Əcnəbi və vətəndaşlığı olmayanlara iş icazələri tam elektronlaşdırılacaq

posted in: Xəbər | 0

iş icazələriAzərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulur.

Bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, Tədbirlər Planında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulub.

Bununla bağlı Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
iş icazələri

Azərbaycanda vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr yaradılır

posted in: Xəbər | 0

Mərkəzləşdirilmiş Elektron ReyestrMaliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılır.

Həmin sistemə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” və Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı yaradılacaq.

Yeni sistem vasitəsilə ötürüləcək bəyannamə məlumatları güzəşt tətbiq olunan vergi və gömrük rüsumlarının hər bir növü üzrə mülkiyyət, iqtisadi fəaliyyət, neft və qeyri-neft sektoru parametrləri baxımından dövlət büdcəsinə güzəştlərin tətbiqi nəticəsində mədaxil olunmayan vəsaitlərin hesablanmasına, nəticə etibarı ilə faktiki büdcə itkilərinin müəyyən edilməsinə imkan yaradacaq.

Sözügedən sistem eyni zamanda ortamüddətli dövr üçün həmin güzəştlərin tətbiqinin dövlət büdcəsinin gəlirlərinə təsirlərinin proqnozlaşdırılmasını da təmin edəcək.

İnteqrə edilmiş “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin yaradılması Nazirlər Kabinetinin 8 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq həyata keçirilir. Həmin qayda “Büdcə sistemi haqqında” qanuna edilmiş dəyişikliklər əsasında hazırlanıb.

Bu il proqram təminatının yazılması, sistemin qurulması və müvafiq dövlət qurumlarının inteqrasiyasının həyata keçirilməsi və 2021-ci ildən sistemin aktiv iş prosesinin təmin edilməsi nəzərdə tutulur.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mərkəzləşdirilmiş Elektron Reyestr

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

posted in: Xəbər | 0

Məşğulluq Strategiyası“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məşğulluq Strategiyası

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

2.2. həmin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2020-ci il.

Plana nəzər yetirmək üçün Faylı yükləyin:  Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı (423 downloads )

Mənbə: president.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
 Məşğulluq Strategiyası

“ABB” ASC Korporativ kreditlərin təhlili üzrə təcrübəçi axtarışındadır

posted in: Bank, Təcrübə, Vakansiya, Xəbər | 0

Korporativ kreditlərin təhlili, təcrübəçi,Korporativ kreditlərin təhlili,Azərbaycan Beynəlxalq Bankı ASC Korporativ kreditlərin təhlili üzrə təcrübəçi (Corporate credit analyst intern) axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
  • Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
  • Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
  • Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Vakant vəzifə üzrə tələblər:

  • Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində yeni bitimiş gənclərə üstünlük veriləcəkdir;
  • CFA üzrə müəyyən bilgilərə sahib olmaq;
  • Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
  • Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
  • Təşkilatların maliyyə analizlərinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2020-ci il tarixinədək cv@ibar.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Corporate credit analyst intern” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Mənbə: jobsearch.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Korporativ kreditlərin təhlili, təcrübəçi,Korporativ kreditlərin təhlili,