Riskli vergi ödəyicilərinə növbədənkənar səyyar vergi yoxlaması açılacaq?
Sual: Müəssisəmiz riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi? səyyar vergi yoxlaması
Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.
Eyni zamanda, Vergi Məcəlləsinin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır.
Həmçinin, Vergi Məcəlləsinin 87.3-1-ci maddəsinə əsasən, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.
Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.
Əsas: Vergi Məcəlləsi, 38.3.8-1-ci, 50.2.5-ci, 83,7-ci, 87.3-1 və 89.3-cü maddələr.
Mənbə: taxes.gov.az

Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı ilə 1 yanvar 2020-ci ildən təxminən 1 milyon 120 min nəfərin pensiyasının sığorta hissəsi 16,6 faiz artırıldı. Yanvar ayı üçün hesablanan artımlar da fevral ayında ödəniləcəkdir. Minimum pensiya isə artaraq 233,2 manat olacaqdır. Fərdi hesabın sığorta hissəsi qanunvericiliyə edilən dəyişikliyə uyğun olaraq infliyasiya səviyyəsinə uyğun, yəni cəmi 2,6 faiz artacaqdır.
Xəbər verdiyimiz kimi Kapital Bank, “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2019-cu ilin ikinci mövsümdə “Bilik Kuboku”nun sahibi və Azərbaycan çempionu “İçəri şəhər” komandası olub.
Xidmətin adı: Şəxsin MDSS haqqı üzrə borcu barədə arayışın verilməsi.