» » » Fəaliyyəti dayandırılmış müəssisədə çalışan yoxdursa əmlak vergisi bəyannaməsi necə verilməlidir?

Fəaliyyəti dayandırılmış müəssisədə çalışan yoxdursa əmlak vergisi bəyannaməsi necə verilməlidir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

əmlak vergisiSual: Fəaliyyətini 5 il müddətinə dayandırmış müəssisənin balansında avadanlıq qalıb. Vergilər Nazirliyi tərəfindən həmin müəssisənin hesabatlarının (əmlak vergisi) təqdim olunması tələb olunur. Kim təqdim etməlidir bu hesabatları, əgər müəssisədə çalışan yoxdursa? Yaxşı olardı ki, Vergilər Nazirliyi avtomatik olaraq, həmin əmlak üzrə əmlak vergisini özü hesablasın və müəssisənin şəxsi vərəqəsində sadəcə yaranan borc göstərilsin.

Cavab: Vergi Məcəlləsinin 16.4-cü maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandıraraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir. Fiziki və hüquqi şəxslərin əmlak vergisinin hesablanması Vergi Məcəlləsinin 198-ci, 200-cu, 201-ci maddələri, torpaq vergisinin hesablanması isə Vergi Məcəlləsinin 206-cı və 208-ci maddələrinə uyğun həyata keçirilir.

Vergi ödəyicisi tərəfindən əmlak vergisi hesabatı vaxtında təqdim vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri və digər əlaqəli məlumatlara əsasən vergini hesablamaq hüququ vardır.

Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi bəyannamələrin vergi orqanına təqdim edilməsi zamanı köməkliyin göstərilməsi üçün vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmlak vergisi