Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib

posted in: Bank, Xəbər | 0

Azərbaycan Mərkəzi BankıAzərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,50%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib. Azərbaycan Mərkəzi Bankı

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Faiz dəhlizinin parametrlərini aşağı və yuxarı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib.

Qərar bu gündən etibarən qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl 13 dekabr 2019-cu il tarixində AMB uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75%-dən 7,50%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib (9,25% və 5,75%).

Xatırladaq ki, Mәrkәzi Bankda 2019-cu ildә faiz dәhlizinin parametrlәri 8 dәfә müzakirә edilib vә uçot dәrәcәsinin mәrhәlәlәrlә 9,75%-dәn 7,5%-ә endirilmәsi barәdә qәrar qәbul edilib. Ümumilikdә, 2018-ci ilin әvvәlindәn bәri uçot dәrәcәsi 2 dәfә azaldılıb.

Qeyd edək ki, bu il ərzində faiz dәhlizinin parametrlәrinә dair növbəti qәrarlar 19 mart, 1 may, 19 iyun, 30 iyul, 18 sentyabr, 30 oktyabr, 18 dekabr tarixlərində ictimaiyyətə təqdim ediləcək.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Azərbaycan Mərkəzi Bankı

Vergi ödəyicisinin ödədiyi vergilər barədə arayışın verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Vergi ödəyicisinin fəaliyyət növüXidmətin adı: Vergi ödəyicisinin ödədiyi vergilər barədə arayışın verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 15 və 24-cü maddələri – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin bəyannamələrin yoxlanılması və uçotun təşkili strukturları, MGDnin Könüllü vergi əməletməsinin təhlili və daxilolmaların uçotu idarəsi, BŞLGD-nin, BŞKSİD-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsi, ƏVD-nin və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Vergi ödəyicisinin hesabladığı və ödədiyi vergilər barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər

Vergi təqvimi – 31 yanvar 2020-ci il

posted in: Vergi, vergi təqvimi, Xəbər | 0

vergi təqvimiMuzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi. vergi təqvimi


Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutan ƏDV və sadələşdirilmiş vergi ödəyicilərinin bu ödəmələr üzrə hesabat dövrü vergi ili, digər vergi ödəyicilərinin hesabat dövrü isə rübdür. Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi təqvimi

Əmlakınızı Kapital Bank-da sığortalayın!

posted in: Bank, Xəbər | 0

əmlak, Kapital BankDaima müştərilərinin rahatlığını düşünən Kapital Bank daha bir yenilik təqdim etdi. Artıq PAŞA Sığorta tərəfindən təqdim olunan Daşınmaz Əmlakın İcbari Sığortasını Kapital Bank-da həyata keçirmək mümkündür. Odur ki, müştərilər öz mülklərini bədbəxt hadisələrdən sığortalamaq üçün bankın Bakıdakı filiallarına müraciət edə bilərlər. əmlak

Daşınmaz əmlakın icbari sığortası əmlakın daşqın, yanğın, sel, zəlzələ, yer sürüşməsi, yanğın, ildırım düşməsi və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Sığorta müddəti 1 il olmaqla yaşayış evləri və mənzillərin icbari sığortası üzrə təminat məbləği 25 000 AZN (25 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır) təşkil edir. Sığorta haqqı Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 50 AZN-dir. Xidmət barədə ətraflı məlumat əldə etmək üçün: www.kapitalbank.az/emlaksigorta.

Qeyd edək ki, Daşınmaz Əmlakın İcbari sığorta haqqını BirKart-la 2 və ya 3 aya faizsiz taksitlə də həyata keçirmək olar. BirKart Cashback və BirKart Miles kartı sahibləri müvafiq olaraq birdəfəlik ödənişlər zamanı xərclərinin 4%-ni cashback olaraq balanslarına geri ala və istənilən aviabiletə dəyişilməsi mümkün olan əlavə millər qazanacaqlar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmlak, Kapital Bank