Subsidiya kartlarından ödənişlər etmək üçün POS-terminalların sayı artırılacaq

posted in: Xəbər | 0

POS-terminal“Bu ilin fevralın 15-20-i tarixlərinə qədər subsidiyaların yeni qaydalar əsasında verilməsi ilə əlaqədar fermer kartların paylanması prosesinin böyük hissəsi yekunlaşacaq”. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev gübrə, pestisid və toxum təchizatçıları ilə görüşdə bildirib. POS-terminal subsidiya

Agentliyinin sədri fermerlərin kartlarına ödənişlərin həyata keçirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib: “Sənədləri tam qaydasında olan və “Fermer kartı” əldə edən fermerlərə ödənişlər kartlarına keçirilir”.

M.Əliyev qeyd edib ki, fermerlər subsidiya kartlarından ödənişləri “Kapital Bank” ASC-nin POS-terminalları vasitəsilə həyata keçirəcəklər: “Lakin Bankın ölkə üzrə POS-terminallarının sayı 70 ədəddir. Bu isə azdır”.

Sonra “Kapitalı Bank”ın nümayəndəsi çıxış edərək bildirib ki, POS-terminalların sayı 110-a çatdırılacaq.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
POS-terminal subsidiya

QSC təsisçisinin ÖMV-dən azad olması hüquqi yoxsa fiziki şəxslərə aiddir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

QSC təsisçisi ÖMVSual: Sizə belə bir sualla müraciət edirəm: Bildiyimiz kimi VM-nin 102.1.22 maddəsinə əsasən QSC-in təsisçisinə ödədiyi divident ödəmə mənbəyində tətbiq olunan vergidən 7 illik azad olunmuşdur. Xahiş edirəm izah edəsiniz, QSC-in təsisçisi əgər fiziki şəxs deyil, hüquqi şəxsdirsə, ona həmin güzəşt tətbiq olunurmu? ÖMV QSC təsisçisi

Cavab: Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır.

Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur.

Hüquqi şəxslərə ödənilən dividend məbləği isə ümumi qaydada ödəmə mənbəyində vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci və 102.1.22-1-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
QSC təsisçisi ÖMV

Əmək pensiyaları artırıldı

posted in: Xəbər | 0

Vergidən yayınmaqPrezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. (əmək pensiyaları, emek pensiyaları)

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2020-ci il.

Mənbə: president.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
emek pensiyaları, əmək pensiyaları

Latviya Mühasibləri həyəcan təbili çalır: qanunlar həyatı çox çətinləşdirir

Latviya MühasiblərLatviya Avze, sənayesi  nümayəndələrinə istinadən yazır ki, yeni normativ aktlar mühasibat xidmətləri müəssisələrinin yarıdan çoxunun gələcək  fəaliyyəti üçün ciddi problemlər yaradır. Mühasiblər

Yeni işçilər toplamalı və ya vəzifələri yenidən bölüşdürmək lazımdır

Gələn ildən etibarən autsorsinq mühasibat xidmətləri müəssisələrinin lisenziyalaşdırılması planlaşdırılır. Tildes Jumis mühasibat və idarəetmə sistemi tərəfindən aparılan sorğunun nəticələri göstərir ki, bu, öz çətinliyinə görə mühasiblər üçün yalnız dördüncüdür. Sözügedən sahə nümayəndələrinin 16,8% – i qanunların artan yükünün onların gələcək işlərini təhdid etdiyini etiraf edib və 37,9% isə yeni tələblərin gündəlik işlərdə təsirini kəskin şəkildə hiss etdiklərini söyləyiblər.

Bu o deməkdir ki, mühasibat xidmətləri müəssisələrinin yarıdan çoxu qanunların bütün tələblərinə riayət etmək üçün əmək təşkilini dəyişdirmək, məsələn, əlavə işçiləri işə götürmək və ya vəzifələri yenidən bölüşdürmək məcburiyyətində qalacaqlar.

Həyatı hansı qanunlar çətinləşdirir

İndi sahə üçün ən böyük problem qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılmasının və terrorizmin və profilerasiyanın maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanuna riayət olunmasıdır. Resondentlərin 80%-i bunu qeyd ediblər.

Əhəmiyyətinə görə ikinci problem – beynəlxalq sanksiyalar və Latviyanın milli sanksiyaları haqqında qanundur, onun tələblərinə əməl olunması mühasibat firmalarının 51,6% – i üçün çətinlik yaradır.

Qüvvəyə mindikdən il yarım sonra da məlumatları mühafizəsinin ümumi tənzimlənməsi aktı hələ də respondentlərin 44,2% üçün narahatedici amil olaraq qalmaqdadır, autsorsinq mühasibatı müəssisələrinin gələcək lisenziyası isə rəyi soruşulanların 38,9% – ni yenə də rahatsız etməkdədir.

Müştərilərə əlavə xərclər ödənilməlidir

Qanunların tələblərinə riayət olunması rəyi soruşulan müəssisələr üçün əlavə xərclər yaradır. Və respondentlərin 31,6% – i bu xərclərin işin rentabelliyini təmin etmək üçün çox böyük olacağından qorxurlar. Bu narahatlıq, mühasibat xidmətləri bazarının hədsiz mühafizəkarlığı, böyük bir rəqabətin olması və yeni müştərilərin cəlb edilməsinin çətin olması ilə əlaqədardır. O səbəbdən, zərərlərin ödənilməsinin müştərilərin üzərinə qoyulması riski yaranır.

“Sorğu məlumatları göstərir ki, mühasibat müəssisələri əlverişsiz vəziyyətə düşüblər. Son vaxtlar bu sahələr qanunun bir çox mürəkkəb tələblərinə uyğunlaşmalı olur. Ona əməl olunması yeni prosedurların tətbiq olunmasını, əlavə biliklərin mənimsənilməsini, hətta bəzən yeni əməkdaşların işə cəlb edilməsini tələb edir” – Latviyanın ən populyar Tildes Jumis mühasibat və menecment sisteminin biznes inkişafının rəhbəri Viesturs Slaydinş belə şərh edir.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Latviya Mühasiblər