal”da qeydiyyatdan keçirdikdən sonra onun hesabına gələn pul kartına yüklənir. Azərbaycanda isə bu sistem vasitəsilə yalnız ödəniş etmək mümkün olsa da, pul qəbul etmək mümkün deyil. Siz Azərbaycanda “PayPal”dan istifadə edərək pul qazana bilməzsiniz. Ona görə də bir sıra azərbaycanlı biznesmenlər “PayPal”dan istifadə etmək üçün özlərinə Türkiyə və ya Gürcüstan banklarında hesablar açır və oradan “PayPal”a inteqrasiya olurlar. Yəni Azərbaycanda “PayPal” sistemi tam funksional işləmir.

Azərbaycanda 3 ildir ödəniş sistemləri ilə bağlı qanun layihəsi müzakirə olunsa da, hələ ki, bu qanun qəbul edilməyib. Ona görə də ödəniş sistemləri ilə bağlı müəyyən çatışmazlıqlar mövcuddur. Xatırlayıram ki, 5-6 il bundan öncə “PayPal” nümayəndələri Azərbaycanda onlar üçün müəyyən bir şəraitin olmamasından gileylənirdilər. Bununla bağlı Azərbaycanda ödəniş sistemlərinə aid qanunvericilik əsasları hazırlanmalı idi. Lakin hələ də bu qanun qəbul edilməyib. Səhv etmirəmsə layihənin hazırlanması Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib və Palata bu layihəni hazırlayıb. Qanunvericiliyə görə həmin qanun layihəsinə Maliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi rəy verməlidir. Bildiyimə görə İqtisadiyyat və Ədliyyə Nazirlikləri öz rəyini verib. Lakin düşünürəm ki, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən bu ilin sonuna qədər sözügedən məsələnin həlli yekunlaşmalıdır”.

Maliyyə Bazarlarına Nəzarət Palatasından isə verilən məlumata görə, “PayPal”ın bəzi xidmətlərinin Azərbaycan üçün keçərli olmaması təşkilatın həyata keçirdiyi siyasətlə əlaqədardır: “Qeyd edilməlidir ki, “PayPal” sistemində açılmış hesablar üzərindən ödənişlərin aparılması və bu hesablara vəsaitlərin mədaxil edilməsi imkanı təşkilat tərəfindən istifadəçilərə təqdim edilir. Təşkilatın fəaliyyət istiqamətindən asılı olaraq bu ölkədən ölkəyə fərqlənir. Ölkəmizdə bu imkanın olmaması təşkilatın həyata keçirdiyi siyasətlə əlaqədardır.

Qeyd edilməlidir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası olaraq ölkədə ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, rəqabət mühitinin daha da inkişaf etdirilməsi, innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Bu sahədə Palata tərəfindən Dünya Bankından cəlb edilmiş texniki ekspertiza əsasında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Qanun layihəsi bank olmayan ödəniş xidməti təchizatçılarının, o cümlədən ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının fəaliyyətinin hüquqi əsaslarını, elektron pulun emissiyası və istifadəsi üzrə hüquqi bazanı müəyyən edəcək. Qanun layihəsinin qəbul olunması xarici bank olmayan ödəniş xidməti təchizatçılarının ölkəmizdə fəaliyyəti üçün hüquqi bazanı da formalaşdırmış olacaq”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
paypal

Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin artıb

posted in: Vergi, Xəbər | 0

hüquqi şəxslərin sayıBu il noyabrın 1-i tarixinə Azərbaycan üzrə uçotda olan 1 051 624 vergi ödəyicisinin 13,2%-i hüquqi şəxs və digər təşkilatların payına düşüb. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12% artıb və bunun 99,3%-i kommersiya qurumlarının sayının artması hesabına baş verib. hüquqi şəxslərin sayı

Cari ilin oktyabr ayında 1 832 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin oktyabr ayına nisbətən 65,5% çoxdur. Kommersiya qurumlarının 71,3%-i elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i isə səhmdar cəmiyyəti formasında təşkil olunub.

Hesabat dövründə 67 380 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 54,7%-nin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artım deməkdir. Ötən ilin 10 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 35,5% artaraq 32 820 təşkil edib və aktiv ƏDV ödəyicilərinin sayı 19 744-ə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 36,5% artıb və onların xüsusi çəkisi 2,6% çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 10 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,3% artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,9%-dən 88,7%-dək yüksəlib. Cari ilin son beş ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90%-dən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
hüquqi şəxslərin sayı hüquqi şəxs

Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib

posted in: Xəbər | 0

Azərbaycan icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib. 

Bu, “Tibbi sığorta haqqında” qanuna dəyişiklik barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1%-i, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2%-i;

Neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 8 000 manatadək (8 min manat da daxil daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1%-i, 2021-ci ildən etibarən isə 2%-i;

Neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2%;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığorta olunan tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 8 000 manatadək (8 000 manat da daxil olmaqla) olan hissəsinin 2%-i qədər icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən olunub.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
icbari tibbi sığorta

Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği müəyyənləşib

posted in: Xəbər | 0

Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub.

Bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

Sənəd Milli Məclisin keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul olunub.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yaşayış minimumunun məbləği yaşayış minimumu