POS-terminal olmadıqa cərimələr

posted in: Xəbər | 0

POS-terminalPOS-terminal quraşdırılmadığı və nəzarət-kassa aparatı çeki verilmədiyi halda maliyyə sanksiyaları

Vergi orqanı tərəfindən keçirilən operativ nəzarəti tədbiri zamanı marketdə həm POS-terminalın quraşdırılmaması, həm də nağd alınmış mala görə nəzarət-kassa aparatının çekinin verilmədiyi aşkar olunub. Belə olan halda, vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulmuş hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.

Misal: Fərdi sahibkara məxsus marketdən alış-veriş edən vətəndaş aldığı malların dəyərini POS-terminal vasitəsilə ödəmək istəyir. Lakin fərdi sahibkar POS-terminalla vəsaitin qəbulundan imtina edir və əvəzində malların dəyərinin nağd qaydada ödənilməsini tələb edir. Vətəndaş həmin malların dəyərini nağd qaydada ödədiyi halda, fərdi sahibkar həmin məbləği nəzarət-kassa aparatına mədaxil etmir və alıcıya kassa çeki vermir.

Qeyd: Fərdi sahibkar tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozuntu halına təqvim ili ərzində ikinci dəfə yol verilib.

Yuxarıda qeyd olunan halda, fərdi sahibkara POS-terminalla vəsaitin qəbulundan imtina edilməsinə görə 3.000 manat və alıcıya nəzarət-kassa aparatının çekinin verilməməsinə görə 3.000 manat olmaqla 6.000 manat deyil, hər iki pozuntu halına cəmi 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
POS-terminal

Eİ müəssisələri üçün Yanacaq ehtiyatının uçotunun həyata keçirilməsi Qaydası təsdiqlənib

posted in: Xəbər | 0

“Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.5-ci yarımbəndinin icrası məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar dərc edildiyi gündən altı ay sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş Naziri                               Əli Əsədov

Tam mətnə nəzər yetimək üçün faylı yükləyin:  Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası (1080 downloads )

Mənbə: cabmin.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Yanacaq ehtiyatının uçotu

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (4-cü hissə)

posted in: Xəbər | 0

vergilərMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib?

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

İkinci yenilik amerikalılar üçün xüsusi verginin – gerb yığımının tətbiqi oldu. Bu birbaşa vergi idi – istənilən çap məhsulu, o cümlədən hüquqi sənədlər və qəzetlər müstəmləkənin kağız pullarında deyil, Londondan Britaniya valyutası ilə alınan gerb kağızında çap olunmalı idi.

Bu vergi, ümumiyyətlə, heç bir gəlir gətirmədi, belə ki, koloniyaçılar üçün şüarı  no taxtion without representation oldu  – vergiləri yalnız yerli parlamentlər tətbiq edə bilərdi, Böyük Britaniya parlamentində isə koloniyaçılar təmsil olunmurdular.

İş onunla nəticələndi ki, koloniyaçıların narazılıqlarını Londondakı nüfuzlu siyasi qüvvələr də qəbul etdilər, parlament vergini ləğv etdi, koloniyaçılar isə bunu zəiflik kimi qəbul etdilər və iş sonda Benjamin Franklinin xəbərdarlıq etdiyi kimi nəticələndi: “səpilən toxumlar iki ölkəni bir-birindən uzaqlaşdıracaq”.

 Amerikanın növbəti vergi innovasiyaları ilə artıq müstəqillik dövründə ABŞ-ın ilk maliyyə naziri Aleksandr Hamilton məşğul olub.

1787-ci il konstitusiyasına görə ABŞ Konqresi (təkcə ştatlar deyil) vergi tətbiq etmək səlahiyyəti əldə etdi. 1789-da Hamilton dövlət borcuna xidmət etmək və federal hökumətin maliyyələşdirilməsi üçün idxal tarifini tətbiq etməyə müvəffəq oldu. 1791 – ci ildə Hamilton Konqresdən ümummilli aksizi-əsasən viski qəbulu üçün tələb etdi (və razılıq aldı).

Hindularla vuruşan ABŞ vətəndaşları hiddətləndilər

 Onların hamısı viski istehsal edirdilər, bu içkiyə yeganə bərk valyuta kimi baxırdılar və hesab edirdilər ki, onlar öz döyüşləri ilə vətəndaş borcunu tamamilə yerinə yetiriblər, deməli, heç bir aksiz haqqı ödənilməyəcək.

Kütləvi iğtişaşlar 1791-ci ildə başlamış və Filadelfiya Federal məhkəməsinə altı aksiz ödəyicisi gətirildiyi zaman 1794-cü ildə zirvəyə çatmışdı. Üsyançılar baş vergi toplayıcısının evini yandırmışdılar.

Pensilvaniyanın qubernatoru qiyamın yatırlması üçün polis göndərməkdən imtina etdi və Hamilton prezident Vaşinqtonu dövlətə xəyanətdən söhbət getdiyinə inandırmağa cəhd etmişdi.

Sonda Vaşinqton 12,9 min nəfərdən ibarət böyük bir ordu topladı və qiyamı yatırdı.

Qiyamın təşkilatçılarından iki nəfəri asılmaqla edama məhkum olunsa da, Vaşinqton onları əhv etdi. Hamilton isə bildirdi ki, aksiz qiyamı yatırıldıqdan sonra nəhayət “hökümət ilk dəfə nüfuz və güc əldə etdi”.

1798-ci ildə ABŞ və inqilabi Fransa arasında münasibətlər gərginləşən zaman Konqres ölkə ərazisində nəinki söz və mətbuat, eləcə də əcnəbilərin fəaliyyətini məhdudlaşdıran Allen and Sedition Acts aktını qəbul etdi, həmçinin radikal vergi yeniliklərinin tətbiqinə əl atdı.

İlk dəfə olaraq mənzilə, torpaq və qullara görə birbaşa vergi tətbiq edildi, hansı ki, bu büdcəyə 2 milyon dollar (təkcə Pensivaniya sakinləri 237 min dollar ödəməli idilər) gətirməli idi.

Konqres bu cür vergiyə ehtiyacını beynəlxalq gərginlik şəraitində əhəmiyyətli hərbi donanma yaratmaq niyyətində olan Prezident Con Adamsın planları ilə izah edib.

Pensilvaniyada az da olsa qullar olduğundan, vətəndaşlar bunu evə tətbiq edilən vergi kimi qəbul etdilər.

İnsanlar  vergi müfəttişlərinin evbəev gəzib pəncərələri saymalarından hiddətə gəlmişdilər. Vətəndaşlar həmçinin bu vergini qeyri-konstitusion hesab edirdilər, çünki verginin ölçüsü heç cür ştat əhalisinin sayıdan asılı deyildi, ona görə də ödəməkdən imtina edirdilər.

Bunun nəticəsində Pensilvaniyadakı vergi ödəyiciləri üsyan etdilər, amma hökumət polisi həmin üsyanı yatırdı. 13 qiyamçı məhkəməyə çıxarıldı, onlardan üç nəfəri dövlətə xəyanətdə suçlandıqlarından edam cəzasına məhkum olunsalar da, Adams onları əfv etdi.

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər vergilər vergilər vergilər

Hazırda hansı yaş üçün müavinət elektron qaydada tərtib olunur?

posted in: Xəbər | 0

elektron müavinətHazırda yaş həddi 61 il 6 ay olan qadınlar və 64 il 6 ay olan kişilər pensiya hüquqları olmadıqda, bu ayın 1-dən yaşa görə müavinət hüququ qazanıb. elektron

Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin  gücləndirilməsinə xidmət etməklə, eyni zamanda, sosial təminat sisteminin təkmilləşdirilməsində növbəti addımdır. Bu qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

Əgər bu ilin əvvəlinədək qadınlar (yaşa görə pensiya hüququ olmadıqda) yaşa görə müavinət hüququnü 62 yaşda, kişilər (yaşa görə pensiya hüququ olmadıqda) isə 67 yaşda  qazanırdısa, bu ilin əvvəlindən bu yaş həddi pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilir.

Beləliklə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), bu ayın 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

Yaşa görə müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac yoxdur. Vətəndaşa elektron təyinat və müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-Çağrı Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edir. Bundan sonra yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı alır.

Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir.  Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb.

Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
müavinət elektron