Yeni nəsil kassa aparatlarından keçən dövriyyə açıqlanıb

posted in: Xəbər | 0

Yeni nəsil kassa aparatları“Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) dövriyyəsi 1,295 mlrd. manata yaxın təşkil edilib” Yeni nəsil kassa aparatları

Bu barədə Azərbaycan Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, ölkədə yeni nəsil kassa aparatlarının tətbiqi ötən ildən başlayıb: “Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq, bu kassa aparatlarının tətbiqi dörd mərhələdən ibarətdir. 2019-cu ildə onların tətbiqi ilə bağlı birinci və ikinci mərhələləri tam olaraq icra edilib, 91% göstərici qeydə alınıb. Üçüncü mərhələ isə cari ildə icra ediləcək”.

O əlavə edib ki, 9100 yeni nəsil kassa aparatı quraşdırılıb: “Bu aparatlar vasitəsilə bu günə qədər 105 mln. çek çap edilib, dovriyyə isə 1,295 mlrd. manata yaxın olub”.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Yeni nəsil kassa aparatları

Hər min vergi ödəyicisindən ikisi səyyar yoxlamaya məruz qalır

posted in: Xəbər | 0

Hüquqi şəxsin təsisçisiNazir: “Hər min vergi ödəyicisindən ikisi səyyar yoxlamaya məruz qalır” səyyar yoxlama

2019-cu ildə Azərbaycanda əmək müqavilələrinin sayı 18,4% artıb.

Bunu “Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, son nəticədə sosial sığorta ayırmaları üzrə daxilolmalar 24%, işsizlikdən sığorta üzrə daxilolmalarda 40% artım qeydə alınıb”, – o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, ötən il sahibkarlıq subyektlərində yoxlamalar 44% azalıb, yoxlamalar nəticəsində hesablanmış ödəmələrin məbləği isə 18% artıb.

“Hazırda hər min ödəyicidən yalnız ikisi səyyar yoxlamaya məruz qalır. Büdcəyə daxil olan vergi daxil olmalarının 91%-i isə könüllü ödəmələr hesabına formalaşır”, – M.Cabbarov əlavə edib.

Nazir onu da əlavə edib ki, 2019-cu ildə hüquqi şəxslərin bank hesabları 19%, fiziki şəxslərin bank hesabları isə 26% artıb.

“Aktiv ƏDV ödəyicilərinin sayı 37,5%-ə qədər artıb və nəticədə ƏDV üzrə ümumi artım 16,4% təşkil edib”, – o qeyd edib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
səyyar yoxlama

ƏDV-dən azad olunan əməliyyatlar

posted in: Vergi, Xəbər | 0

ƏDVVergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, mal əti satışı Əlavə Dəyər Vergisindən azad edilib. Bəs Əlavə Dəyər Vergisi ödəyicisi olan şirkət eyni zamanda digər malların satışını da həyata keçirirsə, ay ərzində bütün ƏDV-ni əvəzləşdirə bilərmi?

Vergilər Nazirliyindən bildirilib ki, vergi ödəyicisi tərəfindən Əlavə Dəyər Vergisinə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən Əlavə Dəyər Vergisinin əvəzləşdirilməsi üçün iki hal nəzərdə tutulub:

  • həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında Əlavə Dəyər Vergisi ödənilməklə və Əlavə Dəyər Vergisindən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (Əlavə Dəyər Vergisindən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda Əlavə Dəyər Vergisi tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir;
  • mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda isə Əlavə Dəyər Vergisi üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçiləri təltif edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Dövlət Vergi Xidməti

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Bayramov Mənaf Bayram oğlu

Ələkbərov Sahib Nurəddin oğlu

Məmmədxanov Sahir Polad oğlu

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Fətizadə Zaur İntiqam oğlu

Məmmədov Elçin Fərrux oğlu

2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Bəylərov Elçin Bəylər oğlu

Hüseynov İlham Qulamhüseyn oğlu

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Ağammədov Yaqub Sabir oğlu

Alcanov Fuad Oktay oğlu

Alimova Nigar Əyyub qızı

Balakişiyev Natiq Halay oğlu

Bayramlı Nurlan Famil oğlu

Bayramov Bayram Afər oğlu

Bədəlov Eldar Mülküm oğlu

Əhmədov Eldəniz Yunis oğlu

Hacıyev Elnur Sabir oğlu

Hüseyinov Fəxri İxtiyar oğlu

İsmayılov Pərviz Həmid oğlu

İsmayılova Zibeydə Rafiq qızı

Quliyev Mehrəli Gülməmməd oğlu

Quliyev Səxavət Gülbaba oğlu

Quliyev Toğrul Fəxrəddin oğlu

Qurbanov Vüqar Əlyar oğlu

Mansurov Elnur Məhəmməd oğlu

Məmmədov Sarxan Murad oğlu

Mustafayev Fateh Fazil oğlu

Paşayev İlqar Mirzə oğlu

Səfərov Şahin Sabir oğlu

Şabanov Əli Hacı oğlu

Şəkərov Ramil Fikrət oğlu

Tağıyeva Təranə Mehmandar qızı

Təhməzov Qərib Dadaş oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Əkbərli Zaur Fəxrəddin oğlu

Əliyev Azər Rəsul oğlu

İmanov Nicat Şükür oğlu

Quliyev Zaur Zakir oğlu

Seyidov Nuri Söyünqulu oğlu

Yusubov Elçin Mustafa oğlu

Zinatov Ruslan Viktoroviç

“Tərəqqi” medalı ilə

Ağakişiyev Elçin Nadir oğlu

Balakişiyeva Yeganə Nəsir qızı

Kazımov Mirəli Sahib oğlu

Şirinov Natiq Telman oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2020-ci il.

Mənbə: president.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət Vergi Xidməti