Mühasib Operator tələb olunur

Vakansiya Mühasib operatorVakansiya: Mühasib Operator.

İşəgötürən: GACC.

Əmək haqqı: 400 – 500 Azn
  • Şəhər: Bakı.
  • Yaş: 22 – 30 yaş.
  • Cins: Fərqi yoxdur.
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Pirimov Azər
  • Telefon: (012) 408-36-14
  • E-mail: azer.pirimov@gacc.az / info@finstaff.az

 

Vakansiya barədə məlumat

– Mühasibatlıq üzrə baş vermiş əməliyyatların 1C işlənilməsi
– Alış və satışa aid əməliyyatlar (müqavilə, e-vhf, e-qaimə, təhvil qəbul aktı və s. hazırlanması)
– Ödənişlərin həyata keçirilməsi (internet bankçılıq və ya ödəniş tapşırığı vasitəsilə)
– İş qrafiki 09:00-dan 18:00-dək
– 6 gün qisa iş günü
– Nahar şirkət tərəfindən təmin olunur

Namizədə tələblər

– Ali təhsil
– Namizədin 1 ildən yuxarı mühasibat sahəsində iş təcrübəsi olmalıdır
– 1C 8.3 proqramlarını bilməli
– MS Office proqramları bilikləri (xüsusiillə Excel)
– Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarıqlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
– Komandada işləmək bacarığına malik olması

Mətn yerinə Operator yazmaqla CV ləri azer.pirimov@gacc.az / info@finstaff.az və ya suleymanov.elin@gacc.az üvanına göndərməyniz xahiş olunur.

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib operator

ASAN İmza Sim Kartı üzrə Sertifikatın statusunun dəyişdirilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: ASAN İmza Sim Kartı üzrə Sertifikatın statusunun dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM-ə) İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi üçün Ərizə” – notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) – dövlət hakimiyyəti və özünüidarəetmə orqanının əməkdaşlarına verilmiş sertifikatların statusunun dəyişdirilməsi ilə bağlı müraciət edildikdə – dövlət hakimiyyəti və özünüidarəetmə orqanının rəhbərinin qərarı

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun – NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı – Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer: 

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

Müraciəti emal edən struktur vahidi: 

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti: 

Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Sertifikatın qüvvəsinin dayandırılması haqqında bildiriş (və ya Sertifikatın ləğv edilməsi haqqında bildiriş və ya Sertifikatların qüvvəsinin bərpa edilməsi haqqında bildiriş)

Elektronlaşdırma səviyyəsi: –

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
 ASAN İmza Sim Kartı

Səyyar vergi yoxlaması haqqında

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Səyyar vergi yoxlaması haqqında.

səyyar vergi yoxlaması

Səyyar vergi yoxlaması aparan müəssisənin maliyyə direktoru müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə, bu zaman yoxlama təxirə salına bilərmi?

Bəli. Vergi ödəyicisinin rəhbəri, onu əvəz edən şəxs, yaxud vergi, maliyyə məsələləri üzrə məsul şəxs əmək qabiliyyətini bərpa edənədək, lakin 9 aydan çox olmamaq şərtilə, səyyar vergi yoxlaması təxirə salına bilər.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
səyyar vergi yoxlaması

Hansı sosial təminat növləri vətəndaşların müraciəti olmadan, elektron qaydada təyin olunur?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 21 sosial təminat növü üzrə təyinatın elektronlaşdırılması təmin edilib.

Onlar aşağıdakılardır:

  1. Yaşa görə əmək pensiyası;
  2. Əlilliyə görə əmək pensiyası;
  3. Uşağın doğulmasına görə birdəfəlik müavinət;
  4. Sağlamlıq imkanları məhdud uşağa aylıq müavinət;
  5. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluğa görə Prezidentin   aylıq təqaüdü;
  6. Əlilliyə görə aylıq müavinət;
  7. Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü;
  8. 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdü;
  9.  I dərəcə əlilliyə görə müavinət hüququ olanlara Prezidentin aylıq təqaüdü;
  10.  I dərəcə əlilliyə görə pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü;
  11. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) aylıq müavinət;
  12. Müharibə əlillərinin uşaqlarına aylıq müavinət;
  13. 20 Yanvar əlillərinin uşaqlarına aylıq müavinət;
  14. Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinət;
  15. Fəxri adlara görə Prezidentin aylıq təqaüdü;
  16. Prezidentin fərdi təqaüdü;
  17. Şəhidin uşaqlarına aylıq müavinət;
  18. Şəhid ailəsi üzvlərinə aylıq müavinət;
  19. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət;
  20. Şəhid ailəsi üçün Prezidentin təqaüdü;
  21. Yaşa görə müavinət.

Bu sosial təminat növlərinin elektronlaşdırılması il ərzində pensiya, müavinət və təqaüdlər  üzrə 200 minədək təyinatın  elektron şəkildə, proaktiv qaydada, yəni vətəndaşların hər hansı bir ünvana getmələrinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçirilməsinə imkan verir.

Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sosial təminat növü