» » » 2019-cu ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə Y A D D A Ş

2019-cu ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə Y A D D A Ş

posted in: Vergi, Xəbər | 0
birbank biznes

2019-cu ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə

Y A D D A Ş

  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin noyabr ayı üzrə hesablanmış sığorta haqları 2019-cu ilin dekabr ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin noyabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

Əlavə dəyər vergisinin bəyannaməsi,

– Aksiz bəyannaməsi,

– Yol vergisinin bəyannaməsi,

– Mədən vergisinin bəyannaməsi,

– Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi

– Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2019-cu ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

Muzdlu işlə əlaqədar 2019-cu ilin noyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 4- cü rübü üzrə bəyannaməni 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).

Xüsusi notariusların 2019-cu ilin noyabr ayı üzrə hesabladığı gəlir vergisi 2019- cu ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2019-cu ilin 4-cü rübü üzrə bəyannamə 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).

Qeyd:

– 15.12.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə sığorta haqlarının ödənilməsinin son müddəti 16.12.2019-cu il tarixə keçirilmişdir.

– 20.01.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2020-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ödənilməli vergilər