Əmək haqqının hesablanması

posted in: Uncategorized | 0

Personalla müntəzəm hesablaşmaların idarəedilməsi istənilən biznesin mühüm tərkib hissəsidir. Axı işin keyifyyətlə görülməsi üçün əməkdaşları həvəsləndirmək lazımdır, əmək haqqının əldə edilməsi isə ən yaxşı stimuldur. Şirkətimizin əməkdaşları istənilən sayda ştatı olan müəssisələr üçün əmək haqqı fondunun hesablamasını aparacaqlar. (Əmək haqqının hesablanması, Əmək haqqı)

Biz, müəssisənizdə tətbiq edilən istənilən növ əlavələri, tutmaları, mükafatları operativ, şəffaf və son dərəcə dəqiq şəkildə hesablaya bilərik. Şirkətimizlə sərfəli şərtlərlə əməkdaşlıq sayəsində siz, Əməyin Ödənişi Fondundan (ƏÖF) vergilərin və ödəmələrin düzgün hesablanmaması nəticəsində müvafiq orqanlara təhrif edilmiş hesabatlar təqdim edən müəssisə sahibkarları üçün nəzərdə tutulmuş cərimələrdən və məsuliyyətdən azad olacaqsınız. Bu zaman hesablamaların mürəkəbbliyi şirkətimiz tərəfindən təqdim edilən xidmətlərin dəyərinin artmasına səbəb olmayacaq. Baza paketinə müəssisənizin təsərrüfat fəaiyyətinin effektiv surətdə aparılması üçün zəruri olan bütün xidmətlər daxildir.

 

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (10-cu hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

10-cu hissə

Məqalənin 9-cu hissəsini buradan oxuya bilərsiniz.

Avstraliyanın şərq sahillərinin az inkişaf etmiş yoxsul tayfalarını və Cənubi Amerikanın xalqlarını götürün. Onlar professor Şerzlin sözlərinə görə, hesablamaq üçün “bir”, “iki” və “üç” sözlərindən başqa say bilmirdilər, digərləri isə “iki” sözü ilə məhdudlaşırdılar, iki və ya üç sayından çox olan sözlərlə ifadə olunduqda isə bu çox mənasını verirdi. Aydındır ki, vəhşilərin bu cür acınacaqlı durumu zamanında hesabdarlıqdan söhbət belə gedə bilməzdi.

S.A. Smetanin

İnsan mədəniyyətinin başlanğıcında barmaqla saymağın rolu artıq ondan görünür ki, demək olar, bütün xalqlarda on sayı hesab sisteminin əsasını qoyub.

Lents

İbtidai insan heyvan səltənətinin ortasında çox ağır bir vəziyyətdə idi. Onun təbii silahı olan, əlləri, ayaqları, dişləri, öz gücünə görə daha yırtıcı və daha böyük heyvanlar qarşısında aciz idi.

K.T. Şeqolkov

Tarix bizlər üçün bu vəhşinin öz qonşusu olan vəhşi ilə ibtidai tipli dəyiş-düyüş sövdələşməsinə qoşulduğu andan başlanır.

V.İ. Levik

İctimai əmək bölgüsünün yaratdığı iqtisadi fəaliyyətin yeni elementi “mübadilə” ifadəsi ilə bir məfhuma birləşən mürəkkəb münasibətlər yaradır. Bir halda ki, əmək bölgüsünün prosesi sürətlə irəli gedir və qeyri-adi sürətlə inkişaf edir.

Q.F. Şerşeneviç

Mübadilə nə qədər sadə və daha asandırsa, iqtisadi həyat daha sürətli inkişaf edir. Sərbəst mübadilə ilə özünüzü yalnız bir təhlükəsiz məşğuliyyətə həsr etmək olar. Peşələrin çoxalması ilə əmək məhsulları kəmiyyətcə artır və keyfiyyətcə yaxşılaşır. Bütün bunlar isə ümumi rifahın yüksəlməsinə gətirib çıxarır.

V.İ. Lixaçev

Mübadilə o zaman yaranır ki, istehlakla istehsal arasında bilavasitə əlaqə dağılır və təsərrüfat nemətləri məşğulluğun bölünməsi nəticəsində bir təsərrüfatdan digərinə keçir, ilkin istehsalçıya qayıtmır, kənar şəxsə, daha çox isə əvvəlcədən məlum olmayan istehlakçıya tərəf istiqamət alır.

Manuilov

İnsanlar arasında ticarət əlaqələrinin başlanğıcı ən qədim zamanlarda yoxa çıxır. Lakin bir qədər sonra da düzgün ticarət yarana bilməzdi.

M. Rotşild

Qədim zamanlarda mövcud olmuş və təbiət və əmək əsərlərinin qarşılıqlı mübadiləsi ilə məhdudlaşan xırda ticarət dövriyyələri çox sadə və sayına görə ilkin olaraq yazılı nişanların olmaması üzündən qeydə alınmırdılar, o səbəbdən əvvəlcə yaddaşla kifayətlənməli olurdular.

İ.Q. Maksimov

Məqalənin 11-ci hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu

Bu xidmət fəaliyyəti zamanı NKA qoyulmalıdır yoxsa Mədaxil qəbzi verilməlidir?

posted in: sual-cavab, Xəbər | 0

NKASual: Özəl kargo və poçt xidməti göstərən şirkət nəzarət-kassa aparatı (NKA) qoymalıdırmı? Qoymalıdırsa bu VM-nin hansı maddəsi ilə tənzimlənir?

Cavab: Bildiririk ki, nəzarət-kassa aparatları Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi nəzərə alınmaqla pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün tələb olunur.

Sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirən şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forması Malliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.8-ci, 16.1.8-ci, 16.1.9-cu maddələri

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
NKA

Vergi təqvimi – 21 yanvar 2020-ci il

posted in: Vergi, vergi təqvimi, Xəbər | 0

Vergi təqvimiGəlir vergisi (Xüsusi notariuslar üzrə): vergi təqvimi

Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübüdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir. Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) hesablanan gəlir vergisi barədə “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi” hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə): İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar.

Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməli və həmin müddətədə vergini dövlət büdcəsinə ödəməlidir.

Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına bəyannamə verilməlidir.

Yol vergisi: Yol vergisi üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Mədən vergisinin ödəyiciləri hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

Sadələşdirilmiş vergi: Sadələşdirilmiş vergi üçün (o cümlədən idman mərc oyunlarının operatorları və satıcılarının bu fəaliyyəti üzrə) hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi (Bina tikintisi fəaliyyəti üzrə): Bu fəliyyəti ilə məşğul olan və sadələşdirilmiş vergitutma metodunu seçmiş şəxslər üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər. Bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Daşınmaz əmlakın təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanına təqdim edilir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi: Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutan ƏDV və sadələşdirilmiş vergi ödəyicilərinin bu ödəmələr üzrə hesabat dövrü vergi ili, digər vergi ödəyicilərinin hesabat dövrü isə rübdür. Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Ödəmə mənbəyində tutulan digər vergilər: ƏDV və sadələşdirilmiş verginin ödəyicilərinin muzdlu işlə əlaqədar aparılan ödəmələri istisna olmaqla, ödəmə mənbəyində tutulan digər vergilər üzrə hesabat dövrü rübdür. Hüquqi şəxslər və fərdi sahibkarlar qeyri-dövlət pensiyaları və ödəmə mənbəyində vergiyə cəlb olunmalı olan digər ödəmələri verərkən bu gəlirlərdən vergini tutmalı, tutulmuş məbləği gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və həmin müddətdə də bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi: Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə aparılan ödəmələrdən ödəmə mənbəyində tutulan verginin hesabat dövrü rübdür. Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli və gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Dövlət rüsumu: Dövlər rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatları vergi orqanına təqdim etməlidirlər.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi təqvimi  vergi təqvimi vergi təqvimi  vergi təqvimi 
vergi təqvimi
vergi təqvimi