Aliment vergilər tutulduqdan sonra alınır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

alimentSual: İşçinin əmək haqqından gəlir vergisi tutulduğu zaman öncə ondan aliment məbləği tutulur yoxsa əmək haqqından öncə gəlir vergisi çıxılır? Zəhmət olmasa cavab verdiyinizdə AR qanunvericilik aktlarına istinad edin. Öncədən dərin təşəkkürümü bildirirəm.

Cavab: Bildiririk ki, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarının 7-ci maddəsinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
aliment

1500 manat əmək haqqı ilə Böyük Mühasib tələb olunur

Vakansiya Böyük MühasibVakansiya: Böyük Mühasib.

İşəgötürən: Melissa Group.

Əmək haqqı: 1500 Azn
  • Şəhər: Bakı.
  • Yaş: 25 – 35 yaş.
  • Cins: Fərqi yoxdur.
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@melissagroup.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
– Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
– Təhtəlhesab, balans, avans hesabatının aparılması;
– Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
– Hesab və elektron qaimə-fakturaların yazılması;
– Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması;
– Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.

Böyük Mühasib üçün tələblər

– Ali təhsil (mühasibat uçotu, maliyyə);
– Vergi Məcəlləsini bilməli;
– 1C 8.2, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
– Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
– Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
– Komandada işləmək bacarığı;
– Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

CV-lərinizi hr@melissagroup.az / info@finstaff.az ünvanına böyük mühasib başlığı ilə göndərməyiniz xahiş olunur.

İş günləri : həftədə 6 gün.
İş qrafiki: 09:00 – 18:00
Əmək haqqı: 1500 AZN

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Böyük Mühasib

Tikinti şirkətlərinin vergi yükü

posted in: Vergi, Xəbər | 0

vergi yüküBina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu ildən vahid vergiqoyma sistemində fəaliyyət göstərəcək, ƏDV və mənfəət vergisi ödəyicisi olacaqlar. vergi yükü

İqtisadçı ekspert Rəşad Əliyev “vergiler.az”a açıqlamasında qeyd edib ki, Vergi Məcəlləsində son dəyişikliklərdən əvvəl bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər iki vergi rejimindən birini seçə bilərdilər: “2016-cı ilədək bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri eyni zamanda həm sadələşdirilmiş verginin ödəyicisi, həm də ƏDV ödəyicisi idilər.

2016-cı ildən vergi ödəyicisi iki vergi rejimindən birini seçmək imkanı əldə etdi: ya sadələşdirilmiş vergi sistemini seçməli, ya da ƏDV və mənfəət vergisi ödəyicisi kimi vergi öhdəliklərini yerinə yetirməli idi. Sadələşdirimiş verginin ödəyiciləri vergini hər kvadratmetrə görə hesablayıb ödəyirdi. ƏDV və mənfəət vergisi ödəyicisi isə vergilərini dövriyyə, xərc və mənfəət məlumatlarına əsasən hesablayırdı”.

Qeyd edilib ki, yüksək rentabelli tikinti işlərində sadələşdirilmiş vergi ödənişi daha əlverişli idi: “Digər məsələ isə mühasibatlıqla bağlı idi. Sadələşdirilmiş verginin ödəyiciləri mənfəət vergisi ödəyiciləri olmadığı üçün onlar xərc maddələrinin sənədləşdirilməsinə o qədər də diqqət yetirmirdilər. Bu isə artıq dövlət üçün problem yaradırdı, çünki sənədləşdirilməyən dövriyyələri stimullaşdırırdı”.

Mənfəət vergisi və ƏDV ödəyicisi olmaq aşağı rentabelli layihələr üçün əlverişlidir. Bu zaman mühasibat sisteminin daha düzgün, şəffaf olması vacibdir: “Daha bir böyük fərq isə odur ki, sadələşdirilmiş vergi bizim halda “sərt” vergi hesab edilirdi. Yəni satışın olub-olmamasından asılı olmayaraq, bu vergi hər kvadratmetr üçün ödənilməli idi. Mənfəət vergisi və ƏDV ödəyicisi olanlar isə vergini dövriyyə və mənfəət göstəricilərindən asılı olaraq ödəyirlər. Vergi ödəyicisi məhz bu iki vergi rejimi üzrə özünə iqtisadi cəhətdən sərf edənini seçmək imkanından istifadə edirdi”.

“Kölgə istisadiyyatı” və qara mühasibat ilə mübarizə müəyyən dövrdən sonra sadələşdirilmiş verginin ödəyicisi olmaq istəyinin azalmasına xidmət edəcəyi gözlənilən idi. Üstəlik də tikinti sektorunda yüksək rentabellilik dövrünün arxada qalması bu dəyişikliyi daha da aktuallaşdırmışdı.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi yükü

Riskli əməliyyat çərçivəsində malların alışı zamanı ƏDV əvəzləşdirilmələri

posted in: sual-cavab, Vergi, Xəbər | 0

ƏDV əvəzləşdirilmələriƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicisi riskli vergi ödəyicisindən riskli əməliyyat çərçivəsində Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada sənədləşdirilməklə malların alğı-satqısını həyata keçirib. Malları qəbul edən vergi ödəyicisi malların alışı zamanı Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ödədiyi Əlavə Dəyər Vergisini əvəzləşdirə bilərmi?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir. Riskli vergi ödəyicisinin, habelə riskli əməliyyatların meyarları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV əvəzləşdirilmələri