Vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Vergi ödəyicisinin vergi borcuXidmətin adı: Vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 15 və 24-cü maddələri – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin vergi borclarının alınması strukturları, vergi öhdəliklərinin icrasına nəzarət strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Vergi ödəyicisinin vergi borcu barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (bax 5.1.10- e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
 Vergi ödəyicisinin vergi borcu

Bu məhsullar gömrük rüsumlarından azad edildi

posted in: Xəbər | 0

gömrük rüsumlarıAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə (gömrük rüsumları)

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. AR Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarixli 463 nömrəli, 10 dekabr tarixli 471 nömrəli, 17 dekabr tarixli 477 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin:  Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri (381 downloads )
Mənbə: cabmin.gov.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük rüsumları

Dövlət Gömrük Komitəsi 3 bankla əməkdaşlığı dayandırıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi DGKDövlət Gömrük Komitəsinin (DGK) reyestrinə daxil olan bankların sayı 13-dən 10-a endirilib. Dövlət Gömrük Komitəsi

Bu barədə Komitəyə istinadən xəbər verilir.

Məlumata görə, qurumun əməkdaşlığı dayandırdığı banklar “Bank Avrasiya”, “Bank BTB” və “Premium Bank” ASC-lərdir. Gömrük xidməti göstərməyə davam edən banklar isə “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Turan Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Adları çəkilən kredit təşkilatlarından ilk 6-da bir zəmanətin maksimal məbləği 1 milyon ABŞ dolları, eyni zamanda verilən zəmanətlərin maksimal məbləği isə 2 milyon dollar təşkil edir. Qalan 4 bank üzrə isə sözügedən məbləğlər müvafiq olaraq 250 min dollar və 500 min dollardır.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət Gömrük Komitəsi DGK

Malın alğı-satqısı zamanı ƏDV əvəzləşdirmələri

posted in: Vergi, Xəbər | 0

ƏDV əvəzləşdirmələriFərdi sahibkar 7 yanvar 2020-ci ildə Əlavə Dəyər Vergisi ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118.000 manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcının 5 fevral 2020-ci ildə aldığı malın əsas dəyərinin 50.000 manatı satıcının bank hesabına, 9.000 manat Əlavə Dəyər Vergisi məbləği isə ƏDV-nin depozit hesabına ödənilib.

Bu halda alıcının malın, Əlavə Dəyər Vergisi daxil olmaqla, tam dəyərini satıcıya ödəmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci ildə ödənilmiş Əlavə Dəyər Vergisi məbləği əvəzləşdirilə bilərmi? ƏDV əvəzləşdirmələri

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, Əlavə Dəyər Vergisinin əvəzləşdirilməsi vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxtdır.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fərdi sahibkarın aldığı malların dəyərinin bir hissəsinin və ona mütənasib ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsində Əlavə Dəyər Vergisinin əvəzləşdirilməsi üçün müəyyən edilmiş şərtlər daxilində, yəni malların alışı zamanı ödənilmiş əməliyyatın dəyəri satıcının bank hesabına, Əlavə Dəyər Vergisi məbləği isə Əlavə Dəyər Vergisinin depozit hesabına ödənildiyindən, 5 fevral 2020-ci il tarixində ödənilmiş Əlavə Dəyər Vergisi məbləği fevral ayının Əlavə Dəyər Vergisi bəyannaməsində əks etdirilməklə əvəzləşdirilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV əvəzləşdirmələri