» » » Amortizasiyanın hesablanması qaydası

Amortizasiyanın hesablanması qaydası

posted in: Xəbər | 0
birbank biznes

                        Amortizasiyanın hesablanması qaydası (Amortizasiya)Amortizasiyanın hesablanması

 

Sual: Müəssisəmizdə 2018-ci ilin sonuna əmlakın qalıq dəyəri (nəqliyyat vasitəsi) 18.000 manat təşkil edir. 2019-cu ilin iyun ayında 10.000 manat dəyərində əsas vəsait alınıb. 2019-cu il üzrə əsas vəsaitin amortizasiyasının hesablanmasında mənə kömək etməyinizi Sizdən xahiş edirəm. Əgər yeni açılmış müəssisədə cari il ərzində (iyun 2019-cu il tarixində) 10.000 manatlıq əsas vəsait (nəqliyyat vasitəsi) alınıbsa amortizasiya hesablanması necə olacaq.

Cavab: Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Nəqliyyat vasitələri üzrə illik amortizasiya norması 25 faiz müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə (nəqliyyat vasitələri üçün 25 faiz) 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1.5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Müraciətinizdə qeyd olunan halda:

18 000 + 10 000 = 28 000

28 000 – (28 000 *50%) və ya 28 000 – (28 000 * 37,5 %)

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Amortizasiyanın hesablanması, Amortizasiya