Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi vergi orqanında qeydiyyat

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 15 və 24-cü maddələri – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi orqanında qeydiyyat

Operativ vergi nəzarəti

posted in: Vergi, Xəbər | 0

operativ vergi nəzarətiOperativ vergi nəzarəti (OVN) vergi nəzarəti formaları içərisində ən çevik və demək olar ki, effektiv nəzarət formasıdır. Bu nəzarətin həyata keçirilməsi qaydalarını, nəzarətlə əhatə olunan məsələləri Vergi Məcəlləsinin (VM) 50-ci maddəsi müəyyən edir. Mövzunu Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov şərh edir.

OVN haqqında danışarkən ilk növbədə onun subyekti, obyekti və predmetini fərqləndirmək lazımdır. Bu nəzarət formasının subyekti dedikdə bilavasitə OVN-in həyata keçirilməsi həvalə olunmuş vergi orqanının vəzifəli şəxsləri, OVN-in obyekti dedikdə isə nəzarət tədbirinə cəlb olunan vergi ödəyiciləri –sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər nəzərdə tutulur. OVN-in VM-in 50.1-ci maddəsi ilə müəyyən olunan, nəzarət tədbirinin əhatə etdiyi məsələləri özündə ehtiva edir.

OVN vergi orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. Bu əsaslar aşağıdakılardır:

-vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;

-əldə edilmiş mənbəyi bəlli məlumatlar;

-vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərinin VM ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi;

-vergi orqanlarının OVN-in predmetinə daxil olan məsələlər barədə qanunvericiliyin vergi ödəyiciləri tərəfindən pozulması barədə kifayət qədər əsasının olması;

-vergi ödəyicisinin riskli vergi ödəyicisi olması.

OVN vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı ərizndə həyata keçirilir. Vergi nəzarətinin başlanması barədə vergi ödəyicisinin “Nəzarət kitabçası”nda müvafiq qeydiyyat aparılır. Nəzarət kitabçası olmadıqda və ya təqdim edilmədikdə tədbiri keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu barədə tədbirin nəticəsinə dair tərtib edilmiş aktda müvafiq qeydlər aparılır.

OVN yalnız bu barədə çıxarılmış qərarda göstərilən istiqamət və ya istiqamətlər üzrə həyata keçirilir. Vergi nəzarəti tədbirləri zamanı həmin qərarda göstərilməyən, VM-nin 50.1-ci maddəsinin digər bəndləri üzrə pozuntu aşkar edildikdə, bu barədə pozuntunu aşkar edən vergi orqanının vəzifəli şəxsi tərəfindən xidməti məlumat hazırlanaraq aidiyyəti üzrə təqdim edilir.

OVN-i həyata keçirən vergi orqanının vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicilərinin ərazilərinə və ya binalarına daxil ola, onların ərazilərinə, binalarına habelə sənədlərinə və əşyalarına baxış keçirə, lazımi sənədləri tələb edə, sənədləri və nümunə kimi əşyaları götürə, ekspert, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edə bilərlər.

Vergi ödəyicisi vergi orqanının vəzifəli şəxslərinin nəzarət tədbirlərini həyata keçirmək üçün ona məxsus obyektə daxil olmasına icazə vermədikdə və ya həmin tədbirlərin həyata keçirilməsinə şərait yaratmadıqda vergi nəzarəti tədbirlərini həyata keçirməli olan vergi orqanının vəzifəli şəxsləri və vergi odəyicisi tərəfindən imzalanan sərbəst formada akt tərtib edilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə, eləcə də aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Bu halda vergi ödəyicisi barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilir.

OVN-in nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Bu akt vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalalanır. Həmin aktda vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir.

Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər, bu barədə həmin aktda vergi orqanının vəzifəli şəxsi tərəfindən müvafiq qeyd aparılır. Tərtib olunmuş aktın və digər sənədlərin bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə və imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi bu sənədlərin surətlərini qəbul etməkdən imtina etdikdə isə müvafiq sənədlər aktın tərtib edildiyi tarixdən sonra 5 iş günündən gec olmayaraq elektron qaydada və sifarişli poçtla ona göndərilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Operativ vergi nəzarəti Operativ vergi nəzarəti Operativ vergi nəzarəti

2019-cu ildə kommersiya qurumlarının sayı 14 faizdən çox artıb

posted in: Vergi, Xəbər | 0

2019-cu ildə kommersiya qurumlarının sayı 14 faizdən çox artıb. kommersiya qurumları


2020-ci il 1 yanvar tarixinə Azərbaycanda uçotda olan vergi ödəyicilərinin ümumi sayı 1 milyon 056 min 934 olub. Onlardan 916 min 091-i və ya 86,7 faizini fiziki şəxslər, 140 min 843-ü və ya 13,3 faizi isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.

2019-cu il ərzində vergi ödəyicilərinin ümumi sayı 86 min 594 vahid (108,9 faiz) artıb. Bunun 70 min 895 vahidi fiziki şəxslərin, 15 min 699 vahidi isə hüquqi şəxslərin sayının artması hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (98,8 faiz) kommersiya qurumları hesabına mümkün olub. İl ərzində kommersiya qurumlarının sayı 15 min 514 vahid və ya 14,1 faiz artaraq 2020-ci ilin əvvəlinə 125 min 407 vahid təşkil edib. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 436 vahid olub. Burada da 2019-cu il yanvarın 1-i ilə müqayisədə 185 vahid (1,2 faiz) artım müşahidə edilib.

2019-cu ildə 15 min 888 kommersiya qurumu dövlət qeydiyyatından keçib. 10 min 758-i isə fəaliyyətini bərpa edib. Fəaliyyəti dayandıran kommersiya qurumlarının sayı isə 16 min 162 vahid olub. 470 qurumun isə qeydiyyatı ləğv edilib. Müqayisədə ötən il ərzində qeydiyyata alınan və fəaliyyətini bərpa edən kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 10 014 vahid çox olub.

2020-ci ilin əvvəlinə qeydiyyatda olan kommersiya qurumlarının 31,2 faizi xidmət, 28,1 faizi ticarət, 10,9 faizi tikinti, 7,4 faizi sənaye, 6,5 faizi kənd təsərrüfatı, 3,2 faizi rabitə, 2,2 faizi nəqliyyat, 0,9 faizi maliyyə sektorunda fəaliyyət göstərirlər.

İl ərzində fəaliyyəti aktiv olan hüquqi şəxslərin 84,8 faizi kommersiya qurumları olub. Ümumiyyətlə, 125 min 407 kommersiya qurumundan 69 min 188-nin və ya ümumi kommersiya qurumlarının 55,2 faizinin vəziyyəti aktiv olub. Aktiv kommersiya qurumlarının sayı 12 min 959 vahid və ya 23 faiz, xüsusi çəkisi isə 4 faiz artıb.
Qeyd edək ki, kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2019-cu il ərzində 32,2 faiz artaraq 20 min 120 vahid təşkil edib. Onların xüsusi çəkisi isə 2 faiz çox olub. Ümumiyyətlə, 2018-ci illə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 23,4 faiz artaraq 33 min 922 vahid təşkil edib.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kommersiya qurumları

İqtisadiyyat naziri və müavinləri vətəndaşları qəbul edəcəklər

posted in: Vergi, Xəbər | 0

İqtisadiyyat naziriİqtisadiyyat naziri Mikayıl Cabbarov 17 yanvar 2020-ci il tarixində, saat 11:00-dan etibarən Kürdəmirdə (ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 18, Heydər Əliyev Mərkəzi) rayon sakinlərini qəbul edəcək.

Həmin gün İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov saat 11:00-dan etibarən Ağsuda (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Yeni Azərbaycan Partiyasının Ağsu Rayon Təşkilatının inzibati binası), Sahib Məmmədov isə Ucarda (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153, Heydər Əliyev Mərkəzi) rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyənlər qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79) nömrəli telefonlar, Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin, Kürdəmirdə və Ucarda keçiriləcək vətəndaş qəbulları üçün Nazirliyin Aran regional bölməsi (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, İnzibati bina, əlaqə telefonu: (012) 585-04-06, elektron poçt ünvanı: farid.mammadov@economy.gov.az), Ağsuda keçiriləcək qəbul üçün isə Nazirliyin Dağlıq Şirvan regional bölməsi (ünvan: Şamaxı şəhəri, Heydər Əliyev küçəsi, 27, İnzibati bina, əlaqə telefonu: (020) 265-17-87, elektron poçt ünvanı: azer.qasimov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İqtisadiyyat Naziri