» » » Vergi uçotunda olmayan şəxslərdən alınan sənədsiz mallara görə maliyyə sanksiyası

Vergi uçotunda olmayan şəxslərdən alınan sənədsiz mallara görə maliyyə sanksiyası

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyinin izahında bu məsələ ilə bağlı bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə alış aktları tərtib edilir. Elektron alış aktı malların alışı tarixindən 5 gün müddətində tərtib olunur. maliyyə sanksiyası

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura, alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilmiş elektron alış aktları olmadıqda, alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi həcmində maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
maliyyə sanksiyası