Əmtəəsiz əməliyyatlar və riskli vergi ödəyicisi

posted in: Vergi, Xəbər | 0

əmtəəsiz əməliyyatlar riskli vergi ödəyicisi2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışları gətirilib. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Məcəllənin 13.2.82-ci maddəsində qeyd edilib ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

Məcəllənin 50.2-ci maddəsinə əsasən, sahibkarın riskli vergi ödəyicisi olması operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas verir. Sənəddə əmtəəsiz əməliyyatlar aparan və riskli vergi ödəyicisi kimi tanınan şəxslərlə bağlı digər qaydalar da müəyyən edilib.

“Əmtəəsiz əməliyyatlar” zamanı faktiki heç bir mal, iş, xidmət təqdim olunmur, hər şey kağız üzərində mövcud olur, ancaq haqsız yerə, qanunsuz mənfəət əldə olunur:
Misal 1. Tikinti materiallarının satışı ilə məşğul olan “A” MMC hər biri 100 manatdan olmaqla, 200 ədəd tikinti məhsulunun alınması məqsədilə “B” MMC ilə 20.000 manatlıq müqavilə bağlayıb. Vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, “B” MMC tərəfindən malların təqdim olunması prosesi həyata keçirilməyib. Bu, artıq əmtəəsiz əməliyyat hesab olunacaq.
Misal 2. İctimai iaşə fəaliyyəti ilə məşğul olan restoran vergi ödəyicisi olmayan şəxslə 150 kq kartof və 50 kq ətin alınması məqsədilə 1000 manatlıq müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, “Malların alış aktı” ilə rəsmiləşdirilən alqı-satqı prosesində malların təqdim olunması faktiki olaraq həyata keçirilməyib. Əməliyyatın bu cür rəsmiləşdirilməsi artıq əmtəəsiz əməliyyat hesab edilir.

Misal 3. Satış sahəsində fəaliyyət göstərən “A” MMC reklam xidmətinin göstərilməsi üçün “B” MMC ilə 30 000 manatlıq xidmət müqaviləsi imzalayır. Müqavilənin şərtlərinə əsasən, “B” MMC reklamlar hazırlayaraq bilbordlarda yerləşdirəcək. Vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, “B” MMC faktiki olaraq bu xidməti göstərməyib. Bu tip xidmət göstərilməsi də əmtəəsiz əməliyyat hesab ediləcək.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmtəəsiz əməliyyatlar riskli vergi ödəyicisi

Müəssisələrin gəlirdən çıxılan xərclərinin müəyyənləşdirilməsi

posted in: Vergi, Xəbər | 0

İstehsal fəaliyyəti ilə məşğul olan müəssisə vergiyə cəlb olunan əməliyyatlarla yanaşı, vergidən azad edilmiş kənd təsərrüfatı məhsullarının istehsalı ilə də məşğul olur. Bu zaman hər iki fəaliyyət üzrə çəkdiyimiz xərclərin gəlirdən çıxılan xərclərə hansı formada aid edilməsini müəyyənləşdirmək mümkün olmur. Belə olan halda gəlir və xərcin uçotu hansı formada aparılmalıdır? gəlirdən çıxılan xərclər

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar da aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən olunur.
Əsas: Vergi Məcəlləsi, 108-ci maddə.

Misal:
Ümumi gəlir = 10000 manat;
Vergiyə cəlb olunan gəlir = 6000 manat;
Vergidən azad olunan gəlir = 4000 manat;
Bölüşdürülməsi mümkün olmayan xərclər = 2000 manat.
Vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi 60 faiz (6000/10.000×100%) təşkil edir.
Bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği = 1200 manat (2000×60%)

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gəlirdən çıxılan xərclər

Vergilər Nazirliyinin Apelyasiya Şurasında ötən il baxılan şikayət sayı açıqlanıb

posted in: Vergi, Xəbər | 0

Apelyasiya Şurası2019-cu ildə Vergilər Nazirliyinin Apelyasiya Şurasında, ümumilikdə, 108 şikayətə baxılıb. Bunlardan 10-u səyyar vergi yoxlamaları, 48-i kameral vergi yoxlamaları, 17-si operativ vergi nəzarəti tədbirləri, 29-u vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi, 4-ü isə digər məsələlərlə bağlı olub. (Apelyasiya Şurası)

Daxil olmuş şikayətlərdən 48 vergi ödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb. Belə ki, həmin şikayətlərdən 29-u tam, 2-si qismən təmin edilib, 17 vergi ödəyicisinin şikayəti isə təmin olunmayıb.

Şikayətlərdən 60-na onun predmeti üzrə məhkəməyə müraciət edilməsi və ya şikayətin məhkəmədə icraatda olması, yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması, şikayətin verilmə müddətinin buraxılması, şikayətin geri götürülməsi və şikayətə baxılması Apelyasiya Şurasının predmeti olmaması səbəbindən mahiyyəti üzrə baxılmayıb.

2019-cu ildə Şura tərəfindən baxılmış 3 şikayət üzrə qərardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına təkrar şikayətlər verilib. Lakin sözügedən instansiya tərəfindən çıxarılmış qərarlar ilə Şuranın gəldiyi nəticə əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılıb.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl olunması, həmçinin vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Şuranın qərarlarının Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilməsi təmin edilib.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Apelyasiya Şurası

2019-cu ildə vergi hüquqpozmalarına qarşı aparılmış mübarizə tədbirləri və onların nəticələri açıqlanıb

posted in: Xəbər | 0

hüquqpozmaları2019-cu il ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, aksizsiz məhsulları satmaq və satış məqsədilə saxlamaq, idxal etmək, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı, saxta aksiz markalarını hazırlamaq, əldə etmək, saxlamaq, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalamaq, saxlamaq və ya satmaq faktları üzrə ümumilikdə 320 cinayət işi başlanılıb. hüquqpozmaları

Hesabat dövründə əvvəlki ildən qalıq qalmış işlər də nəzərə alınmaqla, cəmi 293 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 167-nin icraatına xitam verilib, 149 nəfər barəsində 126 cinayət işi məhkəməyə göndərilib.

İcraatına xitam verilən 167 cinayət işindən 82 iş üzrə vergi ödəyiciləri yayındırılmış vergiləri ibtidai istintaq zamanı tamamilə ödəyiblər. 2019-cu il ərzində 22 milyon 999,2 min manat məbləğində ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Həmçinin, vergi borcu üzrə cinayət tərkibi yaradan və yerli vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 28,8 milyon manat vəsait ödənilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 21 nəfər tutularaq təhvil verilib. 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, ibtidai istintaqdan yayınan 355 nəfər dindirilməsi üçün məcburi qaydada gətirilib. 1260 şəxsin tapılaraq istintaqa gətirilməsi təmin edilib.

Hesabat dövründə müxtəlif sahələr üzrə fəaliyyət göstərən 374 vergi ödəyicisində 556 vergi nəzarəti tədbirləri həyata keçirilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində 43 vergi ödəyicisinə məxsus obyektlərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi, 33 şəxsin vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, 178 vergi ödəyicisinin 2.296 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar olunub.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
hüquqpozmaları