Asan İmza Simkartı üzrə ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

ASAN İmza Sim KartıXidmətin adı: Asan İmza Simkartı üzrə ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “imza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi barədə Ərizə” – şəxsiyyəti təsdiq edən sənədin surəti – notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun – NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı – Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer:

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

Müraciəti emal edən struktur vahidi: 

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti: 

Emal müddəti nəzərə alınmaql a müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– İlkin ərizə məlumatlarında dəyişiklik edilməsi haqqında Bildiriş

Elektronlaşdırma səviyyəsi: –

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Asan İmza Simkartı ilkin ərizə

Vergi uçotunda olmayan şəxslərdən alınan sənədsiz mallara görə maliyyə sanksiyası

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin izahında bu məsələ ilə bağlı bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə alış aktları tərtib edilir. Elektron alış aktı malların alışı tarixindən 5 gün müddətində tərtib olunur. maliyyə sanksiyası

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura, alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilmiş elektron alış aktları olmadıqda, alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi həcmində maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
maliyyə sanksiyası

Bu qurumun göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri təsdiqlənib

posted in: Xəbər | 0

“Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında.


“Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri” təsdiq edilsin (əlavə olunur). 2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 10 yanvar 2020-ci il

№ 3

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin:  Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri (711 downloads )

Mənbə: cabmin.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xidmət haqqı məbləğləri

Yeni vahid büdcə təsnifat kodları Excel formatında!

posted in: Xəbər | 0

Yeni vahid büdcə təsnifat kodları Excel formatında!

Bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilərək , yeni büdcə təsnifat kodları təsdiqlənmişdir.

28 avqust 2019-cu il tarixindən etibarən təsdiqlənmiş Vahid büdcə təsnifat kodlarını mühasiblərin rahat istifadəsi üçün excel formatında təqdim edirik. Eyni zamanda işinizi daha da rahatlaşdırmaq üçün ən çox istifadə edilən vahid büdcə təsnifat kodları sarı rənglə işarələnmişdir.

Yeni vahid büdcə təsnifat kodlarına nəzər yetirmək üçün faylı yükləyin:  Yeni Vahid Büdcə Təsnifat Kodları (5727 downloads )

Müəllif: Ramin Ramazanov



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Yeni vahid büdcə təsnifat kodları Excel