Gəlir vergisi ödəyiciləri üçün daha bir yenilik

posted in: Vergi, Xəbər | 0

gəlir vergisi2020-ci ildən mənfəət və gəlir vergisi ödəyicilərinın hesablarında dəyişikliklər həmin şəxslərin xərclərinin dəqiq rəsmiləşdirilməsi məqsədi daşıyır.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərkən gəlirlərin və xərclərin uçotunun aparılması üçün Vergi Məcəlləsinin 108-ci maddəsinə dəyişiklik olunduğunu bildirib. Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar da aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır.

Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Tutaq ki, gəlir vergisi ödəyicisi olan şəxs həm ticarətlə, həm də icarə fəaliyyət ilə məşğul olur. Ticarət sahibkarlıq fəaliyyətinə aid olsa da, icarə fəaliyyəti qeyri-sahibkarlıq hesab olunur. Bu səbəbdən vergi ödəyicisi qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı nəinki gəlirlərin, hətta xərclərin də uçotunu ayrıca aparacaq.

Xərcin tam olaraq hansı fəaliyyətə uyğun olmasını müəyyənləşdirmək mümkün olmadıqda, gəlirlərin xüsusi çəkisinə diqqət yetirilməlidir. Tutaq ki, gəlir vergisi ödəyicisinin 300 manatlıq xərci var. Buraya həm sahibkarlıq, həm də qeyri-sahibkarlıq fəaliyyətində istifadə olunan xərclər daxildir. Vergi ödəyicisinin illik 40.000 manat gəliri olarsa və onun 25.000 manatı sahibkarlıq fəaliyyətindən formalaşarsa, xərclər bu cür bölüşdürüləcək:

25.000/ 40.000×100=62,50%
300×62,50%=187,50 manat
300-187,50=112,50 manat

187,50 manat sahibkarlıq fəaliyyəti üzrə xərclərə aid ediləcək. Qeyri-sahibkarlıq fəaliyyəti üçün xərclərdə isə 112,50 manat nəzərə alınacaq.

Qeyd edək ki, Vergilər Nazirliyinin Bəyannamələrin və kameral vergi yoxlamalarına nəzarət Baş idarəsinin rəis müavini Elmir Ramazanov bildirib ki, gəlir vergisi bəyannaməsində bir yox, iki sütunun olması nəzərdə tutulur: “Bir sütunda sahibkarlıq, digər sütunda qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirlər öz əksini tapacaq. Eyni yanaşma xərclər bölməsində də tətbiq ediləcək, yəni sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə xərclər təsnifləşdiriləcək”.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gəlir vergisi ödəyiciləri

Biznes Analitik (Təcrübəçi) tələb olunur

Vakansiya Təcrübəçi Biznes AnalitikVakansiya: Biznes Analitik (Təcrübəçi)

İşəgötürən: Mazarina Trade Company.

Tələblər

• Ali təhsil (Riyaziyyat və İqtisadiyyat yönümülü)
• Yaş: 21-25
• MS Excel yüksək səviyyədə ;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• İş təcrübəsi tələb olunmur;

İş şəraiti:

• İş vaxtı: 09:00–dan 18:00 dək;
• İstirahət günləri: Şənbə və Bazar;
• Təcrübə ödənişlidir;
• Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin ediləcək.

Müraciət etmək istəyən namizədlər CV-lərini vacancy@mazarina.az / info@finstaff.az mail ünvanına mövzu hissəsinə “Biznes Analitik (Təcrübəçi)” qeyd edərək göndərə bilərsiniz

Ünvan :

Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8
Yaxınlıqda yerləşən obyektlər:
-Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.
7A,7B,71,11,24,93 nömrəli marşurtla gələ bilərisiniz(Baksol yolu dayanacağı)

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Biznes Analitik Təcrübəçi Vakansiya

Kapital Bank 2019-cu ilin nəticələrini elan edib

posted in: Bank, Xəbər | 0

kapital bankKapital Bank 2019-cu ilin nəticələrini elan edib.


Kapital Bankın aktivləri 1 yanvar 2020-ci il tarixinə 4,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,8 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2020-ci il tarixinə 3,2 milyard manat olub.

Bankın 1 yanvar 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 398 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank

Qeyri-rezidentin vergiyə cəlb olunması haqqında

posted in: sual-cavab, Xəbər | 0

Qeyri-rezidentSual: Qeyri-rezident şəxs yanvar ayında Azərbaycan Respublikasında rezident şirkətə məsləhət xidməti göstərib. Xidmətin göstərilməsi ilə bağlı akt isə fevral ayında tərtib olunub və aktda xidmətin yanvar ayında göstərildiyi qeyd edilib. Bu halda qeyri-rezidentin ƏDV-si hansı ayın bəyannaməsində əks olunmalıdır?

Cavab: Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçibsə, hesablanmış vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Yəni yanvar ayında görülən iş, göstərilən xidmət həmin aya görə təqdim olunmuş ƏDV bəyannaməsində öz əksini tapmalıdır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Qeyri-rezident