» » » Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (6-cı hissə)

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (6-cı hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergilərMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib?

6-cı hissə

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz.

Müharibə zamanı aydın oldu ki, onlar tamamilə haqlıdırlar: faiz dərəcəsi praktiki olaraq vertikal şəkildə yüksəlməyə və Amerikanın tarixində görünməyən 77% – ə çata bilər.

Lakin, məhz bu vergi sayəsində ABŞ müharibədən sonrakı iqtisadi dünyada əsas rolu oynaya bildi.

Prezident Franklin Ruzvelt isə öz növbəsində o mənada inqilab yaratdı ki, böyük bizneslə mübarizə aparmaq üçün gəlir vergisindən və vergi orqanlarından istifadə etməyə başladı və bu, adi vətəndaşlar arasında populyarlıq qazandı.

Hardinq, Klidc və Huverin prezidentlik dövründə maliyyə naziri işləyən mesenat Endryu Mellona xüsusilə daha böyük populyarlıq gətirdi. Çünki o, respublikaçıların 1920-ci illərdəki “Hökümətdə daha çox biznes, biznesdə daha kiçik hökumət” şüarını simolizə edirdi.

Mellon vergi tutulan gəlirin azaldılması üçün özünün Təhsil və xeyriyyə Trast fondundan istifadə etmişdir.

İkinci Dünya müharibəsi Amerika vergisində tamamilə gözlənilən yeniliklərə gətirib çıxardı-vergi dərəcələri və hökumətin gəlirləri sürətlə artmağa başladı.

1939-cu ildə onlar yalnız $9,4 milyard təşkil edirdisə, 1945-ci gəlir on dəfə çox artaraq, $95,2 milyard dollara çatdı.

Gəlir vergisinin dərəcəsi yalnız müharibə zamanı deyil, ondan sonra da artıb. 1950-ci illərdə gəlir vergisinin maksimal dərəcəsi 91%-ə, korporasiyaların mənfəət vergisi dərəcəsi isə 52% – ə çatmışdır.

Bütün vergi pulları yalnız daxili iqtisadi inkişafı stimullaşdırmaq üçün deyil, həm də sovet təhlükəsi qarşısında müharibədən sonrakı Avropanı maliyyələşdirmək üçün istifadə edilmişdir.

Hərbi və müharibədən sonrakı illərdə ABŞ-da iqtisadi artım templəri orta hesabla ildə 15%-ə çatıb (heç vaxt buna qədər və bundan sonra da belə olmayıb). Özü də təkcə hərbi məhsul hesabına deyil, həm də əhalinin tam məşğulluğu və yüksək əmək haqqı şəraitində lazım olan istehlak təyinatlı malların istehsalı sayəsində.

 Prezident Harri Trumenin dövründə ABŞ dünyada sənaye mallarının yarısını və ümumiyyətlə bütün malların üçdə birini istehsal edirdi.

Nəhayət, prezident Ronald Reyqan daha bir vergi inqilabını həyata keçirdi. 1981-ci ildə o, gəlir vergisinin maksimal dərəcəsini 50%-ə endirdi. Və daşınmaz əmlakın satışından əldə olunan gəlirlərə çoxsaylı vergi güzəştləri, həmçinin vərəsəlik və bağışlama tətbiq etdi. ABŞ-ın iqtisadi artım tempi xeyli sürətləndi.

Lakin, o zaman amerikan şirkətləri hələ xaricdə bu qədər məhsul istehsal etmirdilər. Məhz buna görə də indi Donald Tramp vergilərin azaldılması vasitəsilə yeni vergi siyasətini bəyan etməyi düşünür.

Donald Tramp vergi islahatının aparılacağına söz verib və vətəndaşları vergi mövzusu yenidən maraqlandırıb – onlar dərhal onun öz vergi bəyannaməsinin açıqlanmasını tələb ediblər.

Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər vergilər vergilər vergilər