» » » MDB ölkələri vergilərə aid informasiya mübadiləsi etməyə razılaşıblar

MDB ölkələri vergilərə aid informasiya mübadiləsi etməyə razılaşıblar

posted in: Vergi, Xəbər | 0
birbank biznes

           MDB ölkələri vergilərə aid informasiya mübadiləsi etməyə razılaşıblar (vergi)

Müstəqil Dövlətlər Birliyinin (MDB) vergi orqanları şirkət və vətəndaşların gəlirləri barədə informasiyanın avtomatik mübadilə edilməsinə başlamaq barədə razılığa gəliblər.

Rusiya artıq qlobal səviyyədə 88 yurisdiksiya – 76 ölkə və 12 ərazi ilə vergi informasiyalarının avtomatik mübadiləsində iştirak edir. Digər MDB ölkələrindən məlumat mübadiləsinə qoşulan isə təkcə Azərbaycandır.

MDB çərçivəsində məlumatların mübadiləsi ilə bağlı üzv ölkələrin vergi orqanları protolların formatını artıq təsdiqləyiblər. Hesabatlara şirkət və vətəndaşların başqa ölkələrdə əldə etdikləri gəlirlər, eləcə də onların xaricdəki nəqliyyat vasitələri və daşınmaz əmlakları haqqında məlumatlar daxil ediləcək. Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustin bildirib: “Azərbaycanla məlumat mübadiləsi latın əlifbası ilə aparılacaq, digər ölkələr isə rus dilini əsas kimi qəbul ediblər”.

MDB-də məlumatların mübadiləsinə dair protokolu artıq Qazaxıstan və Qırğızıstan qəbul edib, Rusiyada isə prosedurlar bu ilin sonuna qədər yekunlaşdırılacaq. Sınaq məlumat mübadiləsi 2020-ci ilin avqustunda aparılacaq, daimi məlumat mübadiləsinin isə 2021-ci ildən başlanacağı planlaşdırılır.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
informasiya mübadiləsi, informasiya, vergi