Mühasib vəzifəsi üzrə vakansiya elan olunur

Vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Qaya Neqliyyat MMC.

Əmək haqqı: 800 – 1500 AZN.

Vakansiya barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Ştat cədvəlinə, tabel və sair sənədlərin hazırlanması və nəzarəti
– Vergi hesabatlarının (o cümlədən mənfəət və ƏDV hesabatının) hazırlanmasında və təqdim edilməsində mühasibə kömək etmək
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin hazırlanması
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– Digər firma və şirkətlərlə mal təhvil təsliminin hazırlanması, uçotunun aparılması və hesabatların hazırlanması, ödənişinin təşkili
– Baş mühasibə lazımi bütün sənədlərin yığılması, hazırlanması və təşkil edilməsi
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı

Mühasib üçün tələblər

Qadın və kişi namizəd
– Ali təhsil
– İngilis dilini əla səviyyədə bilmək
– Excel proqramını mükəmməl bilmək
– Power point əla bilmək
– Analitik təhlil bacarığı
– Məsuliyyət olmaq, dəqiq və güvənilən olmaq

CV-ni qaya.neqliyyat2012@mail.ru / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib

Əmək Məcəlləsinə dəyişiklik edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Əmək Məcəlləsi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380) 9-cu maddəsinin “o” bəndində “məlumatlarını” sözündən sonra “, habelə iş yerindən elektron qaydada arayışı” sözləri əlavə edilsin.

Maddə 2. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381) 31.1-ci maddəsində “əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə” sözləri “elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək Məcəlləsi 
Əmək Məcəlləsi
Əmək Məcəlləsi

Vergi bəyannamələrinin yeni formaları təsdiqləndi

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi mənfəət vergisi, gəlir vergisi, sadələşdirilmiş vergi, aksiz vergisi, əlavə dəyər vergisinin bəyannnamə formaları və onların hazırlanması qaydalarını təsdiq edib. vergi bəyannamələri

Sənədə əsasən, qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi, dövlət rüsumunun tutulması haqqında hesabatın, ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin forması və onların doldurulması, eləcə də daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin tərtib edilməsi, yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamənin tərtib edilməsi qaydaları təsdiqlənib.

Həmin sənədlərə əlavələr qəbul olunub. Bununla 2005-2019-cu illərdə təsdiq edilən eyniadlı sənədlər ləğv edilib.

Qaydalar 1 yanvar 2020-ci ildən qüvvəyə minib.

Yeni qaydalar və bəyannamə formaları ilə tanış olmaq üçün linkə daxil olun: https://www.taxes.gov.az/az/page/beyenname-ve-erize-formalari

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
 Vergi bəyannamələrinin yeni formaları Vergi bəyannamələri

Vergi Məcəlləsində olan dəyişikliklərdən sonra ƏDV üzrə öhdəliklərin mühasibat uçotunda əks etdirilməsi

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin hesablanmasıVergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra əlavə dəyər vergisi (ƏDV) üzrə öhdəliklərin mühasibat uçotunda əks etdirilməsində yeniliklər gözlənilir. İndiyədək sahibkarlar müştərilərin ödəmə etmədiyi hallarda və ya nə zaman ödəmə etməyindən asılı olmayaraq həmin vergiləri öz büdcələrindən ödəməli olurdular. Mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov Vergi Məcəlləsində edilən dəyişikliklərlə bu uyğunsuzluğun aradan qaldırıldığını vurğulayıb. 1 yanvar 2020-ci ildən mal və xidmətlərin təqdim edilməsi zamanı Əlavə Dəyər Vergisi üzrə öhdəlik müştəri hesabından sahibkara ödəmə daxil olduqda yaranacaq.
Son dəyişikliklərə qədər tətbiq olunan Əlavə Dəyər Vergisi üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi eyni zamanda mühasiblər üçün də mürəkkəb idi və aşağıdakı problemləri yaradırdı ki, bunlar da hamısı əlavə vaxt itkisi idi:  ƏDV-nin hesablanması

  1. Əlavə Dəyər Vergisi üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi mexanizminin çətinliyi.
    2. ƏDV-nin mühasibat uçotunda Əks etdirilməsinin mürəkkəb mexanizmi (30 gün məsələsi)
    3. Ödəmənin fərqli vaxtlarda olduğu şirkətlərdə hər ay kameral uyğunsuzluq məktubunun gəlməsi
    4. Əgər Əvvəlki ayın sonuncu günlərində verilmiş VHF üzrə ödəmələr ayin 20-si və 30-u aralığında daxil olardısa dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin verilməsi”.

Məcəlləyə edilən dəyişikliklərdən sonra Əlavə Dəyər Vergisi öhdəliyi yalnız qarşı tərəfdən hesaba pul daxil olduqdan sonra yaranacaq. Bu o deməkdir ki, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:

– nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;
– maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və s. kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt

Bunun muhasibat uçotunda necə nəzərə alınmasına gəldikdə ötən il qüvvədə olan Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə və 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda sayılırdı. Lakin bu müddət az olduğundan buna çox fikir verilmirdi və mal və xidmətlərin satışı zamanı əksər hallarda birbaşa ƏDV öhdəliyi yaradılırdı. Vergi Məcəlləsinə edilən son dəyişiklərə əsasən, vergi tutulan əməliyytın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Ödəmədən sonra yaranacaq Əlavə Dəyər Vergisi öhdəlikləri barədə məlumatın əldə edilməsini istəyən şəxslərin, xususilə köhnə hesablar planından istifadə edənlərin yeni bir hesabdan istifadə etməsini tövsiyə edirik. Bu hesabı asan başa düşülməsi üçün gələcək dövrün ƏDV öhdəliyi də adlandıra bilərik.

Misal. 10.01.2020-ci il tarixində Əlavə Dəyər Vergisi ödəyicisi 10.000 manat dəyərində xidmət təqdim edib. Alıcı isə ödənişi 01.03.2020-ci il tarixində edəcək. O zaman əməliyyatları, o cümlədən ƏDV öhdəliyini uçotda aşağıdakı kimi göstərməliyik:

Tarix Əməliyyatın adı Debet Kredit
10.01.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 10 000
10.01.2020 Satış 10 000
10.01.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 1800
10.01.2020 Gələcək dövrün ƏDV öhdəliyi 1800
10.03.2020 Bank hesabı 10 000
10.03.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 10 000
10.03.2020 ƏDV depozit hesabı 1800
10.03.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 1800
10.03.2020 Gələcək dövrün ƏDV öhdəliyi 1800
10.03.2020 Vergi öhdəlikləri (ƏDV borcu) 1800

Müəllif: Ramin Ramazanov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV-nin hesablanması EDV ƏDV-nin hesablanması EDV