» » » Gürcüstanda bu ailələr əlavə vergi ödəyə bilərlər

Gürcüstanda bu ailələr əlavə vergi ödəyə bilərlər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

əlavə vergiGürcüstanda üç və ya daha çox avtomobilə sahib ailələr əlavə vergi ödəyə bilərlər.

Gürcüstanda üç və ya daha çox avtomobilə sahib ailələrə əlavə verginin tətbiq edilməsi təklif olunub.

Bu təklif Gürcüstan parlamentinin Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar komitəsinin parlamentə təqdim etdiyi “Tbilisidə hava keyfiyyəti” adlı araşdırmasında yer alıb.

Komitənin üzvü, deputat Giorgi Xatidze bildirib ki, sənəddə bu məsələnin aidiyyəti qurumlarla müzakirəsi tövsiyə olunub:

“Tbilisidə ekoloji vəziyyətin yaxşılaşdırılmasına ehtiyac duyulur. Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrindən istifadə edənlər üçün stimul yaradılmalıdır”.

Araşdırmada həmçinin Tbilisidə avtomobilə görə verginin mühərrikin həcminə görə müəyyən edilməsi təklif olunub. Bu halda kiçik mühərrikli maşınların sahibləri nisbətən az vergi ödəməli olacaqlar.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əlavə vergi