» » » 2019-cu ildə kommersiya qurumlarının sayı 14 faizdən çox artıb

2019-cu ildə kommersiya qurumlarının sayı 14 faizdən çox artıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

2019-cu ildə kommersiya qurumlarının sayı 14 faizdən çox artıb. kommersiya qurumları


2020-ci il 1 yanvar tarixinə Azərbaycanda uçotda olan vergi ödəyicilərinin ümumi sayı 1 milyon 056 min 934 olub. Onlardan 916 min 091-i və ya 86,7 faizini fiziki şəxslər, 140 min 843-ü və ya 13,3 faizi isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.

2019-cu il ərzində vergi ödəyicilərinin ümumi sayı 86 min 594 vahid (108,9 faiz) artıb. Bunun 70 min 895 vahidi fiziki şəxslərin, 15 min 699 vahidi isə hüquqi şəxslərin sayının artması hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (98,8 faiz) kommersiya qurumları hesabına mümkün olub. İl ərzində kommersiya qurumlarının sayı 15 min 514 vahid və ya 14,1 faiz artaraq 2020-ci ilin əvvəlinə 125 min 407 vahid təşkil edib. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 436 vahid olub. Burada da 2019-cu il yanvarın 1-i ilə müqayisədə 185 vahid (1,2 faiz) artım müşahidə edilib.

2019-cu ildə 15 min 888 kommersiya qurumu dövlət qeydiyyatından keçib. 10 min 758-i isə fəaliyyətini bərpa edib. Fəaliyyəti dayandıran kommersiya qurumlarının sayı isə 16 min 162 vahid olub. 470 qurumun isə qeydiyyatı ləğv edilib. Müqayisədə ötən il ərzində qeydiyyata alınan və fəaliyyətini bərpa edən kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 10 014 vahid çox olub.

2020-ci ilin əvvəlinə qeydiyyatda olan kommersiya qurumlarının 31,2 faizi xidmət, 28,1 faizi ticarət, 10,9 faizi tikinti, 7,4 faizi sənaye, 6,5 faizi kənd təsərrüfatı, 3,2 faizi rabitə, 2,2 faizi nəqliyyat, 0,9 faizi maliyyə sektorunda fəaliyyət göstərirlər.

İl ərzində fəaliyyəti aktiv olan hüquqi şəxslərin 84,8 faizi kommersiya qurumları olub. Ümumiyyətlə, 125 min 407 kommersiya qurumundan 69 min 188-nin və ya ümumi kommersiya qurumlarının 55,2 faizinin vəziyyəti aktiv olub. Aktiv kommersiya qurumlarının sayı 12 min 959 vahid və ya 23 faiz, xüsusi çəkisi isə 4 faiz artıb.
Qeyd edək ki, kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2019-cu il ərzində 32,2 faiz artaraq 20 min 120 vahid təşkil edib. Onların xüsusi çəkisi isə 2 faiz çox olub. Ümumiyyətlə, 2018-ci illə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 23,4 faiz artaraq 33 min 922 vahid təşkil edib.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kommersiya qurumları