Şəxsi avtomobil vasitəsi ilə satış edənlər Fərqlənmə Nişanı almalıdır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Sual: Mən öz şəxsi avtomobilimlə mağaza və bazarlardan kənarda (səyyari qaydada) ərzaq məhsulları sataraq pərakəndə ticarətlə məşğul oluram. Mən fərqlənmə nişanı və ya xüsusi fərqlənmə nişanı almalıyammı?

Cavab: Bildiririk ki, şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” almalıdır.

“Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyicilərinin müraciətindən sonra beş iş günü ərzində  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və bunun alınması üçün hər hansı haqq ödənilmir.

Əsas: Vergi Məcəlləsinin 221.4.9-cu maddəsi.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
fərqlənmə nişanı

Gürcüstanda bu ailələr əlavə vergi ödəyə bilərlər

posted in: Vergi, Xəbər | 0

əlavə vergiGürcüstanda üç və ya daha çox avtomobilə sahib ailələr əlavə vergi ödəyə bilərlər.

Gürcüstanda üç və ya daha çox avtomobilə sahib ailələrə əlavə verginin tətbiq edilməsi təklif olunub.

Bu təklif Gürcüstan parlamentinin Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar komitəsinin parlamentə təqdim etdiyi “Tbilisidə hava keyfiyyəti” adlı araşdırmasında yer alıb.

Komitənin üzvü, deputat Giorgi Xatidze bildirib ki, sənəddə bu məsələnin aidiyyəti qurumlarla müzakirəsi tövsiyə olunub:

“Tbilisidə ekoloji vəziyyətin yaxşılaşdırılmasına ehtiyac duyulur. Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrindən istifadə edənlər üçün stimul yaradılmalıdır”.

Araşdırmada həmçinin Tbilisidə avtomobilə görə verginin mühərrikin həcminə görə müəyyən edilməsi təklif olunub. Bu halda kiçik mühərrikli maşınların sahibləri nisbətən az vergi ödəməli olacaqlar.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əlavə vergi

Tikinti fəaliyyəti barədə məlumat

posted in: Xəbər | 0

tikinti fəaliyyətiBina tikintisi fəaliyyəti ilə məşğul olanlar vergi orqanına hansı məlumatı təqdim etməlidir? tikinti fəaliyyəti

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan, 1 yanvar 2020-ci il tarixdən sonra tikinti-quraşdırma işlərinə başlamış, habelə sadələşdirilmiş verginin ödəyicisi olmayan, 1 yanvar 2020-ci il tarixədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, həmçinin bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunmuş məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək vergi orqanına təqdim etməlidir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
tikinti fəaliyyəti

Vakansiya: Baş Mühasib tələb olunur

Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: HORECA MMC.

Əmək haqqı: 800 – 1000 AZN.
  • Şəhər: Bakı.
  • Yaş: 28 – 40 yaş.
  • Cins: Fərqi yoxdur.
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Sadıqova Ülkər
  • E-mail: hr@horeca.com.az / info@finstaff.az

 

 

Vakansiya barədə məlumat

– Rəqabətə davamlı əmək haqqı
– İş qrafiki 9:00-dan 18:00-dək, şənbə 9:00-dan 14:00-dək istirahət günü – bazar
– AR qanunvericiliyinə əsasən əmək müqaviləsi və sosial sığorta
– Telefon danışıqların ödənilməsi

Namizədə tələblər

– Ali təhsil
– Office və mühasibatlıq proqramları ilə sərbəst işləmə bacarığı (MS Office, 1C 8.3, SAP) (SAP programında təcrübəsi olanlara üstünlük veriləcək)
– Rus dili və ingilis dili arzuolunandır
– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
– Kollektiv ilə işləmə bacarığı
– Yaş həddi 28-40

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının (ƏDV, ÖMV, MV) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi hesablanması
– Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət
– Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin qeydiyyatı və gündəlik bank qalığının yoxlanılmasına nəzarət
– Rəhbərliyin tapşırığı əsasında köçürmələrin həyata keçirilməsi
– Bank, Əmək haqqı sənədlərinin 1C 8.3 proqramına daxil edilməsi
– E-Qaimənin tərtib olunması və göndərilməsi

CV-ni hr@horeca.com.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Baş Mühasib