Baş Mühasib vəzifəsi üzrə vakansiya elan olunur

Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: Azersun Holding.

Əmək haqqı: Razılaşma ilə.
  • Şəhər: Bakı.
  • Yaş: 27 – 45 yaş.
  • Cins: Fərqi yoxdur.
  • Təhsil: Ali
  • İş təcrübəsi:5 ildən artıq
  • Əlaqədar şəxs: HR
  • E-mail: cv@azersun.com / info@finstaff.az

Vakansiya barədə məlumat

– Vergi, statistika və DSMF hesabatların hazırlanması;
– Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
– Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
– Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Baş Mühasib üçün tələblər

– Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
– Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
– Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
– MS Office, 1C, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
– ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com / info@finstaff.az elektron ünvanına (Baş mühasib başlığı ilə) göndərə bilərlər.

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Baş Mühasib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi təsdiqləndi

posted in: Xəbər | 0

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441- VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 10 yanvar 2020-ci il

№ 5

Tam mətnə nəzər yetimək üçün faylı yükləyin:  İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi (1010 downloads )

Mənbə: cabmin.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İcbari tibbi sığorta Xidmətlər Zərfi

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (5-ci hissə)

posted in: Vergi, Xəbər | 0

vergilərMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib?

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.

Vergilər üçün vətəndaş müharibəsi

 Napoleon müharibələrindən sonra məhz, vergi məsələləri ABŞ və digər ölkələrdə əhali arasında köklü dəyişikliklərə səbəb oldu.

Kontinental Avropadan Amerikaya gələn mühacirlərin sayı 1820-ci illərin əvvəllərindəki 10 min nəfərdən 1826-cı ildə 15 min nəfərə və 1828-ci ildə isə 30 minə qədər artdı.

1832-ci ildə mühacirlərin sayı 50 min nəfəri ötdü və beləliklə də Amerika sürətlə avropalaşmağa başladı.

Avropa ölkələrində Napoleon müharibələri dövrünün sonunda vergitutma səviyyəsi bütün təsəvvür edilən məhdudiyyətlərdən üstün idi. Böyük Britaniyada parlament çevrilişi nəticəsində gəlir vergisi ləğv edilmiş, 1820-ci illərdə isə aksiz vergisi tədricən azalmışdır.

Ancaq kontinental Avropada bu belə deyildi – vergi yükü yalnız artırdı və onun ödənişi ilk növbədə kəndlilər və kiçik tacirlərin üzərinə qoyulurdu. Sərhədlərdə on minlərlə daxili ticarət maneələri var idi və bütün mallar tam şəkildə rüsumlara məruz qalırdı.

Avropalıların gözündə ABŞ yenilikçi ölkə idi: onların ordusu Prussiya ordusunun cəmi 20% – ni təşkil edirdi, adambaşına düşən vergilər isə Böyük Britaniyada olduğundan 10 dəfə az idi.

Avropalılar inana bilmirdilər ki, ABŞ-da səkkiz işçi atı olan təsərrüfat ildə yalnız 12 dollar vergi ödəyir.

Lakin, ABŞ-da vətəndaş müharibəsi zamanı vergi məsələləri yeni qüvvə ilə gündəmə gəldi. Köləlik məsələsi həll edilsə belə, hələ də Cənub əyalətlərini şimal əyalətlərindən ayırmaq olardı. Şimallılar yüksək gömrük tariflərinə üstünlük verdilər, cənublar isə aşağı tariflərə. Buna görə şimallılar dolayı vergitutma, cənublular isə birbaşa vergitutma üçün çıxış etdilər.

Müharibə başladıqdan sonra, Cənubdan izolə edilmiş Şimalda 1861-da tarifləri daha da artırıldı və federal birbaşa gəlir vergisi tətbiq olundu. Müharibə zamanı onu toplamaq çətin idi, buna görə müharibə başa çatdıqdan sonra hərbi borcun maliyyələşdirilməsi üçün təxminən təkrar 3 milyard dollarlıq vergi inqilabına əl atıldı və 1866-cı ildə 3-5%  federal şəxsi gəlir vergisi (vergi 1872-ci ildə ləğv edildi) tətbiq olundu.

1913-cü ildə Birinci Dünya Müharibəsinin başlanmasından əvvəl prezident Vudro Vilson administrasiyası növbəti vergi inqilabını həyata keçirərək mütərəqqi gəlir vergisinin dərəcəsini sürətlə artırmağa başladı.

Uoll-stritin nümayəndələri bildiriblər ki, bu qanunvericilik zəngin insanlara qarşı yönələn sırf sinfi xaraker daşıyır.

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər vergilər vergilər vergilər

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması

posted in: Vergi, Xəbər | 0

vergilərin hesablanması bazar qiymətiBazar qiymətinin anlayışı, onun tətbiqi qaydaları Vergi Məcəlləsinin (VM) 14-cü maddəsi ilə tənzimlənir. Məcəllənin 14.1-ci maddəsinə əsasən, “Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir”.  Mövzunu Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov şərh edir. vergilərin hesablanması bazar qiyməti

Vergitutma tətbiqi baxımından bazar qiyməti – “nəzarət olunan” əməliyyatlarda tərəflərin tətbiq etdikləri qiymətə qarşı vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı vergidənyayınma risklərinin azaldılması məqsədilə tətbiq olunan alternativ qiymətdir. Burada “nəzarət olunan” əməliyyat dedikdə, vergilərin bazar qiymətləri nəzərə alınmaqla hesablandığı əməliyyatlar başa düşülür.

Qeyd olunan tərifdən də göründüyü kimi, bazar qiyməti, yalnız “nəzarət olunan” əməliyyatlarda və yalnız vergilərin hesablanması zamanı, yəni müstəsna olaraq vergitutma məqsədləri üçün nəzərə alınır. Və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Başqa sözlə, əks hal sübuta yetirilmirsə, tərəflərin əməliyyatda təsbit etdikləri qiymət elə bazar qiyməti kimi qəbul edilir.

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:

  • barter, idxal-ixrac əməliyyatları aparıldıqda;
  • təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə;
  • 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, VM-in 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni və ya analoji mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə;
  • müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda;
  • daşınmaz əmlakın vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda.

VM-in 14.4-cü maddəsinə əsasən, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək ən yaxın tarixdə eyni və ya analoji mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir.

Həmçinin, bazar qiyməti müəyyənləşdirilərkən, qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Yəni, bu halda, müvafiq əməliyyata bazar qiyməti tətbiq olunmur.

Yuxarıda qeyd olunan qaydada bazar qiymətini tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər, nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasındakı əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınmaqla müəyyən edilir. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır.

Bazar qiyməti müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

  • göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);
  • öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;
  • mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi;
  • malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;
  • işlərin, xidmətlərin) göndərilmə şərtləri;
  • malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;
  • marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;
  • işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə isə işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər.

Qeyd etmək lazımdır ki, malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır.

Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda və ya rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:

  • sonrakı və (və ya) təkrar satış qiymətinə əsasən;
  • dəyərin toplanması üsuluna əsasən.

Birinci üsulda malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı və (və ya) təkrar satış qiymətinə əsasən müəyyən olunur. Burada təkrar satış dedikdə, malların (işlərin, xidmətlərin) növbəti dəfə fərqli alıcıya satışı, sonrakı satış dedikdə isə malların alıcısının həmin malları sonradan başqa alıcıya satması başa düşülür. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.

İkinci üsulda isə bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.

Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

İndi isə xərc və gəlirin yoxlanılması baxımından bazar qiymətinin tətbiqi qaydalarına diqqət yetirək. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır:

  • alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda;
  • malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda.

Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi VM-ə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.

Onu da qeyd etmək lazımdır ki, vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin VM-də göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.

Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir.

Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) ixrac istisna olmaqla təqdim olunarkən və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı – konkret olaraq Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilərin hesablanması bazar qiyməti