Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır

posted in: Vergi, Xəbər | 0

ƏDV əvəzləşdirilmələriAzərbaycanda vətəndaşlara əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması üçün əsasnamə ən geci yaxın 1 ay ərzində hazır olacaq.

Bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev məlumat verib.

“Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-nə qədər əlavə dəyər vergisinin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək”, – o deyib.

Nazir müavini həmçinin 2021-ci ilə qədər bütün ictimai iaşə müəssisələrində nəzarət-kassa aparatlarının quraşdırılacağını qeyd edib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV

Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Vergi ödəyicisinin fəaliyyəti Vergi ödəyicisiXidmətin adı: Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Vergi ödəyicisinin fəaliyyətinin olub-olmaması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi ödəyicisinin fəaliyyəti Vergi ödəyicisi

Əkin subsidiyasının məbləğinin müəyyənləşdirilməsi proseduru açıqlanıb

posted in: Xəbər | 0

əkin subsidiyasıElektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı proses davam edir. Hazırda fermerlərin sistemə daxil etdiyi torpaq sənədlərinin və payızlıq əkin məlumatlarının yoxlanılması aparılır. əkin subsidiyası

Məlumata görə, payızlıq əkinlərlə bağlı subsidiyaların verilməsi yoxlamaların tamamlanması ardıcıllığına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Artıq ilkin sənəd qəbulundan sonra hesablanmış subsidiya məbləğləri barədə məlumatı ehtiva edən elektron bəyannamə-ərizələr fermerlərin şəxsi kabinetlərinə göndərilib.

Bununla bağlı fermerlərin mobil nömrələrinə müvafiq SMS göndərilib və onlar şəxsi kabinetə bildiriş göndərilməsi ilə bağlı məlumatlandırılıblar. Elektron bəyannamələr fermer tərəfindən 3 gün ərzində təsdiqlənmədiyi təqdirdə avtomatlaşdırılmış qaydada təsdiqlənəcək və yoxlamaya mərhələsinə yönləndiriləcək. Bu məlumatlarla razı olmayan fermer elektron kabineti vasitəsilə müraciət edə, yaxud DAİM-lərə gəlib təklif və ya şikayətini təqdim edə bilər.

Qeyd edək ki, yoxlamalar – sənədlər əsas götürülməklə: a) inteqrasiya vasitəsilə digər qurumlardan əldə edilən məlumatlarla uzlaşdırma, b) peyk yoxlaması, c) aidiyyəti orqanlara sorğuların göndərilməsi, d) yerində yoxlamalar vasitəsilə həyata keçiriləcək. Yoxlama nəticəsində yekun subsidiya məbləği dəqiqləşdirilmiş olacaq, fərqliliklər barədə fermerlərə bildirişlər göndəriləcək. Burada əhəmiyyətli olan doğru torpaq sənədinin təqdim edilməsi və həmin torpaq ərazisində əkilən bitki hektarı və növü barədə doğru informasiyanın sistemə təqdim edilmiş olmasıdır. Kənarlaşmalar barədə qəbul edilən yeni Qaydaya uyğun tədbirlər görüləcəkdir.

Çoxillik əkmələrlə bağlı edilən bəyanlara uyğun olaraq hesablamaların, yoxlamaların aparılması və optimal müddətdə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilib. Hər bir fermer üçün sənədlərini təqdim etdiyi torpaq sahələrində əkdiyi və bəyan etdiyi bitki növü üzrə baza məbləğinə əmsal tətbiq edilməklə əkin subsidiyası hesablanır.

Əkin subsidiyası veriləcək bitkilər üzrə əmsallar barədə artıq Aqrar Subsidiya Şurası tərəfindən qərar qəbul edilərək ictimaiyyətə elan edilib (http://akia.gov.az/az/single/36). Fermerlər bu subsidiya məbləğini 2019-cu ildən onların istifadəsinə verilən kalkulyator http://akia.gov.az/az/calc/ vasitəsilə öyrənə bilirlər.

Nəzərə alınmalıdır ki, pambıq, tütün, fındıq, çəltik, çay bitkilərinin istehsalı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən rayonlar üzrə dəstəklənir. Burada məqsəd qeyd edilən bitkilərin yüksək məhsuldarlıq əldə edilən və ya edilə biləcək rayonlar üzrə istehsalının dəstəklənməsidir.

Xatırladaq ki, əkin subsidiyası üzrə növbəti yenilik damcı suvarma sistemi ilə təmin olunmuş yeni intensiv meyvə bağlarına daha yüksək əmsalla (2-4 arası) dəstəyin müəyyən edilməsi və bu dəstəyin ilk 4-5 il ərzində davam etməsidir. Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.

Əkin subsidiyası üzrə xidmətin reqlamenti https://www.dxr.az/xidmet/6E6B75BE-5ADF-47F7-A327-BA0F02653E16/23A0CB12-5A60-C311-BF0D-6C3BE51E53F1 ünvanında vətəndaşların diqqətinə təqdim edilib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əkin subsidiyası

ƏDV ödəyiciləri üçün faydalı yeniliklər

posted in: Vergi, Xəbər | 0

       ƏDV ödəyiciləri üçün faydalı yeniliklər EDV


Vergi Məcəlləsinin 166-cı maddəsində edilmiş dəyişiklikləri sərbəst auditor Altay Cəfərov şərh edib.

Bu dəyişikliklərdə vergi ödəyiciləri üçün ən maraqlı məsələ keçid əməliyyatları, yəni əvvəlki illərdə olmuş, yarımçıq qalmış əməliyyatların 2020-ci ilə keçməsi və həmin əməliyyatlara görə ƏDV-nin tutulması, ƏDV-yə cəlb olunması vaxtının müəyyənləşdirilməsi ilə bağlıdır. İlkin olaraq 166-cı maddənin xüsusi tələblərinin nə olduğu barədə:

  • Sadə formada desək, ƏDV-yə cəlb olunan əməliyyatların vaxtı kassa metodu ilə, həmçinin avans daxilolmaları ilə nəzərə alınacaq;
  • 5 gün müddəti ilə bağlı müddəa yoxdur;
  • 30 gün ödəmə müddəti ilə bağlı aradan qaldırılıb;
  • malların, işlərin təqdim edilmə vaxtı kimi elektron qaimə-fakturanın təqdim edilməsi tarixi sayılır ;
  • barter əməliyyatlarına, borc münasibətləri əvəzində malların, işlərin və xidmətlərin təqdim edilməsinə xüsusi yanaşılmalıdır;
  • əvəzsiz təqdim edilmə üzrə əməliyyatların ƏDV-yə cəlb edilib-edilməməsi məsələsi üzrə əvvəldən qalmış mübahisəli məqamlar aradan qaldırılıb;
  • əsas məbləğin ödənilməməsi, amma ƏDV-nin ödənilməsi və ya əksinə, olan əməliyyatların ƏDV-yə cəlb olunması uyğunsuzluqları aradan qaldırılıb.

Misal 1: Tutaq ki, “AA” MMC ticarət fəaliyyəti ilə məşğuldur. 20 dekabr 2019-cu ildə 11.800 manatlıq mal satıb və bu tarixdə elektron qaimə-faktura, elektron vergi hesab-fakturası göndərib. Ödəmə 7 yanvar 2020-ci ildə həyata keçirilib.

Burada 11.800 manatlıq (ƏDV-siz 10.000 manat) vergiyə cəlb olunan əməliyyat 2020-ci ilin yanvar ayında nəzərə alınmalıdır. Belə ki, malların faktiki təhvil verilmə vaxtı 2019-cu ilin dekabrında olub və bu zaman 30 gün şərtini gözləməliyik. Həm 2019-cu ildə qüvvədə olan qaydalara (30 gün məsələsi), həm də 2020-ci ildəki qaydalara görə ödəmə aparılan vaxt vergiyə cəlb olunan tarix sayıldığından 7 yanvar 2020-ci il ödəmə tarixi 30 gündən az olduğundan 2020-ci ilin yanvarına aid ƏDV bəyannaməsində əks olunmalıdır.

Misal 2: Yenə də “AA” MMC 30 dekabr 2019-cu ildə 5.900 manat avans alıb və malları 4 yanvar 2020-ci ildə təqdim edib, elektron qaimə-fakturanı qarşı tərəfə yanvar 2020-ci ildə göndərib.

Bu halda 5.900 (ƏDV-siz 5.000 manat) vergiyə cəlb olunan əməliyyat kimi dekabr 2019-cu ildə əks olunmalıdır.

Misal 3: “AA” MMC 20 dekabr 2019-cu ildə 23.600 manatlıq malları satıb və bu tarixdə e-qaimə, e-VHF göndərib. Ödəmə 24 yanvar 2020-ci ildə həyata keçirilib.

Bu halda 23.600 manat (ƏDV-siz 20.000 manat) dövriyyə kimi 2019-cu ilin dekabr ayına aid bəyannamədə yazılmalıdır. Belə ki, əməliyyat dekabrda həyata keçirildiyindən e-qaimə, e-VHF verildiyindən 30 gün şərti aktuallaşır. Ödəmə də 30 gündən sonra daxil olduğundan vergi tutulan vaxt 20 dekabr 2019-cu il olacaq və 2019-cu ilin dekabr ayına aid ƏDV bəyannaməsində göstərilməlidir. Yeni dəyişikliyə görə ödəmə tarixi vergi tutulan tarix sayılmalıdır. Ödəmə vaxtı (kassa metodu) ilə bağlı bu tələb 2020-ci ildə təqdim edilən mallara görə tətbiq olunacaq. 2019-cu ildə təqdim edilən mallara görə isə əvvəlki qaydaları tətbiq etmək lazımdır.

Misal 4: “AA” MMC 20 dekabr 2019-cu ildə 17.700 manatlıq mal satıb və bu tarixdə malların təhvil-təslim aktı verilib. Ödəniş 24 yanvar 2020-ci ildə həyata keçirilib, elektron qaimə-faktira isə 30 yanvar 2020-ci ildə göndərib.

Belə hallarda 17.700 manat (ƏDV-siz 15.000 manat) dövriyyə kimi 2019-cu ilin dekabr bəyannaməsində yazılmalıdır. Belə ki, əməliyyat bu ilin dekabrında həyata keçirilib, e-qaimə, e-VHF verilib. Ancaq faktiki malların təqdim edilməsi sənədi və tarixi olduğundan 30 gün şərti aktuallaşır. Ödəmə də 30 gündən sonra daxil olduğundan vergi tutulan vaxt 20 dekabr 2019-cu il olacaq və bu, 2019-cu ilin bəyannaməsində göstərilməlidir. Yəni 5 gün müddətində e-VHF verilmirsə və 30 gün müddətində ödəmə aparılmırsa, vergitutulma vaxtı malların təhvil-təslim aktında olan tarix sayılır. Odur ki, bu, dekabr ayına aid bəyannamədə yazılmalıdır.

Vergi ödəyicilərində belə əməliyyatlara, hətta başqa keçid dövrünə aid olan qarışıq əməliyyatlara rast gəlindiyini üçün bu məsələlərdə diqqətli olmaq tövsiyə edilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV ödəyiciləri EDV