Ödəmənin aparıldığı vaxt

posted in: Vergi, Xəbər | 0

ödəməVergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Vergi ödəyiciləri hesablaşmalar zamanı əsas məbləğin və ya əlavə dəyər vergisinin (ƏDV) məbləğinin ödəniş tarixinin əsas götürülməli olduğunu aydınlaşdırmağa çalışıblar. Məsələyə Vergilər Nazirliyindən münasibət bildirilib. (ödəmə)

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır. Ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Xatırladırıq ki, 2020-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsində ödəmə dedikdə, vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması, Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə malların (işlərin, xidmətlərin) əsas məbləğinin (ƏDV-siz dəyərinin) həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına avans qaydasında ödənilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, belə məqamlarda Vergi Məcəlləsinin 166.1-ci, 166.5-ci və 166.7-ci maddələri, eləcə də Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu əsas götürülür.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ödəmə

Azərbaycanda maliyyə fəaliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı artıb

posted in: Maliyyə, Xəbər | 0

fərdi sahibkarlar, maliyyə fəaliyyətiAzərbaycanda maliyyə fəaliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı illik 38% artaraq cari il yanvarın 1-nə 2517 nəfərə çatıb. (fərdi sahibkarlar)

Bu da ölkə üzrə cəmi sahibkarların 0,3%-i deməkdir. Maliyyə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların 77%-ni kişilər təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 914 mini keçib. Rəsmi statistikaya əsasən hesabat dövründə hər doqquz fərdi sahibkardan yeddisi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
fərdi sahibkarlar, maliyyə fəaliyyəti

Qısaldılmış iş vaxtı hansı hallarda tətbiq olunur?

posted in: Xəbər | 0

Qısaldılmış iş vaxtıAltıgünlük iş həftəsində iş vaxtlarının 36 saat və 24 saat bölünməsinin bir səbəbi də qısaldılmış iş vaxtında bəzi işçilər üçün maksimum bu müddətin müəyyən olunmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. (Qısaldılmış iş vaxtı)

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Maddədən göründüyü kimi, qısaldılmış iş vaxtının müəyyən olunmasında müəyyən kateqoriyalı işçilər var ki, onlar üçün mütləq olaraq qısaldılmış iş vaxtı müəyyən edilməlidir. Həmin işçilər üçün qısaldılmış iş vaxtında maksimum iş saatı aşağıdakı kimi müəyyən edilir:

  • həftəlik iş saatı 24 saatdan çox olmayanlar: 16 yaşınadək işçilər;
  • həftəlik iş saatı 36 saatdan çox olmayanlar: 1-ci, 2-ci qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər.

Misal 1. Həftəlik 40 saatlıq iş rejimi olan işçi işəgötürənə müvafiq tibb məntəqəsindən hamilə olması haqqında arayış təqdim edir. İşəgötürənin əmri əsasında arayışın təqdim edildiyi tarixdən işçinin həftəlik iş saatı 36 saata endirilməlidir.

Misal 2. Həftəlik 40 saatlıq iş rejimi ilə işləyən işəgötürən 2-ci qrup əlili işə qəbul edir. Artıq işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsinə görə işçinin həftəlik iş saatı 36 saatdan artıq olmamalıdır.

Misal 3. Analıq məzuniyyətindən işə qayıdan işçi üçün həftəlik 36 saatdan artıq olmayan iş rejimi uşağın bir il altı ayı tamam olandan sonra bitir. İşəgötürən işçinin yenidən həftəlik 40 saatlıq iş rejiminə qayıtması haqqında əmr verir. Amma burada bir məqama diqqət yetirmək lazımdır: əgər işçi uşağını təkbaşına böyüdərsə, o zaman işəgötürən belə əmr verə bilməz. Bu halda işəgötürən yalnız uşağın üç yaşı tamam olduqdan sonra işçini həftədə 40 saatlıq iş rejiminə qaytara bilər.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Qısaldılmış iş vaxtı

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

posted in: Maliyyə, Xəbər | 0

maliyyə şöbəsi, maliyyə nazirliyi, QHT,Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər. (Maliyyə Nazirliyi, QHT)

Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qurum bəyan edib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat;

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər;

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.

“Göstərilənləri nəzərə alaraq, www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.

Əlavə məlumat üçün telefon nömrəsi: (012): 404 46 99, daxili 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova”, – deyə nazirlik bəyan edib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Maliyyə Nazirliyi, QHT