1500 manat əmək haqqı ilə İstehsal üzrə Baş Mühasib tələb olunur

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib (İstehsal üzrə).

İşəgötürən: FH Group MMC.

Əmək haqqı: 1200 – 1500 AZN.
  • Şəhər: Bakı.
  • Yaş: 25 – 40 yaş.
  • Cins: Kişi.
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 496 52 73
  • E-mail: reportservice11@gmail.com / info@finstaff.az

 

Vakansiya barədə məlumat

• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət
• Əməliyyatları 1C.8.3 proqramında aparmaq təcrübəsi.
• Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması.

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 6 günü;
• Əmək Haqqı – 1200-1500 AZN arası təyin olunacaq;
• Binəqədi şossesi sağ sahil;

Baş Mühasib üçün tələblər

• Yaş: 25-40
• Cinsi:Kişi
• Baş mühasib kimi ən azı 3 il iş təcrübəsi
• Analitik təhlil etmə qabiliyyəti
• Dil bilikləri Azərbaycan səlist və Rus dili bilməsi üstünlükdür

Maraqlanan namizədlərdən öz CV-lərini reportservice11@gmail.com / info@finstaff.az poçt ünvanına, mövzu bölməsində baş mühasib yazılmaqla göndərmələri xahiş olunur.

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Baş Mühasib

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (9-cu hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

9-cu hissə

Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz.

Hesab olmadan bəşəriyyət yaşaya bilməzdi – hesab üzvi tələb kimi idi və cəmiyyət nə qədər mədəni idisə, onun həyatı daha məhsuldar idi, onun hesabları və hesablamaları mürəkkəbləşirdi, onların birləşməsi getdikcə daha da müxtəlifləşirdi, hesabdarlıqdan istifadə bilik kimi lazım idi.

İ.A. Qolubev

Hesabdarlığa tələbat öz kökləri ilə qədimlərə gedib çıxır. Bəşəriyyət təsərrüfat fəaliyyətinə başlayan kimi artıq ərzaq məhsullarının mübadiləsinə daxil olmuş, onları sataraq, özünə lazım olan məhsulları əldə etmiş və kredit münasibətləri yaranan kimi, həm də hesabdarlığa ehtiyac yaranmışdır.

F.T. Dityakin

İbtidai insan həyatın ovçuluq dövrünün davamında əmlakın qeydiyyatına ehtiyac duymurdu, çünki sonuncu yox idi; o hələ qara gün haqqında qida ehtiyatı hazırlamamışdı – tapdığı hər şeyi yeyirdi və ac qaldıqda yenidən ovlayırdı.O, köçəri həyat tərzinə keçəndə, əhilləşdirilmiş heyvanlar şəklində yemək ehtiyatlarına malik olmağın daha sərfəli olduğunu başa düşəndə, onun üçün mal-qara başlarının sayını, eləcə də torpaq sahibi olanda çörəyin miqdarını nəzərə almaq zərurəti yarandı.

A.M. Qavrilov

Hesabdarlıq insanın maddi dünyadan daim asılılığının təsiri altında formalaşırdı.

E.D. Kiryuşin

Maddi həyat nemətlərinin uçotunun rüşeymləri qədim zamanlarda yaranmışdır. Onlardan ən mühümlərinin sayını bilmək və yadda saxlamaq ehtiyacı ilk vaxtlar onların dövri yenidən hesablanması və sadə yazılarla təmin edilirdi.

K. Solovyev

Dövriyyələr qədim zamanlarda mövcud idi, lakin onlar yazı olmaması səbəbiylə qeydə alınmırdı.

S.A. Davıdov

Hesablama qədim dövrlərdə ortaya çıxmış, ilk tətbiqlərini daşlara, ağac qabığına, metal parçalarına həkk etmişdir. Lakin, ilk dəfə olaraq, Hindistanda, Misirdə və xüsusilə finikiyalı ticarət xalqında hesabdarlığın daha da inkişaf etdirilməsindən tutmuş, müəyyən dövrə kimi bizə heç bir iz çatmamışdır.

V. Citti

Mühasibatı tanrıların sirri adlandırdılar və ona həsr etdilər. Mənbələr paleolitdən gəlirdi, hansı ki, o vaxt insanın cəsur baxışları göyə dikilmiş və onu əhatə edən maraqlı aləmi əhatə edirdi. Bu isə yalnız təbiət deyil, iqtisadiyyat dünyası idi. Onu idarə etmək üçün “ədədi elm” və yazı icad edildi.

T.N. Malkova

İnsanı əhatə edən və onun əlində olan əşyaların hesabı, insanın anadangəlmə psixi qabiliyyəti funksiyasını təşkil edərək, insan inkişafının ən erkən mərhələlərində yaranmalı idi.

D.A. Xmelnitskiy

Məqalənin 10-cu hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu

Vakansiya: Mühasib (Təcrübəçi) tələb olunur

Vakansiya: Mühasib (Təcrübəçi)

Vəzifə Öhdəlikləri:

– Gündəlik qaimə və qəbzlərin işlənməsi Logo proqramına məlumatların daxil edilməsi

– Mühasibin verdiyi tapşırıqların tam olaraq vaxtında yerinə yetirilməsi

– Bütün mühasibatlıq əməliyyatlarında iştirak etmək

İstirahət günləri: Şənbə və Bazar

İş saatları: 09:00-dan 18:00-dək

Tələblər:

– Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit üstünlük veriləcək)

– Mühasibat uçotu və audit barəsində güclü nəzəri biliklər

– MS Office (xüsusən excel) bilikləri –

– Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti

Qeyd:

Təcrübəsiz namizədlərə üstünlük veriləcək.

Təcrübə müddəti 3 ay təşkil edir və ödənişlidir.

Təcrübə müddətini uğurla başa vuran təcrübəçi işlə təmin ediləcək.

Müraciət etmək istəyən şəxslər CV-ni mövzu hissəsinə “Mühasib təcrübəçi” qeyd edərək vacancy@mazarina.az / info@finstaff.az mail ünvanına göndərə bilərlər.

Mənbə: edumap.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Təcrübəçi Mühasib

“Azərbaycan Sığortaçılar Assosiasiyası” daşınmaz əmlakın icbari sığortası ilə bağlı açıqlama yayıb

posted in: Xəbər | 0

daşınmaz əmlakın icbari sığortasıSon günlər daşınmaz əmlakın icbari sığortası mətbuat və ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib.

Bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin açıqlamasında bildirilir.

“Yayılan məlumatlara aydınlıq gətirmək və əhalini bu istiqamətdə maarifləndirmək məqsədilə bildiririk ki, daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanuna əsasən tətbiq olunur. Bu sığorta məhsulu əhalinin sosial rifahını, sahibkarlıq subyektlərinin mənafeyini, eləcə də maliyyə sabitliyini qorumaq məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq yaradılıb. Məhsul, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının eləcə də mənzillərin yanğın, təbii fəlakət, texnogen qəza və üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə sığortalanmasını nəzərdə tutur.

Son illər ərzində ölkədə baş vermiş təbii fəlakətlər və iri həcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin ödənilməsi kontekstində gündəmə gəlmiş çətinliklər daşınmaz əmlakın icbari sığortasının vacibliyini təkrarən vurğulayıb. Bu məqsədlə, “İcbari sığortalar haqqında” qanunun tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları və Fövqəladə Hallar Nazirliyi, eləcə də ASA təbliğat və təşviqat işlərini aktivləşdirib. Bir sıra hallarda, təəssüf ki, bu fəaliyyət əmlakın icbari sığortası vasitəsilə fiziki və hüquqi şəxslərin əldə edəcəkləri fayda və risklərə qarşı təminatın təbliği ilə yanaşı daha çox qanunvericilikdən irəli gələn cərimələrin qabardılması tərzində aparılıb.

ASA-nın mövqeyi ondan ibarətdir ki, qanunvericiliklə müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin tətbiqinin aidiyyəti dövlət orqanlarının səlahiyyətinə aid olduğunu nəzərə alaraq, sığora şirkətləri və sığora vasitəçiləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə təbliğat mümkün sanksiyalar aspektindən deyil, daşınmaz əmlak sahiblərinin maarifləndirilməsi kontekstində aparılmalıdır. Bu istiqamətdə əhalinin maliyyə savadlığının artırılması ölkədə sığorta mədəniyyətinin dərinləşməsinə xidmət edəcək.

İl ərzində ASA əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində müxtəlif kampaniya və tədbirlər həyata keçirməyi planlaşdırır”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Qurumun əsas məqsədi ölkədə fəaliyyət göstərən və üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi İctimai Birliyin üzvüdür.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
daşınmaz əmlakın icbari sığortası