Bu ilin aprelinədək Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanacaq

posted in: Xəbər | 0

“Yaxın iki ay ərzində Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək startap şəhadətnamələri-nin verilməsinə başlanacaq”.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən hazırda bununla bağlı təkliflərə baxılır və hökumətin müvafiq rəyi verəcəyi gözlənilir ki, sənəd qüvvəyə minsin.

Qeyd edək ki, startap şəhadətnamələr KOBİA tərəfindən verəcək. Şəhadətnamələrin verilməsinə tələb olunan əsas meyarlar artıq açıqlanıb. Əsas meyarlar sırasına startapların yeni texnologiyalara əsaslanan istehsal sahəsinin mövcudluğu, mikro və kiçik sahibkar subyekti olması, həmçinin müəyyən reyestrdən keçməsi zəruridir.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Startap şəhadətnamələri

İdxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

kənd təsərrüfatı səyyar satışSual: Bilmək istəyirdim ki. Vergi Məcələsinin 16.1.8.2-ci maddəsi idxal olunmuş kənd təsərrüfatı məhsulların bazarlarda səyyar satışına şamil edilirmi? səyyar satış

Cavab: Bildiririk ki, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməli olmayan fəaliyyət növlərinə aid edilmiş və belə fəaliyyətlə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalarını forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.

Qeyd olunan maddədə məhsulların yerli istehsal və ya idxal olunmuş məhsul olması şərtləndirilmir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kənd təsərrüfatı səyyar satış

Vergi ödəyicisinin dövriyyəsi barədə arayışın verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

vergi ödəyicisiXidmətin adı: Vergi ödəyicisinin dövriyyəsi barədə arayışın verilməsi vergi ödəyicisi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

VM-nin 15 və 24-cü maddələri – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin bəyannamələrin yoxlanılması və uçotun təşkili strukturları, MGDnin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri/şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

Vergi ödəyicisinin dövriyyəsi barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi ödəyicisi

Xaricdən alınan xidmətdən imtina olunduqda bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılmalıdır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

ƏDV məbləği EDVSual: Əgər xaricdən-internet üzərindən xidmət alıramsa, bu da ƏDV-yə cəlb olunursa, sonradan həmin xidmətdən imtina olunursa və ödənilmiş məbləğ tamamilə geri qaytarılırsa, məndən əvvəldə tutulan ƏDV-də geri qayıdır? EDV ƏDV məbləği

Cavab: Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə Əlavə Dəyər Vergisi hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş Əlavə Dəyər Vergisi məbləği geri qaytarılır. Əlavə Dəyər Vergisi məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV məbləği EDV