Gəncə şəhərində “Peşəkar mühasib” təlim kursuna QEYDİYYAT BAŞLADI!

posted in: kurs, mühasib, təlim, Xəbər | 0

Gəncə şəhərində “Peşəkar mühasib” təlim kursuna

QEYDİYYAT BAŞLADI!

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Texnologiya Universitetinin (UTECA) birgə təşəbbüsü və təşkilatçılığı ilə Gəncə şəhərində keçiriləcək “Peşəkar mühasib” təlim kursuna qeydiyyat başlamışdır. Təlim kursu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar mühasib sertifikasiyası” imtahanlarına hazırlığı ehtiva edir.

Kursun müddəti: 4 ay (60 saat)

Qiymət: 150 AZN/aylıq

Qrafik: Bazar günləri, 1 dərs 4 saat olmaqla.

Mühasibat uçotu sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, publik hüquqi şəxs, iri sahibkarlıq subyekləri, büdcə təşkilatları və digər müəssisələrdə fəaliyyət göstərən baş mühasiblər üçün DİM tərəfindən təşkili nəzərdə tutulan imtahanlarda iştirak edərək sertifikat almaq və peşəkar mühasib təşkilatına üzvlük tələbi qoyulmuşdur.

Qeyd etmək lazımdır ki, ARPA Peşəkar mühasib təşkilatı kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən akkreditə olunmuşdur və hazırda bu istiqamətdə fəaliyyət göstərərək mühasibat uçotu sahəsində çalışan peşəkar üçün üzvlük imkanlarını təqdim edir.

Gəncə şəhərində keçiriləcək təlim kursunda iştirak edəcək şəxslər müvafiq linkdən istifadə etməklə qeydiyyat formasını (http://arpa.org.az/az/pes%c9%99kar-muhasib-hazirliq-kursu/) dolduraraq Azərbaycan Texnologiya Universitetinə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Seymur Abbasov

Tel: (055) 280 13 53

Email: seymurabbasov@gmail.com

Ünvan: Gəncə şəhəri, Ş.İ.Xətai 103, AZ 2011

Peşəkar Mühasib Təşkilatına üzvlük üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: http://arpa.org.az/az/muraci%C9%99t-et/



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Peşəkar mühasib təlim

“Sədərək” üçün möhlət olmayacaq

posted in: Vergi, Xəbər | 0

sədərək“Binə” və “Sədərək”də sahibkarların kassa aparatları tam təmin ediləcəkləri vaxt açıqlanıb.

Ötən gün İqtisadiyyat Nazirliyin keçirdiyi tədbirdə Vergilər Nazirinin müavini İlkin Vəliyev bildirib ki, 2021-ci ilin sonunadək bütün ticarət mərkəzlərində, o cümlədən Bakıdakı “Binə” və “Sədərək” ticarət mərkələrində də kassa-nəzarət aparatlarının quraşdırılacağını bildirib.

“Binə” və “Sədərək”  ticarət mərkəzlərində əlavə bir rejim mövcud deyil. Həmin ticarət mərkəzlərində çalışanlar da pərakəndə ticarət qaydalarına uyğun olaraq əldə etdiyi gəlirlərdən vergiyə cəlb olunmalıdırlar. Tək bu ticarət mərkəzləri deyil bütün yarmarka və bazarlara nəzarət kassa aparatının quraşdırlması mərhələli şəkildə davam etdiriləcədkdir.

2021-ci ildə bütün ticarət şəbəkələrində o cümlədən yarmarkalarda da nəzarət kassa aparatlarının quraşdşrılması tam başa çatacaqdır. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafik üzrə kassa-nəzarət aparatlarının quraşdırılması 4 mərhələdə aparılır. Artıq 1-ci və 2-ci mərhələ 2019-cu ildə başa çatmışdır. 2020-ci ildə 3-cü mərhələ və 2021-ci ildə isə tam olaraq bütün ticarət şəbəkələri nəzarət kassa aparataları ilə təmin ediləcəkdir. Həmin kassa nəzarət aparatlarından keçən dövriyyəyə uyğun olaraq da vergi veriləcəkdir”-deyə İlkin Vəliyev bildirib.

Mənbə: fed.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sədərək

“ƏDV-nin qaytarılması mexanizmi fevralın 1-dən istehlakçılara təqdim ediləcək”

posted in: Vergi, Xəbər | 0

vergilər, Dövriyyələrin şəffaflaşması“Azərbaycanda ƏDV-nin pərakəndə ticarət obyektləri tərəfindən qaytarılması mexanizmi tam olaraq bu ilin fevral ayının 1-dən istehlakçılara təqdim ediləcək”. (ƏDV-nin qaytarılması)

Bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanın Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə texniki şərtlərin təsdiq edilməsi prosesi aparılır.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV-nin qaytarılması

Vakansiya: Böyük Mühasib tələb olunur

Vakansiya Böyük MühasibVakansiya: Böyük Mühasib.

İşəgötürən: Səba Şirkətlər Qrupu.

Əmək haqqı: Razılaşma ilə.
  • Şəhər: Bakı.
  • Yaş: 25 – 45 yaş.
  • Cins: Fərqi yoxdur.
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: CV@saba.az / info@finstaff.az

Vakansiya barədə məlumat

• Mühasibat uçotu,Vergi, DSMF və Statistika ilə bağlı əməliyyatları icra etmək;
• Vergi orqanları tərəfindən göndərilən sorğuları izlənilmək və cavablandırılmaq;
• Debitor və kreditorlarla qarşılıqlı üzləşmələr aparmaq;
• Gündəlik və aylıq hesabatlar tərtib etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək

İş şəraiti:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Namizədə tələblər

• Təhsil: Ali (Maliyyə və İqtisadiyyat üzrə)
• Təcrübə: Minimum 2 il (İstehsalat sektorunda olanlara üstünlük veriləcək)
• Dil: Azəri, İngilis, Rus (sərbəst danışıq)
• Komputer bilikləri: MS Office proqramları , 1C 8.3,
• Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;

Son tarix: 14.02.2020

Müraciət etmək üçün CV-lərinizi CV@saba.az / info@finstaff.az ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Böyük Mühasib