Hüquqların güzəşt edilməsi

posted in: Vergi, Xəbər | 0

hüquqların güzəşt edilməsiVergilər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilib ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: hüquqların güzəşt edilməsi

  • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;
  • məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
  • işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;
  • daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);
  • müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi;
  • telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması);
  • radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;
  • kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi. Yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi;
  • elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi. Habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsi.

Bəs Məcəllədə qeyd edilən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların güzəşt edilməsi dedikdə nə nəzərdə tutulur? Vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir:

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən, bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Qeyd olunanlara əsasən, patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqlar üzrə istifadə hüququnun verildiyi şəxslərin yerləşdiyi və ya qeydiyyatda olduğu və təsis edildiyi yerdə ƏDV-nin məqsədləri üçün xidmət yeri hesab edilir.

Mülki Məcəllənin 193-cü maddəsinin müddəalarına əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
hüquqların güzəşt edilməsi

Azərbaycanda ƏDV ödəyicilərinin Məlumat Forması təqdim etmək üçün 4 gün vaxtı qalıb

posted in: Vergi, Xəbər | 0

Apelyasiya ŞurasıAzərbaycanda ƏDV ödəyicilərinin Məlumat Forması təqdim etmək üçün 5 gün vaxtı qalıb ƏDV ödəyiciləri

“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, Azərbaycandakı əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri 1 yanvar 2020-ci il tarixinə yaranmış debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib etməli və bu ayın sonuna qədər vergi orqanına təqdim etməlidirlər.

Bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Rəhimov məlumat verib.

Onun sözlərinə görə, formanın təqdim edilməsində məqsəd ƏDV-yə cəlb olunan əmaliyyatın vaxtı ile bağlı Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliyin nəzərə alınması, aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etməklə 1 yanvar 2020-ci il tarixdən əvvəlki dövrlərdə hesablanmış vergilərin təkrar hesablanmasının qarşısını almaqdır. Formanı həm də yanvarın 1-ə qədər ƏDV ödəyicisi olmuş, bu ilin yanvarından isə qeydiyyatdan çıxmış ödəyicilər də təqdim etməlidir. Yanvarın 1-dən sonra qeydiyyata alınmış ƏDV ödəyiciləri üçün Məlumat Formasının təqdim edilməsi nəzərdə tutulmayıb.

Məlumat Forması kağız və ya elektron formada tərtib olunaraq vergi orqanına təqdim edilir. Kağız formasında tərtib edilən Məlumat Forması vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir. Vergi ödəyiciləri Məlumat Formasını elektron qaydada təqdim etmək üçün İnternet Vergi Idarəsi portalında yeni istifadəyə verilmiş elektron xidmətdən istifadə edə bilərlər. Bu məqsədlə Internet Vergi Idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsində yeni ərizə forması istifadəyə verilib. Vergi ödəyiciləri vaxtlarına qənaət edərək gücləndirilmiş (ASAN) imzadan istifadə etməklə Məlumat Formasını elektron qaydada vergi orqanına təqdim edə bilər. Lakin aparılmış monitorinqlər gösterir ki, vergi ödəyiciləri tərəfindən qeyd olunan Məlumat Formasının təqdim edilmə vəziyyəti qənəatbəxş deyildir.

Həmçinin Məlumat Formalarının göndərilməsi zamanı tələb olunan qaydalara riayət olunmur. Müvafiq forma təqdim edilmədikdə (və ya heç bir göstərici olmadan təqdim edildikdə) vergi ödəyicisinin 1 yanvar 2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur. ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyatın vaxtı ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərlə yanaşı, Vergi Məcəlləsinə əlavə edilmiş yeni məzmunlu 76.1-1-ci maddənin tələblərinə əsasən, vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar baradə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir.

Bu zaman daxil olan vəsaitin əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından, qeyd olunan hal vergilərin yenidən (təkrar) hesablanması ile nəticəlanə bilər. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklər nəzərə alınmaqla ƏDV bəyannaməsinin təsdiq olunmuş yeni formada debitor borcların hərəkəti ile bağlı ayrıca hissə nəzərdə tutulduğundan debitor borcların 1 yanvar 2020-ci il tarixə qalığı müəyyən edilərək bayannamadə əks olunmalıdır.

“Vergilər Nazirliyi bir daha xatırladır ki, daxil olacaq vəsaitin 1 yanvar 2020-ci il tarixindən əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanının müəyyən etməsində çətinliklər yaşanacağından, vergilərin yenidən (təkrar) hesablanmasının qarşısının alınması, əlavə inzibati yük və maliyyə riskinə məruz qalmamaları üçün vergi ödəyiciləri Məlumat Formasını 31 yanvar 2020-ci il tarixin qədər təqdim etməlidirlər”, – deyə nazirlik rəsmisi qeyd edib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Məlumat Forması ƏDV ödəyiciləri ƏDV ödəyiciləri ƏDV ödəyiciləri

Vergilər Nazirliyinin Apelyasiya Şurasında ötən il 108 şikayətə baxılıb

posted in: Vergi, Xəbər | 0

Apelyasiya Şurası2019-cu ildə Vergilər Nazirliyinin Apelyasiya Şurasında, ümumilikdə, 108 şikayətə baxılıb. Bunlardan 10-u səyyar vergi yoxlamaları, 48-i kameral vergi yoxlamaları, 17-si operativ vergi nəzarəti tədbirləri, 29-u vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi, 4-ü isə digər məsələlərlə bağlı olub. Apelyasiya Şurası

Daxil olmuş şikayətlərdən 48 vergi ödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb. Belə ki, həmin şikayətlərdən 29-u tam, 2-si qismən təmin edilib, 17 vergi ödəyicisinin şikayəti isə təmin olunmayıb.

Şikayətlərdən 60-na onun predmeti üzrə məhkəməyə müraciət edilməsi və ya şikayətin məhkəmədə icraatda olması, yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması, şikayətin verilmə müddətinin buraxılması, şikayətin geri götürülməsi və şikayətə baxılması Apelyasiya Şurasının predmeti olmaması səbəbindən mahiyyəti üzrə baxılmayıb.

2019-cu ildə Şura tərəfindən baxılmış 3 şikayət üzrə qərardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına təkrar şikayətlər verilib. Lakin sözügedən instansiya tərəfindən çıxarılmış qərarlar ilə Şuranın gəldiyi nəticə əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılıb.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl olunması, həmçinin vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Şuranın qərarlarının Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilməsi təmin edilib.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Apelyasiya Şurası

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (11-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

11-ci hissə

Məqalənin 10-cu hissəsini buradan oxuya bilərsiniz.

Mühasibatın başlanğıcı qədim dövrlərdə gizlənir ki, bu da insanlar təbiət və əmək əsərlərini qarşılıqlı surətdə bölüşməyə başlayanda, bu mübadilə hər hansı bir növ ümumi dəyiş-düyüş alətinə ehtiyac duyduqda və sonra öz mülkiyyətində və digər şəxslərin mülkiyyətində olan əmlakın dəyərini müəyyən etmək imkanı yarandıqda, mühasibat uçotunun prototipi olan hər hansı qeydlərin tətbiq edilməsi fikri öz-özlüyündə yaranmalı idi.

E.Q. Valdenberq

Hesabdarlığın qədimliyinə əmin olmaqdan ötrü insanı yaşamaq üçün amansız mübarizə aparan ibtidai vəziyyətdə təsəvvür etmək kifayətdir. Biz onu ehtiyac üzündən gizləndiyi yerdən çıxıb ovçuluğa, balıq ovuna, meşələrdən, sudan və düzənliklərdən aclığını və susuzluğunu yatıra biləcək hər şeyi çıxarmağa vadar olduğunu görürük. O, öz mağarasına əldə edə bildiyi ovu gətirir, həmin qida qurtarana kimi istirahət edir və ehtiyac onu yeni istehlak məhsulları gətirməyə vadar etdikdə bayıra çıxır. Hələ ki, o bu cür mövcud olmaqda davam edir, çünki vəhşi insan hələ hesablamağa lüzum görmür. Onun həyatı əsl vəhşi həyatıdır. O, hətta ailəyə də malik deyil, vəhşi heyvanlar kimi özündən doğulan uşaqları da çölə qovur ki, onlar öz qayğılarına elə özləri qalsınlar. Belə bir vəziyyət həmin vəhşi özünə oxşayanlardan birinin daha yaxşı ov etdiyini və ya bir sıra alətləri düzəldə bilənə kimi davam edir. Çünki həmin vəhşi özü də onun kimi olmaq istəyir. Həmin şeylərin mənimsənilməsi üçün qarşıda iki üsul durur:

  • Ya onu zorla almaq və ya da razılıq əsasında əldə etmək.

Bu üsullardan biri barədə seçim edərkən, xüsusilə də özünün daha zəif olduğunu anladıqda, onun ağlına dəyiş-düyüş etməklə bağlı fikir gəlir. Dəyişdirmə ərəfəsində isə ağlında daha bir fikir də formalaşır: ov zamanı əldə etdiklərinin bir hissəsini dəyişdirmək, qalanını isə başqa şeylərə dəyişdirmək üçün saxlamaq.  Bu zaman o, əvvəlcə nə əldə etmək istədiyi üzərində hesablama aparır. O, gözü ilə dəyişdirmək üçün nə verəcəyini müəyyənləşdirir. Və bu zaman danışıqlara gedir. Təbii ki, ilkin müzakirəsiz, əlbəttə, o, ola bilsin ki, əldə etmək istədiyi şeyin əvəzində az şey təklif etmək istəyir, yəni, öz əməyinin məhsulunun bir növ qeydinə qalır. Ama, qarşıdakı da eyni cür hesablama aparır. Nəhayət sülh yolu ilə dəyişdiriləcək əşyaların sayı barədə razılığa gəlirlər. Hər biri şərtləşdikləri sayda dəyiş-düyüşə gedirlər.  Beləliklə, insan tərəfindən həyata keçirilən ilk hesab peyda olub.

E. Leote

Aydındır ki, mübadilə edilən əşyaların dəyəri o dövrün adamlarında tamahkarlıq olmadığını nəzərə alsaq, yalnız onların hasilatına və ya əldə edilməsinə sərf olunan tarixdən əvvəlki əməyin təxmini məbləği ola bilərdi.

E.Q. Valdenberq

İnsanlar artıq çoxdan uçotun zərurətini başa düşüblər, amma, onu necə nəzərə alınacağını tam başa düşmürlər.

Q. Emerson

Uçot bir şeyin qurulmasıdır, onun kəmiyyət və keyfiyyətli tərəfi ilə ölçülməsidir. Kəmiyyət ədədlərlə ifadə olunur, keyfiyyət isə qavrayışla ifadə olunur.

M.E. Vasilenko

“Mühasibat uçotu” elmi təsərrüfat faktlarının cari qeydiyyatının, dəyər ölçməsinin, hesab və balans ümumiləşdirməsinin prinsiplərini, qaydalarını, nəzəriyyələrini və konsepsiyalarını işləyib hazırlayır.

V.D. Novodvorskiy

Məqalənin 12-ci hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu Mühasibatlığın rolu Mühasibatlığın rolu Mühasibatlığın rolu