Mülkiyyətindəki kənd təsərrüfatı torpaqlarını istifadə edən fiziki şəxslərin Sosial Sığorta haqqı necə hesablanır?

posted in: sual-cavab, Xəbər | 0

sosial sığorta haqqıSual: Mən kənd təsərrüfatına yararlı pay torpağı mülkiyyətçisiyəm. Ailəm 4 nəfərdən ibarətdir və müvafiq olaraq 4 nəfərin payına görə sosial sığorta ödənişi hər bir ailə üzvünə ayrı ayrılıqda minimum əmək haqqının 6 faizini dövlət sosial müdafiə fonduna köçürməliyəm. Faktiki olaraq mən pay torpağında buğda əkirəm. Buğdanı dekabrda əkirəm biçimədək heç bir iş görmürəm yəni ki, fəaliyyət göstərmirəm. İyun ayında buğdanı biçirəm. Belə olduqda mən sosial sığorta ödənişini hansı aylar üçün ödəməliyəm? Qeyd edim ki heç bir yerdə işləmirəm. Biçimdən sonra buğdanı satıb gəlir əldə edə bilərəm. sosial sığorta haqqı

Cavab: Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.

Müraciətinizdə qeyd olunanlara əsasən, torpaq sahəsindən istifadə olunduğu üçün yuxarıda qeyd olunan qaydada  sosial sığorta haqqı hesablanmalı və ödənilməlidir.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sosial sığorta haqqı

Turizm şirkətlərinə vergi güzəşti hansı şərtlərlə verilir?

posted in: Turizm, Vergi, Xəbər | 0

Turizm şirkətlərinə vergi güzəşti hansı şərtlərlə verilir?

Neft şirkətlərinə xidmət göstərən turizm şirkətlərinin bir qismi 2019-cu ildən tətbiq edilən vergi güzəştlərindən yararlanır.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov sahibkarlarla görüşdə bildirib ki, neft şirkətlərinə və onların strukturunda fəaliyyət göstərən müəssisələrə xidmət göstərən müəssisələr, hüquqi şəxslər və ya fərdi sahibkarlar subpodratçı statusu daşıyırlar. Ona görə də turagentlərin göstərdiyi xidmətlər fərqlənir:

– “Turagentlərin neft sektorunda fəaliyyət göstərən müəssisələrə biletlərin və turpaketlərin satışının həyata keçirilməsi zamanı turagentlərdə çalışan işçilərin əməkhaqqından vergilərin güzəştli dərəcələrlə tutulması qaldırılan məsələlərdən biri idi.

Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” təsdiq edilib.

Həmin qərarda göstərilib ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələrə, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılara və əməliyyat şirkətlərinə göstərilən xidmətlər üzrə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə, xidmət göstərən şəxs neft sektoruna aid edilir”.

N.İmanovun sözlərinə görə, turagentlər neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə aviabilet və turpaketlərin satışını agent qaydasında həyata keçirdiklərindən, turagentlər neft sektorunda fəaliyyət göstərən şəxslərə xidmət göstərmiş hesab edilmirlər. Bu halda turagentlər öz xidmətlərini komitentə göstərmiş hesab edilirlər. Bu səbəbdən, turagentlər tərəfindən çalışan işçilərə ödənilən muzdlu işdən gəlirlərdən Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə uyğun olaraq güzəştli dərəcələrlə vergi hesablanır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
turizm vergi güzəşti

İşsizlik müavinəti hansı hallarda və hansı meyarlarla verilir?

posted in: Vergi, Xəbər | 0

Dövlət Əmək MüfəttişliyiÖlkəmizdə işsizliyin aradan qaldırılması sahəsində çoxlu məşğulluq tədbirləri görülür. Lakin bununla yanaşı, işsizlikdən əziyyət çəkən, peşə və ixtisasına uyğun iş tapa bilməyənlər də var. Dövlət Statistika Komitəsinin bu il yanvarın 1-nə olan məlumatına görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış 81,3 min nəfər işsiz var. Onlara ödənilən müavinət və işsizliyə görə sığorta ödənişi ilə əlaqədar sualları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev cavablandırıb. ( İşsizlik müavinəti)

– Cəmaləddin müəllim, İşsizlik müavinəti hansı hallarda və hansı meyarlarla verilir?

– “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq iş yerlərinin ləğvi və ya ixtisarı zamanı işsizlikdən sığorta ödənişi verilir. İşsizlikdən sığorta ödənişi almaq üçün vətəndaşın ən azı üç il sığorta stajı olmalıdır və son 24 ayın 12 ayından çox işləyən vətəndaşlar müavinəti “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq müvafiq hissələrlə ala bilərlər. Həmin vətəndaş 3 ildən 5 ilədək sığorta olduqda orta aylıq əməkhaqqının 50, 5 ildən 10 ilə sığorta olduqda 55, həmin müddətdən çox olduqda isə 60 faizini ala bilər.

– Sığorta ödənişi nə deməkdir?

– Vətəndaşın işlədiyi dövrdə ən azı 3 il əmək stajı olmalıdır və həmin şərt ödənildikdə sığorta ödənişi baş vermiş olur. İşlədiyi 24 ayın 12 ayından çox işləmiş olduqda, ona tam sığorta ödənilir. Həmin şəxsin 18 yaşına çatmamış övladları varsa, 20 faizi keçməmək şərtilə hər uşağa 5 faiz sığorta stajı ödənilir. İşsizlikdən sığorta ödənişinin məbləği minimum əməkhaqqı məbləğindən çox olmamaqla ödənilir.

– İşsiz şəxs həmin ödənişi almaq üçün hara müraciət etməlidir?

– Hazırda işsizlikdən sığorta ödənişi baş verdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dərhal həmin vətəndaşın mobil telefonuna SMS göndərilir. Vətəndaşın mobil telefonu olmadıqda və ya SMS gəlmədikdə hər rayonda fəaliyyət göstərən məşğulluq mərkəzinə də müraciət etmək olar. Məşğulluq mərkəzinə üz tutan vətəndaşa sığorta hadisəsi ətraflı izah olunur və sığorta ödənişi növbəti ayın 1-dən ödənilir.

– İşsizliklə əlaqədar sığorta ödənişi üçün müraciət edənlərin sayı nə qədərdir?

– Ötən il sığorta hadisəsi baş verənlərin sayı 1.700 nəfərdən çox olub və onlara 2 milyon manata yaxın sığorta ödənişi verilib. Bundan başqa işsizlikdən sığorta fondu da fəaliyyət göstərir və burada aktiv məşğulluq tədbirləri aparılır. Yəni, işsiz vətəndaşlar üçün özünüməşğulluq proqramı, peşə hazırlığı həyata keçirilərək işsiz vətəndaşların yenidən əmək bazarına qayıtması üçün addımlar atılır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sosial Sığorta Nömrəsinin verilməsində yenilik

posted in: Xəbər | 0

SSNƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir proaktiv xidməti – ilk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərin proaktiv qaydada sığortaolunan kimi qeydiyyata alınması xidməti fəaliyyətə başlayıb.

Belə ki, ilk dəfə işə qəbul olunan şəxslərlə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan həmin şəxslərə avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) açılır. Sosial Sığorta Nömrəsi

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bundan əvvəl isə işəgötürən sığortaolunanın qeydiyyata alınması üçün ya “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməli, ya da kağız formasında işçinin müvafiq formada ərizə və digər sənədlərini nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etməli idi. Sonra isə həmin sənədlərə baxılır və sığortaolunanın adına sosial sığorta nömrəsi və bu nömrə ilə fərdi şəxsi hesab açılırdı.

Yeni xidmət nəticəsində artıq həmin prosedura ehtiyac qalmayıb, işçi elə onunla əmək müqaviləsi rəsmiləşdirildiyi gün də SSN-nə malik olur. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı formalaşır. Beləliklə, sosial sığorta sisteminin iştirakçısı kimi, bu hesabda gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

İlk dəfə işə qəbul olunan şəxslərə avtomatik olaraq SSN açılması xidmətinin xüsusi əhəmiyyəti bu proaktiv xidmətin əhatə etdiyi şəxslərin sayının günbəgün artmasında da özünü göstərir. Bu ilin yanvar ayında fəaliyyətə başlayan bu xidmət vasitəsilə artıq 13000-dən artıq işçi üçün avtomatik olaraq SSN açılıb.

Mənbə: azertag.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
SSN Sosial Sığorta Nömrəsi