Əmlak bağışlanan fiziki şəxsin vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

vergi öhdəliyiVergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab edilir. Bəs hüquqi şəxsin mülkiyyətində olan yaşayış sahəsini vergi qeydiyyatında olmayan fiziki şəxsə bağışlaması zamanı həmin şəxsin hansı vergi öhdəlikləri yaranır? Buna görə fiziki şəxs vergi uçotuna durmalıdırmı? vergi öhdəliyi

Vergilər Nazirliyindən bildirilib ki, balansında olan daşınmaz əmlakın digər şəxsə bağışlanması hüquqi şəxs tərəfindən aktivlərin təqdim edilməsi sayılır. Daşınmaz əmlakın təqdim edilməsi zamanı (Vergi Məcəlləsinin 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) yaranan verginin məbləği Vergi Məcəlləsinin 220.8.1-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanır və qeyri-yaşayış sahəsinin təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. Və həmin daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər hüquqi şəxsin mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərinə aid edilmir.

Eyni zamanda, aparılmış əməliyyatlar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləğləri təqdimetmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Bununla belə, həmin əmlakı əvəzsiz əsasla alan fiziki şəxsin belə gəliri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə onun 1.000 manatdan yuxarı olan hissəsi Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilir və qeyd olunan şəxs vergi orqanında uçota alınmaqla qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəməli və hesabat təqdim etməlidir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi  öhdəliyi

İdxal olunmuş kənd təsərrüfatı məhsulların bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?

posted in: sual-cavab, Xəbər | 0

kənd təsərrüfatı səyyar satışSual: Bilmək istəyirdim ki.Vergi Məcələsinin 16.1.8.2-ci maddəsi idxal olunmuş kənd təsərrüfatı məhsulların bazarlarda səyyar satışına şamil edilirmi?

Cavab: Bildiririk ki,  kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməli olmayan fəaliyyət növlərinə aid edilmiş və belə fəaliyyətlə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalarını forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.

Qeyd olunan maddədə məhsulların yerli istehsal və ya idxal olunmuş məhsul olması şərtləndirilmir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kənd təsərrüfatı səyyar satış

Kapital Bank növbəti dəfə Milli KSM mükafatına layiq görülüb

posted in: Bank, Xəbər | 0

Kapital Bank Azərbaycanda ikinci ildir keçirilən Milli KSM – 2019 layihəsi çərçivəsində mükafata layiq görülüb. Bu dəfə Kapital Bank-ın 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim etdiyi “İtirdiyimiz Qızlar” layihəsi qalib olub. Tədbir bir sıra dövlət və özəl qurumlarının təşkilatçılığı ilə keçirilib.

Layihə çərçivəsində Kapital Bank, BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Bununla bağlı sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanılıb.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan bütün layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd əsas götürülərək Komissiya tərəfindən qiymətləndirilib. Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyinin birgə təşkil etdiyi müsabiqədə layihələr İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, ABAD Publik Hüquqi Şəxs, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Təşkilatları Milli Şurası, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəsmiləri tərəfindən kriteriyalara müvafiq dəyərləndirilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank Milli KSM

Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə arayışın verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Vergi ödəyicisinin ƏDV qeydiyyatıXidmətin adı: Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə arayışın verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 15 və 24-cü maddələri – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 iş günü –

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi ödəyicisinin ƏDV qeydiyyatı